Əhali istehlakı dedikdə, əhalinin özünün zəruri tələbatlarının ödənilməsini təmin etmək məqsədilə aldığı və yaxud da əldə etdiyi məhsulların ümumi məcmusu başa düşülür. əhali istehlakına bilavasitə təsir edən ən əsas amil isə əhali gəlirlərinin səviyyəsidir. Belə ki. əhali istehlakı iki əsas qrupa bölünür. Həmin qruplara aşağıdakıları aid etmək olar:
Zəruri istehlak malları;
Qeyri - zəruri istehlak malları.
Qeyd edək ki, gəlirlərin müəyyən səviyyəsində istehlakın həcmi də müxtəlif xətt üzrə hərəkət edir. Belə ki, gəlirlərin yüksək səviyyəsində ayrı - ayrı şəxslər, əhali qrupları özlərinin tələbatlarını maksimal şəkilkdə ödəməyə cəhd edir. Hətta zəruri istehlak malları ilə yanaşı, qeyri - zəruri istehlak mallarını da almağa cəhd edir, onları asanlıqla istehlak edir. əhalinin belə qrupları gəlirlərin yüksək səviyyəsində gündəlik tələbat məhsullarını əldə etməklə yanaşı, eyni zamanda da özlərinin istirahətlərinə, səyahətlərinə də pul ayırmaq imkanlarına malik olur. Əhalinin gəlirləri aşağı düşdükdə isə ayrı - ayrı şəxslər, əhali qrupları, eləcə də sosial qruplar daha çox zəruri istehlak mallarını almağa cəhd edirlər. bu zaman isə qeyri - zəruri istehlak malları və yaxud da xidmətləri artıq ikinci plana düşür.
Deməli onda, yuxarıda dediklərimizə əsaslanaraq qeyd edə bilərik ki, istehlakın həcmi əhalinin gəlirlərinin həcmi ilə düz mütənasibdir. əhali gəlirləri artarsa, istehlakın həcmi də artar. Əhali gəlirlərinin azalması isə istehlakın səviyyəsinin azalması ilə nəticələnəcəkdir.
Əhalinin istehlakının əsasında nə durur? Bu suala cavab verməklə əhalinin istehlakının strukturunu müəyyən edə bilərik. Yuxarıda qeyd etdiyimiz kimi əhali istehlakı iki əsas formada - zəruri və qeyri - zəruri istehlak malları və xidmətlərinin əldə olunması və yaxud da alınması yolu ilə həyata keçirilir. Lakin bu dediyimiz əhali istehlakının tərkibini, eləcə də onun strukturunu tam ifadə etməyə imkan vermir.
Əhali istehlakının strukturunun və onun quruluşunun əhatəli müəyyənləşdirilməsi kompleks təhlil tələb etdiyindən məsələyə bir qədər də geniş aspektdən yanaşaq. Əhali istehlakı və onun strukturunu müəyyən etmək üçün ilk öncə minimum istehlak səbətinin tərkibi ilə tanış olaq. Minimum istehlak səbəti dedikdə, bir nəfərin və yaxud da bir ailənin istehlakını qarşılaya biləcək xərc maddələrinin məcmusu başa düşülür. Minimum istehlak səbətinin tərkibi aşağıdakı qaydada formalaşır:
“Azərbaycan Respublikasında ən aşağı istehlak səbətinin tərkibinin qəbul edilməsi barəsində” A. R. Nazirlər Kabinetinin 2005 - ci ildə 23 iyun tarixli 118 nömrəli qərarı A. R. Nazirlər Kabinetinin 30 apreldə 2009 - cu ildə tarixli 74 nömrəli Qərarıyla yeni redaksiyada əlavələr ilə qəbul edilmişdir. Qərara əsasən Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakılardan ibarətdir: