Referat tələbə: Əli Əliyev, Xudiyev Ülvi Elmi Rəhbər: Ağakişiyeva Nuranə Bakı 2021 Plan Giriş



Yüklə 361,99 Kb.
səhifə5/6
tarix04.12.2022
ölçüsü361,99 Kb.
#72271
növüReferat
1   2   3   4   5   6
Əhalinin həyat səviyyəsi

Nisbi yoxsulluq - Bu konsepsiyaya əsaslansaq deyə bilərik ki, o insanlar yoxsul hesab edilirlər ki, onların gəlirləri mövcuddur, lakin bu gəlir onların cəmiyyət səviyyəsində qəbul olunmuş standartlara cavab verməsinə və öz tələbatlarını lazımi şəkildə ödəmələrinə imkan vermir. Bu konsepsiya göstərir ki, nisbi yoxsulluq həmişə mövcud olacaqdır. Çünki əhali gəlirlərində bərabərliyin təmin olunması kifayət qədər çətin prosesdir. Nisbi yoxsulluq isə sırf əhali gəlirlərinə əsaslanır. Yəni ki, əhalinin gəliri var, lakin bu gəlir digər qrupun gəlirindən azdır və həmin qrupla müqayisə belə şəxslər nisbi yoxsul hesab olunurlar.
Mütləq yoxsulluq - Mütləq yoxsulluq insanların zəruri olan tələbatlarının ödənilə bilməməsi deməkdir. Başqa sözlə desək dövlətin müəyyən etmiş olduğu ehtiyac meyarından daha aşağı gəlirə malik olan və özünün zəruri ehtiyaclarını ödəmək qabiliyyətində olmayan əhali mütləq yoxsul əhali hesab edilir.
Yoxsulluq ölkə iqtisadiyyatına fundamental təsir göstərmək imkanına malik olan iqtisadi kateqoriya hesab olunduğundan hər bir ölkənin əsas maraq dairəsindədir ki, yoxsulluğu aradan qaldırsın və yaxud da buna nail ola bilmirsə, yoxsulluğu maksimum şəkildə, mümkün olduğu qədər azaltsın. Bu baxımdan dövlət müxtəlif səpkili tədbirlər həyata keçirir. Həmin istiqamətlərə isə aşağıdakıları şamil etmək olar:

  • Yeni iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması və yaxud da məşğulluğun səviyyəsinin təmin olunması;

  • Əhali gəlirləri arasında qeyri-bərabərliyin, yaxud da bərabərsizliyin aradan qaldırılması üçün gəlirlərin yenidən bölgüsünün həyata keçirilməsi;

  • İnflyasiyanın qarşısının alınması məqsədilə müvafiq tənzimləyici tədbirlərin həyata keçirilməsinin təmin olunması;

  • Aztəminatlı ailələrin dövlətin himayəsində olması, belə ailələrin gəlirlərinin artırılması sahəsində dövlətin məqsədyönlü siyasətinin həyata keçirilməsi və s.

  • Pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinin qarşısının alınması;


NƏTİCƏ
Gəldiyimiz əsas nəticə odur ki, hər bir ölkənin iqtisadiyyatında əhali gəlirləri ilə istehlak qarşılıqlı surətdə əlaqədədir. Belə ki, gəlirlərin artması əhalinin istehlakının artması ilə nəticələnir. Başqa sözlə ifadə etsək, gəlirlərin həcmi ilə istehlakın həcmi arasında düz mütənasib əlaqə vardır. Referatın birinci planında bütövlükdə əhalinin həyat səviyyəsinin mahiyyəti və əsas göstəricilərinin müəyyən edilməsi s. Aparılan çoxsaylı tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, əhali gəlirləri ilə istehlak qarşılıqlı şəkildə bir-birilə bağlıdır. Referatın ikinci planı isə hazırki dövrdə ölkəmizdə əhalinin həyat səviyyəsinin və əhali gəlirlərinin tənzimlənməsi barədə məlumat vardır. Üçüncü planda isə Azərbaycanda əhalinin həyat səviyyəsinin dövlət tənzimlənməsinin əsas istiqamətləri və mexanizmləri barədə məlumar verilmişdir.


Yüklə 361,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin