Referat tələbə: Əli Əliyev, Xudiyev Ülvi Elmi Rəhbər: Ağakişiyeva Nuranə Bakı 2021 Plan Giriş



Yüklə 361,99 Kb.
səhifə4/6
tarix04.12.2022
ölçüsü361,99 Kb.
#72271
növüReferat
1   2   3   4   5   6
Əhalinin həyat səviyyəsi

Həyat səviyyəsi göstəriciləri

Səhiyyənin vəziyyəti

Təhsilin səviyyəsi

Orta ömür müddəti

Əhalinin məşğulluq səviyyəsi

Əhalinin alıcılıq qabiliyyəti

Siyasi həyata daxil olma

Həyat səviyyəsinin əsas xarakterik göstəricilərindən biri isə orta ömür müddətidir. Orta ömür müddəti göstəricisi ilə həyat səviyyəsi göstəriciləri arasındakı münasibətlər düz mütənasiblik təşkil edir. Belə ki, həyat səviyyəsi yüksək olduğu təqdirdə əhali qrupları özlərinin minimal tələblərini, yəni zəruri tələblərini qarşılamaqla yanaşı eyni zamanda da qeyri-ərzaq tələbatlarını da ödəmiş olurlar. Belə ki, həyat səviyyəsi yüksəldikcə əhali qrupları istirahətə də vaxt ayırmış olurlar ki, bu da son nəticədə uzunömürlülüyə gətirib çıxaran əsas amillərdən biridir. Belə ki. səyahət, gəzmək, görmək və istirahət etmək insan ömrünü uzadan əsas faktorlardan biridir.
Əhalinin məşğulluq səviyyəsi də həyat səviyyəsinin əsas göstəricilərindən biri hesab olunur. Belə ki. əmək qabiliyyətli əhali öz qabiliyyətinə, peşə ixtisas səviyyəsini uyğun işlə təmin olunarsa, gördüyü işin, göstərdiyi xidmətin müqabilində əmək haqqı ilə mükafatlandırılacaqdır ki. bu da son nəticədə həmin şəxsin özünün zəruri istehlak tələbatının ödənilməsi ilə nəticələnəcəkdir.
Əhalinin alıcılıq qabiliyyəti bilavasitə olaraq həyat səviyyəsinin xarakterik göstəricilərindən biri hesab olunur. Lakin bu göstərici məşğul əhalidə özünü göstərmiş olur. Belə ki. müəyyən fəaliyyət növü ilə məşğul olan əhalinin alıcılıq qabiliyyəti hər zaman yüksək qiymətləndirilir.
Həyat səviyyəsinin digər bir göstəricisi isə yoxsulluq hesab olunur. İndi isə yoxsulluq anlayışının mahiyyətini tədqiq edək, onun azaldılması və yaxud da mümkündürsə ləğv edilməsi yollarının araşdırılması istiqamətində tədqiqatımızı davam etdirək.
Əmək qabiliyyətli əhalinin öz qabiliyyətinə uyğun olaraq iş tapa bilməməsi və yaxud da ümumiyyətlə işsiz statusuna malik olması nəticəsində orta aylıq əmək haqqının dövlətin müəyyən etdiyi ehtiyac meyarından və yaxud da yaşayış minimumundan aşağı olması yoxsulluq hesab olunur. Yoxsul əhali bir və ya bir neçə dövlətə məxsus anlayış deyildir. Hər bir ölkədə yoxsulluq bu və ya digər səviyyədə həmişə mövcud olmuşdur və daim də mövcud olacaqdır. Belə ki, heç bir iqtisadi sistem ideal bir sistem deyildir və bu səbəbdən də hər bir iqtisadiyyatda yoxsulluq, aclıq və səfalət kimi anlayışlara rast gəlmək mümkündür. Belə ki, iqtisadi baxımdan nə qədər inkişaf etmiş ölkə belə olsa, bu ölkənin iqtisadiyyatında az səviyyədə də olsa yoxsulluq mövcuddur. Məhz buna görədir ki. iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq hər bir ölkə yoxsulluqla mübarizə aparır.
Yoxsulluq dedikdə, hər hansı bir ölkədə elmi cəhətdən əsaslandırılmış norma və qaydalar üzrə minimum yaşayış vasitələrinin qeyri-mövcudluğu prosesi başa düşülür. Yoxsulluq qeyd etdiyimiz kimi, bütün dünya ölkələrində mövcuddur. Eyni zamanda da ayrı-ayrı ailə təsdərrüfatlarında da hökm sürməkdədir. Lakin yoxsulluq heç bir ailə təsərrüfatında daimi olmamalı, onun aradan qaldırılması üçün dövlət bütün imkanlarından maksimum səmərəli istifadə etməlidir. Dünya təcrübəsində yoxsulluğun qəbul edilmiş iki əsas həddi vardır. Həmin hədlər aşağıdakılardan ibarədir:

Yüklə 361,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin