2 .5 Рассылки (Göndərişlər) tab-vərəqi. Bu tab-vərəqə konvert, yarlıq, etiket formalarının yaradılması, sənədlərin birləşdirilməsi və s. əmrlər daxil edilmişdir.
2 .6 Рецензирование (İcmal) tab-vərəqi. Bu tabvərəqdəki əmrlər mətnlərin orfoqrafik yoxlanılması, qeydlərin qoyulması, səhvlərin düzəldilməsi və s. kimi əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur.
2.7 Вид (Görünüş) tab-vərəqi. Bu tab-vərəqdəki əmrlər redaktorun əsas pəncərəsinin görünüşünü tənzimləmək, müxtəlif baxış rejimlərinə keçmək, miqyası dəyişdirmək, makroslar yaratmaq, eyni zamanda bir neçə sənədin açıldığı pəncərələr ilə işləmək, bir pəncərədən digərinə keçmək, onları ekranda idarə etmək və s. kimi əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur.
Hər hansı bir menyunu açmaq üçün mışqanın oxunu menyu adı üzərinə gətirib sol düyməni sıxmaq lazımdır.Bu zaman həmin menyuya daxil olan bölmələr tərkibindəki əmrlərlə ekranda əks olunacaqdır.
Menyuları klaviaturadan istifadə edərək açmaq üçün aşağıdakı düymələri birgə sıxmaq lazımdır.
Главная- menyusu- Alt+Я
Вставка-menyusu- Alt+С
Разметка страницы menyusu- Alt+З
Ссылки menyusu- Alt+К
Рассылки menyusu- Alt+Ы
Рецензирование menyusu- Alt+И
Вид menyusu- Alt+О
Yalnız Alt düyməsi sıxılarsa o zaman menyu çubuğundakı bütün menyuların üsərində klaviaturadan istifadə ediləcək düymələrin işarələri görsənəcəkdir.Bundan sonra ox işarələrindən istifadə edərək digər menyu adlarını seçə bilərik.
Bir sözlə biz proqramın interfeysinə aid yeni elementlərə keçid alaq və onun haqqında qısada olsa ətraflı tanış olaq. Bunun üçün Microsoft Word 2010 proqramının pəncərəsini ekran boyu kiçildək. Bunun üçün proqramın başlıq zolağı üzərində yerləşən Развернуть düyməsini sıxaq. Məlumdur ki, hər bir proqramı idarə edən üç düymə vardır. Birinci bağlamaq-закрыть- close adlanan düymə var. Bu düymə proqramı bağlayır. Digər düymə ən böyütmə və ən kiçiltmə-Развернуть proqram pəncərəsi ekran boyu böyüdür və ya kiçildir. Digər düymə isə bükmək-свернутьproqramın pəncərəsini tapşırıqlar panelinə doğru bükür. Proqramın və proqramda açılmış sənədin adı başlıq zolağının mərkəzində görsənir. Microsoft Word 2007 proqramında olduğu kimi Microsoft Word 2010 proqramında da панели быстрого доступa-ani işə salma paneli var. Bu panel başlıq zolağının yuxarı sol küncündə yerləşdirilir. Bu panel bir sıra sadə əməliyyatları yerinə yetirmək üçün düymələrlə təçhiz olunub. Bunlardan yadda saxlamaq, yeni sənəd yaratmaq, əməliyyatı təkzib və təkrar etmək, sənədi proqrama çağırmaq və s. bu kimi əmrləri göstərmək olar. İlk növbədə düymənin ani işə salma panelinə əlavə olunmasını öyrənək. Hər hansı bir düymənin ani işə salma panelinə əlavə olunması üçün həmin panelin sağ aşağı küncündə olan Настройка панели быстрого доступа ( ani işə salma panelinin ayarları) deyilən düymə sıxılır. Və açılan menyudan Правописание sətri seçilir. Gördüyumüz kimi orfoqrafik və qrammatik səhvləri yoxlayan düymə ani işə salma panelinə əlavə olunur. Bu panelin sol tərəfində isə Microsoft Word 2010 simgəsi yerləşir. Başlıq zolağının aşağı hissəsində Fayl (Файл) menyusu və lentlər mövcuddur. Bu menyu Microsoft Word 2007 proqramında Office düyməsi ilə əvəzlənmişdi. Microsoft Word 2010 proqramında isə artıq menyu şəklində istifadəçiyə təklif olunur.
Dostları ilə paylaş: |