MS Word proqramının düymələri yerinə yetirdikləri əməliyyatlara görə qruplara bölünüb panellərə düzülüblər. Məs., mətnin parametrlərini dəyişən düymələr "Formatting" panelindən istifadə edilir.
Panellərin sol kənarında yerləşən ikiqat vertikal xətt sıranın yerini dəyişmək üçün istifadə olunur. Lazım olmayan paneli ekrandan götürmək üçün "View" menyusundan "Toolbars" siyahısından panelin adını seçin. Lazım olan paneli ekrana çıxarmaq üçün də həmin əməliyyat yerinə yetirilir.
Panellər müxtəlif məqsədlər üçün istifadə olunur:
Standard – bütün proqramlar üçün panel.
Drawing – şəkillərlə işləmək üçün panel.
WordArt – WordArt obyektinin parametrlərini dəyişən düymələr paneli.
Tables and Borders – cədvəl üçün istifadə olunan alətlər paneli və s.
Mətnin seçilmiş hissəsinin surətinin çıxarılması və yerinin dəyişdirilməsi
Bəzən sənədlə işləyərkən eyni sözlərdən tez-tez istifadə edilir. Həmin sözləri təkrar etməmək üçün həmin ifadənin surətini çıxartmaq lazımdır. Bunu üçün «Standar alətlər» lövhəsindən Копировать düyməsini sıxmaq və Правка menyusundan Копировать (Ctrl+C) əmrini vermək lazımdır. Mətndə lazımi hissəni seçdikdən sonra Копировать əmrini verək.Bu zaman həmin informasiya bufer yaddaşa köçürüləcəkdir. Kursoru mətni yerləşdirmək istədiyimiz yerdə yerləşdirib «Standar alətlər» lövhəsindən Вставить düyməsini və ya Правка menyusundan Вставить (Ctrl+V) əmrini vermək lazımdır. Həmin qayda mətnin seçilmiş hissəsinin yerini dəyişmək olar. Bu zaman isə «Standar alətlər» lövhəsindən Вырезать düyməsini və ya Правка menyusundan Вырезать (Ctrl+X) əmrini vermək daha sonra «Standar alətlər» lövhəsindən Вставить düyməsini və ya Правка menyusundan Вставить (Ctrl+V) əmrini vermək lazımdır.
Bəzən sənəddə müxtəlif sözlərdən tez-tez istifadə edilir. Ancaq Word-də axırıncı seçilmiş informasiya əvvəl seçilmiş informasiyanı silir. Bunun qarşısını almaq üçün Правка menyusundan Буфер обмена Оffice adlı əmrdən istifadə edilir.Bu əmri verdikdə Word səhifəsinin sağ tərəfində Буфер обмена pəncərə açılır. Bufer yaddaşa ötürülmüş hər hansı bir informasiya həmin pəncərədə yerləşəcəkdir. Həmin obyektlərdən hər hansı birinin üzərində mouse-un sol düyməsini bir dəfə sıxaq. Həmin informasiya Word səhifəsində yerləşəcəkdir (kursor yerləşən yerdə). Bu pəncərəyə 24 ədəd obyekt yerləşdirmək mümkündür.
Dostları ilə paylaş: |