Microsoft Office Word 2010 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir. Bir baxış rejimindən digərinə keçmək üçün Word 2010 proqramı bir sıra üsullar təklif edir.İlk növbədə Görünüş (Вид) lenti üzərində olan düymələri araşdıraq. Bunun üçün siçanın göstəricisini Görünüş (Вид) lenti üzərinə yaxınlaşdıraq və bir dəfə vuraq. Beləliklə açılmış lentin sol kənarına diqqət yetirək. Burada режимы просмотра документа adlanan bir bölməni görürük.Göründüyü kimi Word 2010 proqramı sənədə baxmaq üçün beş rejim təklif edir. Bu rejimlərə həmçinin vəziyyət sətrində olan düymələrin köməyi ilə keçmək olar. Bu rejimlərin hər birini izah edək.