Referat Tələbə: Şərifli Yusif Elmi rəhbər: Həsənova Pərvanə Baku-2022 Plan Giriş Ms word 2010 mətn redaktoru


Links (Ссылки/Əlaqələr) lent qrupu



Yüklə 0,6 Mb.
səhifə17/25
tarix13.01.2022
ölçüsü0,6 Mb.
#51237
növüReferat
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
Şərifli Yusif- 2220

Links (Ссылки/Əlaqələr) lent qrupu.

Microsoft Word 2010 mətn prosessorunda sənədin müxtəlif sahələri arasında və ya başqa sənədlərlə əalaqələrini yaratmaq üçün lentin İnsert (Вставка/ Əlavə et) tabının Links (Ссылки/Əlaqələr) lent qrupunun əmrlərindən istifadə edilir.



Links (Ссылки/Əlaqələr) lent qrupunun əlaqələri Hyperlimk (Гиперссылка /Hiperəlaqə), Bookmark (Закладка/Əlfəcin)Cross-reference (Перекрестная ссылка/Çarpaz-istinad). Belə ki, Web-səhifə, şəkil, e-poçt ünvanı və ya proqrama yönəlmiş əlaqələr Hyperlin (Гиперссылка/Hiperəlaqə) vasitəsilə yaradılır.

Word-sənədlərlə işləyərkən mətnin bir yerindən digərinə, həmin sənəddən başqa bir Word-sənədə, eləcə də, Office proqramlarının istinilən birində yaradılmiş sənədə, yaxud istənilən Web-sənədə bir andaca keçidlər etmək kompüter istifadıçiləri üçün çox vacib əməliyyatlarıdır. Belə ki, hiperəlaqə müxtəlif sənədlərlə əlaqəli şəkildə əməliyyatlarım aparılmasını təmin edən bir vasitədir.

Yuxarıda göstərildiyi kimi Hiperəlaqələr Word, Excel, AccessPower Point sənədləri arasında keçidlərdə istifadə edilə bilər. Bundan başqa standart Wor-sənədlər daxilində yerdəyişmə əməliyyatları üçün də hiperəlaqələr işlədilə bilər. Əgər hiperəlaqə başqa tip sənəd göstərirsə, onda o sənəd yaradıldığı proqramın pəncərəsində açılır.

Beləliklə, Word-sənədə hiperəlaqə yerləşdirmək üçün aşağıdakı əməliyyatlar ardıcıllığı icra olunur:

1. Kursor sənəddə hiperəlaqə yerləşdiriləcək mövqedə saxlanılır və ya mətn fraqmenti, yaxud obyekt seçilir;

2. İnsert (Вставка/ Əlavə et) tabının Links (Ссылки/Əlaqələr) lent qrupunun Hyperlink (Гиперссылка/Hiperəlaqə) əmri və ya konkret menyunun eyni adlı əmri icra olunur. Bu halda İnsert Hyperlink (Вставка Гиперссылки/Hiperəlaqə Əlavə et) adlı dialoq pəncərəsi ekrana çıxır;

3. Bu pəncərənin yuxarısındakı Text to Display (Текст/Mətni göstər) sətrindən hiperəlaqə əka olunacaq mətnin daxil edilməsi;

4. açılmış siyahıdan əlaqə yaradılan faylın adı seçilir və ya Adress(Адрес/Ünvan) sətrindən faylın adı yazılır;

5. OK düyməsi kliklənir. Nəticədə, Word-sənəddə nəzərdə tutulan hiperəlaqə yaradılmış olur.

İllustrations (Иллюстрации/Şəkil)

Microsoft Word mətn prosessorunun geniş şəkildə istifadə olunmasının səbəblərindən biri də qrafik obyektlərin və sxemlərin mətnlərlə birlikdə istifadə imkanlarıdır. Müxtəlif şəkillərdən, qrafiklərdən, diaqram və sxemlərdən istifadə sənədin şərhini və asan başa düşülməsini təmin edir.

Şəkillərin, ClipArt obyektlərinin, fiqurların, SmartArt sxemlərin, diaqramların və ekranın ani görünüşünün şəklini mətn sənədinə əlavə etmək üçün İnsert (Вставка/ Əlavə et) tabının İllustrations (Иллюстрации/Şəkil) lent qrupundan istifadə edilir.

Bu lent qrupundakı Picture (Рисунок/Şəkil) düyməsinin kliklənməsi ilə kompüter disklərindəki fayllarda saxlanılan şəkilləri mətnə yerləşdirmə əmrlərini həyata keçirmək olar. Məsələn, sərt diskdəki fayldan müəyyən şəkili sənədə əlavə etmək üçün Picture (Рисунок/Şəkil) əmri icra olunur. Bu halda İnsert Picture (Вставка Рисунка/Şəkil Əlavə et) adlı dialoq pəncərəsi ekrana çıxır. Açılmış pəncərədən istifadə edərək axtarılan şəkil faylı tapılır və onun üzərində mausun sol düyməsi ikiqat kliklənir, ya da həmin fayl seçilir və İnsert (Вставка/ Əlavə et) düyməsi kliklənir. Nəticədə tələb olunan qrafik təsvir sənədə əlavə edilmiş olur.

Sənədin tərtibatında istifadə olunan maraqlı vasitələrdən biri də mətndə yerləşdirilə bilən, rəngli fiqur-sxemlərə malik smartArt dəstidir. Bu dəstə daxil olan sxemlərin sənədə əlavə edilməsi İnsert (Вставка/ Əlavə et) tabının İllustrations (Иллюстрации/Şəkil) lent qrupunun SmartArt düyməsinin kliklənməsi ilə açılan Choose a SmartArt Graphic (Выбор рисунка SmartArt/SmartArt Şəkli Çək) dialoq pəncərəsi vasitəsilə yerinə yetirilir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin