Paste (Всавить- Əlavə et) - Ctrl+V.
.
4.Mətinlər üzərində iş. Mürəkkəb sənədlər.
Microsoft Word 2010 mətn prosessorunun geniş şəkildə istifadə olunmasının səbəblərindən biri də qrafik obyektlərin və sxemlərin mətnlərləbirlikdə istifadə imkanlarıdır. Müxtəlif şəkillərdən, qrafiklərdən, diaqram və sxemlərdən istifadə sənədin şərhini və asan başa düşülməsini təmin edir.
Şəkillərin, ClipArt obyektlərinin, fiqurların, SmartArt sxemlərin, diaqramların və ekranın ani görünüşünün şəklini mətn sənədinə əlavə etmək üçün lentin İnsert (Вставка/ Əlavə et) tabının İllustrations (Иллюстрации/Şəkil) lent qrupundan istifadə edilir.
Bu lent qrupundakı Pikture (Рисунок/Şəkil) düyməsinin kliklənməsi ilə kompyuter disklərindəki fayllarda saxlanılan şəkilləri mətnə yerləşdirmə əmrlərini həyata keçirmək olar.
Sənədin tərtibatında istifadə olunan maraqlı vasitələrdən biri də mətndə yerləşdirilə bilən, rəngli fiqur-sxemlərə malik SmartArt dəstidir. Bu dəstə daxil olan sxemlərin sənədə əlavə edilməsi İnsert (Вставка/Əlavə et) tabının İllustrations (Иллюстрации/Şəkil) lent qrupunun SmartArt düyməsinə kliklənməsi ilə açılan Choose a SmartArt Graphic (Выбор рисунка SmartArt/SmartArt Şəkli Çək) dialoq pəncərəsi vasitəsilə yerinə yetirilir.
Dostları ilə paylaş: |