Beşinci rejim Разметка страницы-səhifənin formatlaşdırılması rejimi adlanır. Bu rejim mürəkkəb formatlaşdırma əməliyyatlarını yerinə yetirməyə imkan verir. Qeyd etmək lazımdır ki, adətən sənədlər məhz bu rejimdə daxil olur. Bu rejimdə sənəd çap zamanı görünəcəyi formada olur. Rejimlər haqqında onu qeyd etmək istəyirəm ki, hər bir rejimin özünə məxsus görünüş forması və xüsusiyyəti vardır. Sənədimiz hansı rejimdə yaddaşa verilirsə təkrar müraciət zamanı da həmin rejim də ekrana çağrılır.
Sənədi çap etməzdən əvvəl həmin sənədi Sənədə çapdan əvvəl baxış (Print Preview) rejiminin köməyi ilə gözdən keçirmək tövsiyyə olunur. Sənədə çapdan əvvəl baxış (Print Preview) düyməsini basın və sənədinizin necə görünəcəyinə baxın. Bağlamaq (Close) düyməsini basmaqla işçi sahəsinə geri qayıtmaq olar.
Dostları ilə paylaş: |