Birinci rejim Черновик - Qaralama adlanır. Bu rejim Word 2003 proqramında Adi rejim sayılırdı. Word 2010 proqramında isə bu rejimin adı Черновик -Qaralama rejimidir. Bu rejim sənədin məzmununda fikri cəm etməyə imkan verir. Sənəddə sadə redaktə işlərinin aparılması üçündür. Həmçinin sənəd bu rejimdə görsənərsə, onda sənəddə bir sıra elementlər ( məsələn, yuxarı və aşağı səhifə başlıqları) görsənməyəcək.
İkinci rejim Структура-Struktur adlanır. Bu rejimdə sənədin strukturu görsənir. Bu rejim ayrı-ayrı səviyyələrin başlıqlarını qeyd edərək sənədin təşkilini göstərir. Abzaslar qalın nöqtələr şəklində görünür. Onun üzərində siçanın göstəricisini bir dəfə vurmaqla verilmiş mətnin abzasını seçmiş oluruq. Rejimdən çıxış üçün Закрыть режим структуры düyməsi vurulur. Nəticədə sənəd çap rejiminə qayıtmış olur.