Microsoft Word 2007 proqramında olduğu kimi Microsoft Word 2010 proqramında da lentlər mövcuddur. Lentlərin üzərində müxtəlif adlar yazılır. Bir lentdən digərinə keçid üçün istər siçanın göstəricisindən, istərsə də klaviaturadakı TAB düyməsindən istifadə edə bilərik. Hər bir lent müxtəlif alətlər toplanan Qruplardan (bölmələrdən) təşkil olunub.Bu da son nəticədə istifadəçinin işini rahatlaşdırmaq üçündür.
Lentlərin aşağı hissəsində proqrama məxsus olan xətkeş vardır.
Bütün mətn redaktorlarında olduğu kimi Microsoft Word 2010 proqramında pəncərənin əsas hissəsini redaktə olunacaq mətn sahəsi tutur. Boş vərəq A4 formatındadır. Yanıb-sönən şaquli xətt isə kursor adlanır. Kursor klaviaturadan daxil ediləcək simvolun mövqeyini göstərir. Proqramın sağ tərəfində vərəq boyu hərəkət üçün şaquli (vərəqin istiqaməti dəyişildikdə üfüqi formada görsənir) sürüşdürmə zolağı görsənir. Onun köməyi ilə səhifənin aşağısına nəzarət etmək olur. Proqramın aşağı hissəsində vəziyyət sətri vardır. Onun üzərində Microsoft Word 2010 proqramının mətn haqqında məlumatları görsənir.
Microsoft Word proqramının digər versiyalarından fərqli olaraq Microsoft Word 2010 proqramında vəziyyət sətrində bir sıra yeniliklər baş vermişdir. Belə ki, sənədə baxış rejimləri və sənədin miqyası ilə bağlı düymələr artıq vəziyyət sətrində yerləşdirilmişdir. Beləliklə biz Microsoft Word 2010 proqramının interfeysinin elementləri ilə tanış olduq.
Dostları ilə paylaş: |