Mətndə hər hansı bir ifadəni tapmaq və ya başqası ilə əvəz etmək
Mətndə hər hansı bir ifadəni (informasiyanı) tapmaq üçün Правка menyusundan Найти (Ctrl+F) əmrini vermək lazımdır. Açılan pəncərədə Найти sahəsində mətndəki hər hansı bir sözü yazıb Найтидалее düyməsini sıxsaq həmin sözü tapmış oluruq. Mətndəki hər hansı bir ifadəni başqası ilə əvəz etmək üçün isə Правка menyusundan Заменить (Ctrl+H)əmrini vermək lazımdır. Açılan pəncərədə Найти sahəsində mətndəki hər hansı bir sözü yazaq. Заменитьна sahəsində yeni sözü daxil edək. Əgər Заменить düyməsini sıxsaq mətndəki həmin sözü tapacaq. Təkrar bu düyməni sıxsaq həmin söz yenisi ilə əvəz olunacaqdır. Əgər Заменитьвсеdüyməsini sıxsaq bütöv mətindəki həmin sözləri yenisi ilə əvəz edəcəkdir.