RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


Maddə 8. Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadəyə dair məhdudiyyətlər



Yüklə 322,35 Kb.
səhifə113/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   109   110   111   112   113   114   115   116   ...   130
Qanunlar — копия

Maddə 8. Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadəyə dair məhdudiyyətlər
8.1. Azərbaycan Respublikasının Dövlət Gerbi oturulan və ayaq basılan yerlərdə təsvir edilə bilməz.
8.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təhrifinə yol verilmir.
Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.





Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərbaycan Respublikası
Dövlət Himninin musiqisinin vəmətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi və Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydalarını müəyyən edir.
Maddə 1. Azərbaycan Respublikasının Dövlət Himni
1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan Respublikasının dövlət rəmzidir.
1.2. Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.
Maddə 2. Azərbaycan Respublikasının Dövlət Himninə hörmət
2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Himninə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
2.2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.

Yüklə 322,35 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin