Maddə 7. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadə 1. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən hüquqi aktların və dövlətin adından verilən sənədlərin blanklarında,
2.Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında
3. qiymətli kağızlarında, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda
4.dövlət orqanlarının (dövlətin adından hakimiyyət səlahiyyətlərini həyata keçirən qurumların) sənəd
blanklarında və möhürlərində
5.dövlət orqanlarının binalarının lövhələrində, dövlət təltiflərinin təsvirində
Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının (Prezident) müəyyən etdiyi orqanın (qurumun) rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunur.
7.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarını müvafiq icra hakimiyyəti orqanının (Prezident) müəyyən etdiyi orqan (Prezident) (qurum) müəyyən edir.
7.3. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının (Prezident) müəyyən etdiyi orqan (Nazirlər Kabineti) (qurum) tərəfindən müəyyən edilir.
7.4. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti (Prezident) orqanının müəyyən etdiyi orqan (Nazirlər Kabineti) (qurum) tərəfindən müəyyən edilir.
7.5. Azərbaycan Respublikasının Dövlət Gerbinə ehtiram bəsləyən hər bir şəxs Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən bu Qanunun tələblərinə uyğun istifadə edə bilər.
7.6. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan
Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Gerbinin öyrənilməsinə həsr edilir.