RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


oturulan və ayaq basılan yerlərə qoyula bilməz



Yüklə 322,35 Kb.
səhifə110/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   106   107   108   109   110   111   112   113   ...   130
Qanunlar — копия

oturulan və ayaq basılan yerlərə qoyula bilməz.
M a d d ə 1 1 . Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına
görə məsuliyyət Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.
M a d d ə 1 2 . Yekun müddəalar
12.1.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
12.2.Bu Qanun qüvvəyə mindiyi gündən 1991-ci il 5 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Əsasnamənin 3-cü, 4-cü, 6-cı və 7-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.
12.3.Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.



Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edir.
Maddə 1. Azərbaycan Respublikasının Dövlət Gerbi
1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir.
1.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.
Maddə 2. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət
2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
2.2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.

Yüklə 322,35 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin