RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm



Yüklə 322,35 Kb.
səhifə82/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   78   79   80   81   82   83   84   85   ...   130
Qanunlar — копия

MƏHKƏMƏLƏR
I f ə s i l

MƏHKƏMƏ HAKİMİYYƏTİ


M a d d ə 1 . Azərbaycan Respublikasında məhkəmələrin təsis olunması
Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunları ilə təsis edilmiş Azərbaycan Respublikası məhkəmələri fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VI hissəsinə uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin, eləcə də xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra — Konstitusiya Məhkəməsi) fəaliyyəti və hakimlərinin statusu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunur.
M a d d ə 3 . Məhkəmələrin vəzifələri
Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir.
Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir.
M a d d ə 4 . Məhkəmələrdə işlərə baxılması Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır.
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial və hakim tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına və ya üç hakimdən ibarət tərkibdə appelyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya daha çox hakimdən ibarət tərkibdə baxılır.
Məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və

digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar.



Yüklə 322,35 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin