RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


İNSAN HÜQUQLARININ POZULMASINA DAİR ŞİKAYƏTLƏRƏ BAXILMASI VƏ MİLLİ PREVENTİV MEXANİZMİN FUNKSİYALARININ HƏYATA KEÇİRİLMƏSİ



Yüklə 322,35 Kb.
səhifə120/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   116   117   118   119   120   121   122   123   ...   130
Qanunlar — копия

İNSAN HÜQUQLARININ POZULMASINA DAİR ŞİKAYƏTLƏRƏ BAXILMASI VƏ MİLLİ PREVENTİV MEXANİZMİN FUNKSİYALARININ HƏYATA KEÇİRİLMƏSİ
M a d d ə 8 . İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası
8.1. Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra "ərizəçi" adlandırılacaq) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
8.2. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.
8.3. Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər.
8.4. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.
8.5. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.
M a d d ə 9 . İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu
9.1. İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.
9.2. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, baxılmır.
9.3. Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.
9.4. Şikayət şifahi verildikdə, Müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.
9.5. Ərizəçinin xahişi ilə Müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.
M a d d ə 1 0 . İnsan hüquqlarının pozulmasına dair şikayətlə bağlı qərarın qəbul edilməsi
10.1. Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, Müvəkkil aşağıdakı qərarlarından birini qəbul edə bilər:

Yüklə 322,35 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin