Milli ruhda tərbiyə üzrə iĢin vacibliyi 9
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 4. Elmi tərbiyə ilə qarışdırmamalıdır. Elm
bütün xalqlar üçün ümumidir; lakin o, bütün
xalqlar və bütün adamlar üçün həyatın məqsədi
nə nəticəsini təşkil etmir” (s. 49-50).
Böyüyən nəslin milli ruhda böyüyüb boya-
başa çatmasında, milli adət və ənənələri yaşatma-
larında onlar arasında aparılan mənəvi maariflən-
dirmə işlərinin rolu böyükdür. Bu sahədə vali-
deynlərin, müəllimlərin, ictimaiyyət nümayəndə-
lərini, ictimai təşkilatların üzərinə mühüm vəzifə-
lər düşür. Xalqımız əsrlər boyu maddi və mənəvi
xəzinəsini hifz edib saxlamışdır. Həmin xəzinə
ilə gənc nəsil yaxından tanış edilməlidir. Milli-
mənəvi dəyərlər Azərbaycan xalqının mövcudlu-
ğunun mühüm göstəricisi hesab olunur.
Heydər Əliyev heç də təsadüfi olaraq de-
mirdi: “...Hər bir azərbaycanlı öz milli mənsu-
biyyətinə görə qürur hissi keçirməlidir və biz
azərbaycançılığı – Azərbaycan dilini, mədəniy-
yətini, milli-mənəvi dəyərlərini, adət-ənənələri-
ni yaşatmalıyıq”.
Ümummilli Liderimiz milli-mənəvi dəyər-
lərimizin yaşadılması ilə əlaqədar 2001-ci il av-
qustun 13-də “Milli-mənəvi dəyərlərin pozul-
ması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”
bəyanatını vermişdi.
Ailədə valideynlər, məktəbdə pedaqoji kol-
lektivin üzvləri şagirdlərin tərbiyəsi qayğısına qa-
lırlar. Nəticədə məktəblinin müsbət mənəvi key-
fiyyətləri inkişaf edir, o, nümunəvi davranış təcrü-
bəsinə yiyələnir, intizamı gözləyir. Hələ vaxtilə bu
həqiqəti aydın başa düşən Şeyx Şihabəddin Sührə-
vərdi deyirdi: “Tut yarpağı tədricən atlas olduğu
kimi, düzgün təlim-tərbiyə sayəsində hər bir şəxs
də get-gedə həqiqi insana çevrilə bilər”.
Öz-özünü görmək bacarığı özünütərbiyə-
də mühüm rol oynayır. Şərqin böyük sənət abi-
dələrindən biri olan “Qabusnamə”də deyilir:
“Gərək insan aynaya baxsın, görünüşü yaxşıdır-
sa, işi də görünüşü kimi yaxşı olmalıdır, çünki
gözələ çirkinlik yaraşmaz, buğdadan arpa, arpa-
dan buğda bitməməlidir… Aynaya baxdıqda
özünü kifir görsən, yenə yaxşılıq et, çünki, çir-
kinlik etsən, kifirliyi artırmış olarsan. Bu isə çox
pis şeydir. Bir çirkinlik üstünə bir də çirkinlik
gəlsən, bir yerdə iki çirkinlik olar” (3).
Gənc nəsildə özünütərbiyə tələbat yarat-
maq da milli tərbiyə üzrə işdə az əhəmiyyət daşı-
mır. Özünün qüsurlu tərəflərini görmək bacarığı
dünyagörüşünün təşəkkül tapıb formalaşmasında,
özünütərbiyə proqramına yiyələnməkdə şagirdə
kömək edir. Məktəblilər əsas etibarilə ağlın,
iradənin, müsbət mənəvi keyfiyyətlərin inkişafı
qayğısına qalır, fiziki kamilliyə can atırlar.
Məhz milli ruhda tərbiyənin, milli adət və
ənənələrimizə hörmətin aşılanması sayəsində
uşaq və yeniyetmələrimiz, gənclərimizdə vətən-
pərvərlik hissləri qüvvətləndirir. Onlar ölkəmi-
zin maddi və mənəvi sərvətlərinə görə iftixar
hissləri keçirirlər. Vətəni qorumağı özümüzə
müqəddəs borc və vəzifə bilirik.
Elə bu səbəbdəndir ki, qısa müddət ərzin-
də, 44 günlük Vətən Müharibəsində Azərbaycan
gəncləri, Milli Ordumuz Ali Baş Komandan cə-
nab İlham Əliyevin rəhbərliyi altında düşmənlə-
rimizi – erməni faşist işğalçılarını torpaqları-
mızdan qovub çıxardılar. Fədakar Ordumuz
Ermənistan ordusunu darmadağın etdi.