Azərbaycanda Heydər Əliyev islahatları və təhsildə modernləĢmə 11
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 lər arasında inteqrasiya və qloballaşmanın həya-
ta keçirilməsi başlandı. XVIII yüzillikdə Rusi-
yada I Pyotrun, XX əsrdə Türkiyədə Mustafa
Kamal Atatürkün islahatları, XX əsrin 50-90-cı
illərində Cənub-Şərqi Asiya ölkələrində mo-
dernləşmə, Yaponiya, Koreya, Çinin öz milli
xüsusiyyətlərini saxlamaqla müasirləşmə prose-
sində fəal iştirakı və s. nümunə gətirilə bilər.
Həmin illərdə həm də keçmiş SSRİ-nin sənaye-
ləşdirilməsi prosesində modernləşmə prosesi
özünü əks etdirdi.
1970-2003-cü il tarixlərində ölkəmizdə
Ümummilli liderimiz Heydər Əliyevin islahatla-
rı milli xüsusiyyətlərimizi saxlamaqla ölkəmizin
modernləşmə prosesində iştirakında mühüm
əhəmiyyət kəsb etdi. Qloballaşma, modernləşmə
prosesi yeni məktəb, yeni təhsil, yeni insan
problemlərini önə çəkdi və ölkəmiz üçün yeni
nəsil kadrların hazırlanmasını qarşıya qoydu. Bu
isə sosial-iqtisadi şəraitin tələb etdiyi yeni tip
cəmiyyətin qurulması demək idi. Buna görə də
ali təhsil müəssisələrində həyata keçirilən isla-
hatlar inteqrasiya və modernləşmə yolunu seçdi.
XX əsrin sonu və XXI əsrin əvvəllərində qarşı-
ya qoyulan aktual problemlərdən biri də sosial-
iqtisadi şəraitin tələb etdiyi yeni, rəqabət qabi-
liyyətli mütəxəssislərin hazırlanması oldu. Bu
isə qarşıya belə bir mühüm vəzifə qoydu ki, təh-
sil siyasəti elə qurulmalıdır ki, hazırlanan mütə-
xəssislər müasir tələblərə uyğun olsun.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev demişdir:
“Azərbaycanın təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlər- lə zəngindir. Azərbaycan müəllimləri bütün ta- rix boyu təhsildə daim varisliklə novatorluğun, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətində əks etdirmişdir. Bu gün qədəm qoyduğumuz infor- masiya cəmiyyəti və biliklərə əsaslanan yeni tip- li iqtisadiyyatın formalaşması, qloballaşma ça- ğırışları bütün dünya təhsil sistemi qarşısında yeni vəzifələr qoyur. “Təhsil əsri” adı qazanmış XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini və müasirləşməsini tələb edir. Əminəm ki, Azər- baycan müəllimləri fəaliyyətlərini bu tələblərə uyğun daha da təkmilləşdirərək müstəqil Azər- baycan Respublikasının çiçəklənməsinə xidmət edən gənc nəslin yetişdirilməsi işinə öz töhfələ- rini verəcəklər”. Ümummilli lider Heydər Əliyev hələ
1970-ci illərdə insan həyatında informasiya tex-
nologiyasının inkişafının mühüm dəyişikliklərə
səbəb olacağını görmüş və onun təməlini qoy-
muşdur. O, 1993-cü ildə ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi,
həm də ali təhsillə bağlı belə bir mühüm bir qə-
rar verdi ki, Azərbaycanın ali təhsil müəssisələ-
rinə dövlət hesabına qəbulla yanaşı, ödənişli
əsaslarla tələbə qəbulunun aparılması məqsədə-
uyğun hesab edildi. Həmin qərar təhsil tarixində
yadda qalan, əhəmiyyət kəsb edən sənəd oldu.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfin-
dən qoyulmuş siyasi və iqtisadi kurs Azərbay-
can Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Hazır-
da bir çox sahələr üzrə Azərbaycan dünyanın
qabaqcıl ölkəsinə çevrilmiş və lider ölkələr sıra-
sına daxil edilmişdir.
Ulu Öndər Heydər Əliyevin təhsil siyasə-
tini uğurla həyata keçirən möhtərəm Prezidenti-
mizin diqqəti sayəsində əsaslı islahatlar həyata
keçirilir və bütün istiqamətlər üzrə Dövlət Proq-
ramları yerinə yetirilir. Bunlardan “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin Avro-
pa ali təhsil məkanına inteqrasiyası”, 2007-
2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, 2009-
2013-cü illərdə Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə Dövlət Proqra-
mı”, “Təhsil sisteminin informasiyalaşdırılması
Proqramı (2008-2012-ci illər)”, “Elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı (2009-2015-ci illər),
“2018-2024-cü illərdə Azərbaycan Respublika-
sında sağlamlıq imkanları məhdud şəxslər üçün
inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”,
“2019-2023-cü illər üçün Azərbaycan Respubli-
kasında ali təhsil sisteminin beynəlxalq rəqabət-
liliyinin artırılması üzrə Dövlət Proqramı” və s.
misal göstərə bilərik.
“Təhsil əsri” elan edilən XXI əsrdə yük-
sək intellektə malik insan kapitalının formalaş-
ması və iqtisadiyyatın qurulması ilə bağlı res-
publika Prezidenti cənab İlham Əliyev demiş-
dir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensia-
lımızı insan kapitalına çevirməliyik”.
Təhsil sahəsində qəbul edilən dövlət proq-
ramları göstərir ki, təhsilin bütün sahələrində is-
lahatlar elə aparılmalıdır ki, kadr hazırlığı indiki
dövrün tələblərinə uyğun olsun. Yəni müstəqil
ölkəmiz üçün yeni nəsil kadr hazırlığı həyata