Vüqar Əbülfət oğlu Abdurahmanov 126
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 Lakin funksiyaların tədrisi zaman burada
müəyyən problemlər meydana çıxır. Yəni funk-
siyanın tədrisi zamanı kökaltı ifadəni kəsr üstlü
qüvvətə keçirən zaman diqqətli olmaq lazımdır.
Çünki üstlü funksiyanın əsası heç vaxt mənfi ol-
mur.
Məsələn
və funksiyaları
ilk baxışdan eyni bir funksiyanı
göstərir. Lakin tək dərəcədən kökün xassəsindən
və kəsr üstlu qüvvət funksiyanın xassəsindən is-
tifadə edərək, şagird tərəfindən belə bir mülahi-
zə irəli sürülməlidir ki,
funksiyası-
nın təyin oblastı bütün ədəd oxu,
funksiyasının təyin oblastı
olacaq. Bura-
da da kəsr üstün mənfi olmasına diqqət yetir-
mək lazımdır, çünki sıfır əsasın üstü mənfi ola
bilməz.
Ümumiyyətlə elementar funksiyaların təd-
ris zamanı keyfiyyətin yüksəldilməsi üçün
konkret elmi anlayışlardan istifadə etmək lazım-
dır. Bəzən “arqumentin dəyişmə oblastı” əvəzi-
nə “funksiyanın icazə verilən kəmiyyətlər çox-
luğu” və ya “funksiyanın təyin oblastı” deyirlər.
Bütün bu anlayışları aydınlaşdırmaq, onların bə-
rabərliyini göstərmək və gələcəkdə onlardan
yalnız birini istifadə etmək lazımdır. Şərtlərin
qarışmasına icazə verə bilmək olmaz: şagirdlər
tez-tez funksiyanın dəyişməsini funksiyanın tə-
yin oblastı ilə qarışdırırlar.
Elementar funksiyaların tədrisi zamanı
müəllimlərin bir sıra çətinliklərlə qarşılaşırlar.
Bu çətinliklərin aradan qaldırlıması üçün çoxil-
lik təcrübəmizə əsaslanaraq aşağıdakıları qeyd
edə bilərik.
Lövhədə elementar funksiyaların qrafiklə-
rin qurulması çox vaxt tələb edir, təsvirlər tez-
tez təhrif olunur və düzəldilməyə ehtiyac duyu-
lur ki, bu da tədris prosesinin keyfiyyətini azal-
dır. Ona görə də fikrimcə tədrisin effektivliyinin
artmaq üçün sinifdə xanalara bölünmüş lövhə-
nin olması vacibdir, əks halda eyni miqyaslı xa-
nalara bölünmüş böyük kağız vərəqindən istifa-
də etmək lazımdır.[8;120]
Şagirdlər tərəfindən təsvirlərin daha anla-
şıqlı başa düşülməsı üçün lövhədə rəsmlərin ye-
rinə yetirilməsi zamanı rəngli tabaşirlərdən isti-
fadə etmək arzu olunandır.
Həmçinin sinifdə taxtadan və ya sıx kar-
tondan hazırlanmış əyri nümunələr olmalıdır ki,
bu da qrafiklərin qurulmasının öyrənilməsini
əhəmiyyətli dərəcədə sürətləndirəcək.
Şagirdlər 1 sm və ya 0,5 sm miqyasında
hazırlanmış müxtəlif əyrilərin (parabol, hiper-
bol) şablonlarını özləri hazırlamalı və qrafikləri
qurarkən onlardan istifadə etməlidirlər. Bütün
qrafiklərin millimetrli kağız üzərində çəkilməsi
məsləhətdir.
Bu zaman çalışmaq lazımdır ki, şagirdlər
ayrı-ayrı qrafiklərin, xüsusilə tənliklərin həlli,
kvadrat və kubik köklərin təxmini qiymətlərinin
tapılması zamanı ayrı-ayrı qrafiklərin qurulması-
nı diqqətlə və daha dəqiq yerinə yetirə bilsinlər.
Düstur, qrafik, cədvəl ilə müəyyən edilmiş
funksiyanın qiymətlərinin və funksiyanın qiy-
mətinə görə arqumentin tapılması şagirdlərin
tənlik və hesab bacarıqlarının formalaşmasına
xidmət edir.
Yuxarı siniflərdə funksiyanın artması və
azalan funksiyasının qrafikə uyğun olaraq, onun
artma və azalma aralıqlarını, ən böyük və ən ki-
çik dəyərləri tapılması şagirdlərdə həm həndəsi
təsəvvürləri formalaşdırır, həm də törəmə bəhsi-
nin öyrənilməsinin əhəmiyyətini göstərir.
Şagirdlərdə qrafik anlayışını formalaşdır-
maq üçün xətti funksiyası, düz xətt və tərs mü-
tənasiblik, kvadrat funksiyası qrafik qurmağı
sərgiləyən çoxlu sayda tapşırıqlar həll etmək la-
zımdır. Verilən suallara cavab verərkən mürək-
kəb hallarda kəmiyyətlər arasında real asılılıqla-
rın qrafiklərini şərh etmək lazımdır.
Ümumiyyətlə ümumtəhsil məktəbində
funksiyanın bəhsinin öyrənilməsi üçün məktəb
kursu funksiyanın konsepsiyasının inkişafı ilə
analogiya əsasında qurulur.
Elementar funksiyaların tədrisi zamanı
tapşırıqların əhəmiyyəti böyükdür, ona görə də
tapşırıqlarının hazırlayarkən aşağıdakı məqam-
lar nəzərə alınmalıdır:
1) tapşırıqların, sualların məzmunu möv-
zunun ən əsas tərəflərini və ideyalarını əhatə et-
məlidir;
2) tapşırıqlarda həm bacarıqların yoxlan-
masına, həm də mövzunun ideya məzmununun
mənimsənilməsinin dərinliyinin müəyyən edil-
məsinə, riyazi erudisiyanın təzahürünə diqqət
yetirilməlidir;