Akif Hümbət oğlu Əliyev
146
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
onunla əlaqədardır ki, ümumi orta təhsili (9-cu
sinfi) bitirən və tam
orta təhsil almayan şagird
canlı aləmin əsasını təşkil edən üzvi birləşmələr
haqqında da müəyyən təsəvvürlərə malik olsun,
onun maddi aləm barədə bilikləri bütövləşsin.
MDB ölkələrinin (RF, Ukrayna, Belarus, Gür-
cüstan, Azərbaycan) qüvvədə olan proqram və
dərsliklərinin araşdırılması belə qənaətə gəlməyə
əsas verir ki, indiki 9-сu sinfin üzvi kimya proq-
ramı aşağıdakı tələblərə cavab verməlidir:
1. Üzvi maddələr haqqında məlumatlar sa-
də, anlaşıqlı və mümkün olduqca qeyri-üzvi mad-
dələrə dair biliklərlə əlaqəli şəkildə verilməlidir;
2. Tanış edilən
üzvi maddələr praktik və
bioloji əhəmiyyətə malik olmalı, geniş tətbiq
edilməli və sonra öyrəniləcək birləşmələrlə əla-
qə yaratmağa imkan verməlidir;
3. Üzvi kimyaya aid yeni terminlər və an-
layışlar (homoloq, homoloji sıra, radikal, funk-
sional qrup, monomer, polimer və s.) tədricən,
sadə maddələr misalında öyrədilməlidir;
4. Giriş hissədə üzvi birləşmələrin qurulu-
şu və izomerliyi haqqında məlumatlar ayrıca nə-
zəriyyə şəklində deyil, sadə nümunələr göstəril-
məklə anlaşıqlı formada izah olunmalıdır;
5. “Üzvi birləşmələrin təsnifatı” mövzusu-
nun 9-cu sinifdə, “Üzvi kimyaya giriş”də öyrə-
dilməsi düzgün deyildir, çünki bu dərs materia-
lında verilmiş terminlər və məlumatların əksə-
riyyəti şagirdlər üçün yenidir və onların birdən-
birə mənimsənilməsi qeyri-mümkündür;
6. Üzvi birləşmələrin sadə və praktik əhə-
miyyətli nümayəndələri ilə tanışlıq
onlara aid
nümayiş təcrübələrlə və şagirdlərin müstəqil
apara biləcəyi sadə laboratoriya təcrübələri ilə
müşayiət olunmalıdır;
7. Ən mühüm üzvi birləşmələrlə və bioloji
əhəmiyyətli üzvi birləşmələrlə (karbohidratlar,
yağlar, aminturşular, zülallar) tanışlıq üçün 11-
12 dərs saatı ilə kifayətlənmək olar.
Yuxarıda göstərilən tələblər Azərbaycan
Respublikası ümumtəhsil məktəblərinin 9-cu si-
nifləri üçün hazırda
qüvvədə olan dərslikdə
müəyyən qədər nəzərə alınmışdır. Lakin əldə
dəqiq işlənmiş tədris proqramının olmaması sə-
bəbindən dərslik müəllifləri (İltifat Lətifov, Şü-
kür Mustafa) üzvi kimyaya aid materialları həd-
dən artıq mürəkkəbləşdirmiş və ehtiyac olma-
dan şagirdlərə xeyli əlavə materialların da öyrə-
nilməsini təklif etmişlər. Bununla da əksər şa-
girdlərdə üzvi kimyaya aid təlim materiallarının
mənimsənilməsində çətinliklər yaradılmışdır.
Ümid edirik ki, müəlliflər dərsliyin növbəti nəş-
rində deyilən qüsurları aradan qaldıracaqdır. Bu
işə kömək etmək məqsədilə 9-cu sinifdə üzvi
kimyanın əsasları ilə tanış
olmaq üçün yeni
Proqram
təklif edirik:
1. Üzvi kimyaya giriş.
Üzvi maddələrin
tərkibi, vahid struktura (atomların birləşmə ardı-
cıllığına) malik olması, hamısında kovalent ra-
bitələrin olması, xassələrinə görə qeyri-üzvi
maddələrdən fərqlənməsi – qızdırıldıqda qaral-
ması və asan yanması.
Üzvi maddələrin sayca
çox olmasının səbəbləri, onların qeyri-üzvi
maddələrdən alınmasının mümkünlüyü. Üzvi
birləşmələrdə homologiya və izomerlik haqqın-
da sadələşmiş izahatlar.
2. Karbohidrogenlər. Doymuş karbohid-
rogenlər (alkanlar).
Metanın homoloji sırasının
ilk beş nümayəndəsinin molekul formulları və
adlandırılması. Alkanların ümumi formulunun
çıxarılması və ifadə olunması. Alkil radikalları
və onların adlandırılması, ilk beş nümayəndənin
açıq və yığcam quruluş formulları, onların bey-
nəlxalq nomenklatura ilə adlandırılması. Buta-
nın və pentanın izomerlərinin tərtibi, nomenkla-
turası. Alkanlarda C-C rabitəsinin davamlılığı
və uzunluğu. Metanın və etanın fiziki xassələri,
yanma reaksiyaları, etanın dehidrogenləşdiril-
məsi. İlk beş nümayəndə misalında alkanların
tətbiqi və əhəmiyyəti haqqında məlumat.
3
.
Doymamış karbohidrogenlər (alkenlər).
Etilenin homoloji sırasının ilk dörd nümayəndə-
sinin molekul formulları və adlandırılması. Bu
formullara əsasən alkenlərin ümumi formulunun
çıxarılması və ifadə olunması. Eten, propen, bu-
ten və pentenin açıq və yığcam quruluş formul-
larının tərtibi, onların
beynəlxalq nomenklatura
ilə adlandırılması. Buten və pentenin quruluş
izomerlərinin tərtibi, karbohidrogen radikalının
və ikiqat rabitənin yerinin nömrələnməsi, bey-
nəlxalq nomenklatura ilə adlandırılması. Etilen
molekulunda ikiqat rabitənin xarakteristikası,
C=C rabitəsinin davamlılığı və uzunluğu, möh-
kəmliyinə görə siqma (σ ) və pi (π) rabitələrinin
fərqlənməsi, bunun
səbəbinin rabitə yaradan
elektron orbitallarının sıxlaşma (qovuşma) for-
ması ilə izah edilməsi. Etilenin fiziki xassələri,
yanması bromla və su ilə reaksiyaları. Etilen
molekullarının biri-biri ilə birləşərək irimolekul-