“Heyvanlar aləminin təkamülünün sübutları” mövzusunun tədrisi metodikası 153
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 yətlərinin formalaşmasına, onlar da məntiqlik,
səbir, öz müvəffəqiyyətlərinə, eyni zamanda,
yoldaşlarının müvəffəqiyyətlərinə tənqidi ya-
naşmaq və s. kimi keyfiyyətlərin tərbiyə edilmə-
sinə müsbət təsirini göstərir. Şagirdlərin biliklə-
rinin qiymətləndirilməsi psixoloji cəhətdən də
əhəmiyyətlidir. Bu zaman onların hafizələri tək-
milləşir, təfəkkürləri fəallaşır, anlayış və ideya-
lar arasındakı əlaqələri hafizələrində yaxşı can-
landırır, dəqiqliyi artır. Biliklərin qiymətləndi-
rilməsi zamanı müəllim qiymətləri nə şişirtməli,
nə də aşağı salmamalıdır, daha doğrusu, müəl-
limdən ustalıq, pedaqoji nəzakət, şagirdin işinə -
əməyinə xeyirxahlıq və diqqətli yanaşmaq tələb
edilir. Yoxlama zamanı şagirdin aldığı qiymətə
çox müxtəlif göstəricilər də daxildir. Məsələn,
bilik, bacarıq və vərdişlərin səviyyəsinin həqiqi
vəziyyəti, onların şüurlu surətdə mənimsənilmə-
si və tətbiqi, əsas və əlavə ədəbiyyatların öyrə-
nilməsi, müstəqillik, təşəbbüskarlıq və işə yara-
dıcı münasibət, ev tapşırığının tam yerinə yeti-
rilməsi, əxlaqi davranış və s.
Yeni keçilən mövzunu tədris edərkən
müəllim qeyd etməlidir ki, təkamülün hərəkət-
verici qüvvələrindən olan yaşayış uğrunda mü-
barizənin bir neçə forması var:
1. Növdaxili mübarizə;
2. Növlərarası mübarizə;
3. Təbiətin əlverişsiz şəraitinə – mühitinə
qarşı mübarizə.
Bu mübarizələrin hamısında təbii seçmə
gedir, bir qayda olaraq, qüvvətlidir, sağlamlar
qalib gəlir və yeni növlər yaranır.
Mövzunun ikinci hissəsi onurğasız hey-
vanların əsas təkamül mərhələlərinə həsr olu-
nub. Yeri gəlmişkən, qeyd edilməlidir ki, bu
mövzu da çox genişdir və bölməni burada yox,
onurğasızlar tədris olunub qurtardıqdan sonra,
başqa sözlə, onurğalı heyvanları keçməmişdən
əvvəl tədris etmək düzgün olardı, onurğasızların
tədrisinin məntiqi sonsuzluğu kimi verilməlidir.
Əvvəlcə birhüceyrəlilərin mənşəyi haqda
məlumat verilməlidir. Onlar bir neçə milyard il
bundan öncə cansız materiyadan yaranıblar, ki-
çik selik topası şəklində olublar. Onlar xarici
mühitlə maddələr mübadiləsinə girmək, böyümə
və çoxalma qabiliyyətinə malik olublar. Bunla-
rın da arasında təbii seçmə gedib, orqanoidləri,
nüvələri yaranıb və birhüceyrəli kimi formala-
şıblar. Müasir təsəvvürlərə görə isə qamçılılar
ictimai birhüceyrəlilərin əcdadı olublar.
Bir hüceyrəlilərin mənşəyindən danışar-
kən Koloniya halında formalaşan volvoksdan
başlamaq məsləhətdir. Düzdür, onlar tam çox-
hüceyrəli deyiblər, ancaq sonrakı çoxhüceyrəli-
lərin formalaşmasında model kimi istifadə oluna
bilər və onlara başlanğıc verirlər. Onlardan sün-
gərlər, süngərlərdən bağırsaqboşlular, bağırsaq-
boşlulardan yastı qurdlar, onlardan sap qurdlar,
həlqəvi qurdlar, qurdların ümumi əcdadlarından,
molyuskalar da həlqəvi qurdlarla bir mənbədən
– əcdaddan, buğumayaqlıların isə həlqəvi qurd-
lardan başlanğıc götürməsi embrioloji müqayi-
səli, anatomik dəlillərlə sübut olunur. Müəllim
bunların hər birini bir qədər geniş şərh etməlidir.
Dərsin sonunda yeni keçilən mövzunu möh-
kəmləndirmək məqsədi ilə bir neçə sualla sinfə
müraciət etmək olar. Məsələn: “Uşaqlar, yaşayış
uğrunda mübarizə dedikdə nəyi başa düşürsünüz?
Seçmə nədir və onun hansı formaları mövcuddur?
İbtidai birhüceyrəlilər necə əmələ gəliblər? Onur-
ğalıların hansı hansından başlanğıc alıb?”
Bununla dərs yekunlaşır.
Onurğasız heyvanların təkamülü. Müəllim
pedaqoji tələblərə uyğun olaraq dərsin birinci
hissəsinə aid olan məsələləri başa çatdırıb, evə
verilən mövzunu şagirdlərdən soruşur. Yaşayış
uğrunda mübarizə və təbii seçmə mövzusunu
müəllim test sorğusu üsulundan istifadə etməklə
və yaxud fərdi sorğu keçirməklə aparsa, dərs da-
ha dolğun, mənimsəmə isə yüksək olar.
Dərslikdə onurğasız heyvanların təkamülü
orta məktəblərin 9-cu sinfində qaneedici səviy-
yədə verilib. Lakin cüzi də olsa təkrarlamaya
yol verilib. Bu da ondan ibarətdir ki, buğum-
ayaqlıları keçərkən orada onların təkamülü və
mənşəyi ətraflı verilib.
Dərslik materiallarına aşağıdakılar məslə-
hət bilinir. Onurğasız heyvanların mənşəyindən
danışarkən, müəllim qeyd etməlidir ki, birhücey-
rəlilər sadə quruluşdan mürəkkəb quruluşlu orqa-
nizmlərə çevrilənədək uzun təkamül yolu keç-
mişlər. Birhüceyrəlilərin hansının daha qədim ol-
ması bir qədər araşdırılmalıdır. Həyat tərzinə və
quruluşuna görə sporlular və infuzorlar primitiv
deyillər. Sarkodinlər və qamçılılara gəldikdə isə
alimlər arasında bunların hamısının primitiv ol-
ması haqqında yekdil bir fikir yoxdur. Ancaq bir
çox alimlər göstərirlər ki, sarkodinlər öz inkişaf
mərhələsində (məs: foraminiferlər, radiolyarilə-
rin qametləri) qamçılı mərhələsini keçirirlər. Bu