Qəzənfər Musa oğlu Əliyev
152
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
Xordalılar tipinin ümumiləşdirici dərsini
müəllim ötən nəzəri dərslərdə olduğu kimi apa-
rır. Bu dərsdə müəllim şagirdlərdən hansının
bioloji elmlərə nə dərəcədə həvəs göstərməsini,
sinfin ümumilikdə və ayrı-ayrı şagirdlərin xor-
dalılar haqqındakı bilikləri necə qavramasını
müəyyənləşdirir.
Yeni dərsin izahı müəllimlərdən hərtərəfli
bilik, faktları düzgün analiz edib məntiqi nəticə
çıxarmaq bacarığı tələb edir, heyvanlar aləminin
təkamülünü şərh edərkən biologiyanın başqa sa-
hələrindəki faktlardan geniş surətdə istifadə olu-
nur. Bunlara paleontologiya,
embriologiya, mü-
qayisəli anatomiya aiddir. Məsələn, suda-quruda
yaşayanların öz başlanğıcının götürülməsini
izah edərkən embrioloji faktlara, quşların öz
başlanğıcını haradan almasını şərh edərkən pa-
leontoloji faktlara istinad etməlidirlər. Bu za-
man, yaxşı olar ki, müəllim əvvəlcə konkret ola-
raq embriologiya, yaxud paleontologiya elmi
haqqında qısaca məlumat versin, sonra isə bio-
loji əlamətlərin üzərində dayansın. Tədrisin mü-
vəffəqiyyətli olması üçün bir neçə nümunəyə
müraciət olunmalıdır.
Mövzunun həcminə və proqrama öz müna-
sibətimi bildirmək istərdim. Proqram tərtib olu-
narkən və zoologiya dərslərinin saatları rüblər
üzrə bölünərkən təcrübəli biologiya müəllimləri-
nin və biologiyanın tədrisi metodikası ilə məşğul
olanların fikrini öyrənmək,
onlardan istifadə et-
mək işin xeyrinə olardı. Məsələyə bu mövzunun
şərhində ona görə toxunulur ki, heyvanlar aləmi-
nin təkamülünün sübutları, təkamülün səbəbləri-
nin C. Darvin tərəfindən göstərilməsi mövzuları
çox geniş olub, həm şagirdlər tərəfindən lazımın-
ca qavranılmayacaq, həm də müəllim onu istədi-
yi səviyyədə şərh edə bilməyəcək, nəticədə isə
dərsin keyfiyyəti aşağı olacaqdır.
Heyvanlar aləminin təkamül səbəblərinin
C. Darvin tərəfindən göstərilməsi mövzusu, da-
ha doğrusu, onun məntiqi nəticələri “Ümumi
biologiya” dərsliyində geniş verilib, lakin bu
mövzu “Zoologiya”ya daha yaxındır və 7-8-ci
siniflərdə tədris olunması məqsədəuyğundur.
Şagirdlərin dəyişkənlik, irsiyyət,
süni seçmə və
ev heyvanlarının yeni cinslərinin necə əldə edil-
məsi haqda biliklər qazanması heyvanat aləmi-
nin təkamülü mövzusunun da düzgün başa dü-
şülməsinə səbəb olur. Bütün yuxarıda göstəri-
lənləri şagirdlərə çatdırdıqdan sonra bir neçə
cümlə ilə dərsə yekun vurulmalıdır.
Heyvanlar aləminin təkamül səbəbləri.
Me-
todik tövsiyəyə keçməmişdən öncə bir məsələyə
toxunmaq məqsədəuyğundur. Hazırkı kitabın bi-
rinci nəşrində “Heyvanlar aləminin təkamülü”
bölməsinin birinci dərsində mövzunun çox geniş
olması, şagirdlər tərəfindən yaxşı qavranılması
irad tutulmuşdur və gələcək nəşrdə bu mövzunun
iki hissəyə bölünməsi təklif edilmişdir. Həmin
irad
hələlik dəyişmir, ancaq müəllimlərə minnət-
darlıq edilir ki, həmin məsələ müəllimlər tərəfin-
dən düzgün anlaşılıb, indi mövzu, haqlı olaraq, iki
dərsdə tədris olunur. Beləliklə, dərslik xeyli tək-
milləşib pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanır. Heyvanlar aləminin təkamülünün sə-
bəbləri dərslikdə yaxşı verilib. Əlavə olaraq aşağı-
dakıları bildirmək məqsədəuyğundur.
Heyvanlar aləminin təkamülünün əsas hə-
rəkətverici amilləri irsi əsasda olan dəyişkənlik,
qazanılmış əlamətlərin stabil olaraq sonrakı nəs-
lə ötürülməsi (irsiyyət), yaşayış
uğrunda müba-
rizə və təbii seçmədir. Heyvanlarda dəyişkənlik
baş verməsi üçün, ilk növbədə, mühit dəyişməli-
dir. Əgər mühit stabil, xoş olarsa, onda orada
yaşayan heyvanların da təkamülü mürəkkəbləş-
mə istiqamətində getmir.
Misal üçün, Avstrali-
yada, Madaqaskar adalarında, Filippində, Yeni
Zelandiyada indiki dövrümüzədək ibtidai mə-
məlilərin, kisəli məməlilərin yaşamasına səbəb
mühitin çox xoş və əlverişli olmasıdır, dəyiş-
kənliyə səbəb olan amillərin olamamasıdır. Ru-
siyanın şimal sahillərində mamontun nəslinin
kəsilməsi isə sərt soyuqların düşməsi, başqa
sözlə, buzlaşmanın olmasıdır.
Heyvanlarda (eləcə də bitkilərdə) təkamül
prosesinin getməsində insanların fəaliyyəti – sü-
ni seçmə də xüsusi rol oynayır.
Müəllim süni
seçmənin təkamüldə yaradıcı rolunu xüsusi vur-
ğulamalıdır. İnsan süni seçmə yolu ilə çoxsaylı
qaramal, qoyun, keçi, donuz, at, toyuq, qaz, ör-
dək cinsləri əldə etmişdir. Dərslik materialı və
söylənilənləri şagirdlərə çatdırdıqdan sonra dər-
sin sonuncu mərhələsinə keçmək olar.
Yaşayış uğrunda mübarizə və təbii seçmə.
Nəzəri dərslərdə olduğu kimi bu dərsə də müəl-
lim sinfin təşkili ilə başlayıb, davamiyyəti yox-
layır, evə tapşırılan mövzu soruşulur və şagird-
lərin biliyinin qiymətləndirilməsi ilə ümumi
dərs üçün ayrılan vaxtın birinci hissəsi başa ça-
tır. Biliyin qiymətləndirilməsi təlim prosesində
şagirdlərin dinamik inkişafını əks etdirir, şəxsiy-