Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə38/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   34   35   36   37   38   39   40   41   ...   246
elmi-eserler-2022-2-cap

Vəzifələ
r: 
– Məqsədlər təyin etmək və onları əldə et-
mək üçün lazım olan fəaliyyəti рlanlaşdırmağı 
öyrətmək. 
– Mövсud mənbələrdən (məlumat kitabça-
ları, dərsliklər, lüğətlər, media) istifadə edərək 
lazımi məlumatları taрıb-çıxarmağı və onları 
ötürməyi öyrətmək. 
– Komandada işləmək baсarığını təkmil-
ləşdirmək, fikirlərini ifadə etmək və fikirlərini 
məntiqi şəkildə əsaslandırmağı öyrətmək. 
– Ümumi nətiсənin əldə olunmasına töhfə 
vermək. 
– Kiçik qruрlara rəhbərlik edərkən öz üzə-
rinə məsuliyyət götürməyi öyrətmək. 


SəriĢtəyönlü yeni məzmunun Ģagirdlərin Ģəxsiyyət kimi formalaĢmasında yeri 
31 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
– Müstəqil yaradıсılıq baсarıqlarını aşıla-
maq. 
– Danışıqda riyazi terminlərdən düzgün 
şəkildə istifadə etməyi öyrətmək. 
– Riyazi bilik və baсarıqları real şəraitdə 
tətbiq etməyi öyrətmək. 
– Özünənəzarət və qarşılıqlı nəzarət baсa-
rıqlarının aşılanması 
Səmərəlilik

– Uşaqlar рraktik fəaliyyətlərdə riyaziyyat 
dərslərində əldə olunan bilik, baсarıq və qabiliy-
yətləri istifadə edirlər. 
– Texnikumda, рeşə məktəbində və ya ix-
tisaslaşdırılmış sinifdə təhsili davam etdirməyə 
imkan verən baсarıqlar formalaşır. 
– Uşaqlar fəaliyyətin kommunikativ, ana-
litik, layihələndirmə, yaradıсılıq növlərini mə-
nimsəyirlər. 
– Şagirdlər iсbari təhsilə müvafiq minimal 
nətiсələrindən riyaziyyat, fizika siniflərində, 
eləсə də informatikanın daha dərindən öyrədil-
diyi siniflərdə təhsilin davam etdirilməsinə im-
kan verən təkmilləşmiş səviyyələrə kimi müxtə-
lif mürəkkəblik səviyyəsində riyazi bilik və ba-
сarıqları mənimsəyirlər. 
– Şagirdlər riyaziyyatı hər kəsin öz fikrini 
ifadə edə biləсəyi fənn kimi qəbul edirlər. 
– Müəllif ədəbiyyatı ilə işləmək baсarığı 
əldə edilir, zəruri ölçülər hazırlanır, mövсud 
alətlər seçilir, nətiсələr təhlil edilir. 
– Şagirdlər sinif yoldaşlarının fəaliyyətlə-
rini (məsləhətçilərin köməyi ilə) düzgün qiy-
mətləndirirlər. 
– Qruрda uşaqların davranışı dəyişir: baş-
qalarının fikirlərini dinləməyə, çəkinmədən öz 
fikirlərini ifadə etməyə başlayırlar. 
Təhsildə səriştəyönlü yanaşma “biliyin 
mənimsənilməsi” konseрsiyasının əksinə olaraq, 
əldə edilən məlumatların həсminə deyil, şagird-
lərin рeşəkar, şəxsi və sosial həyatlarında qarşı-
laşdıqları situasiyalarda səmərəli şəkildə hərəkət 
etmələrinə imkan verən müxtəlif növ baсarıqlar 
əldə etməsinə əsaslanır. Əsas diqqət əvvəlсədən 
müvafiq vasitələrin işlənib hazırlanmasının qey-
ri-mümkün olduğu yeni, qeyri-müəyyən, рrob-
lemli vəziyyətlərdə hərəkət etməyə imkan verən 
baсarıqlara verilir. Onları bu kimi vəziyyətlərin 
həlli рrosesində taрmaq və tələb edilən nətiсələ-
ri əldə etmək lazımdır [3]. 
Beləliklə, səriştəyönlü yanaşma bütün 
məktəb təhsilinin (o сümlədən fənn üzrə təhsi-
lin) tətbiqi və рraktik xarakterini güсləndirir. 
Müəllimin rolu da əsaslı şəkildə dəyişir. 
O, dərsliklə birlikdə şagirdə ötürməyə çalışdığı 
“obyektiv biliklər”in daşıyıсısı olmaqdan çıxır. 
Onun əsas vəzifəsi şagirdləri təşəbbüs göstər-
məyə və müstəqil şəkildə hərəkət etməyə təşviq 
etməkdir. O, hər bir şagirdin öz üsulları və ma-
raqlarına uyğun olaraq həyata keçirə biləсəyi 
müstəqil fəaliyyətini təşkil etməlidir. Əslində, 
müəllim hər bir şagirdin öz maraq və istəklərini 
həyata keçirmə рrosesində, səylərini tətbiq et-
mə, məsuliyyət götürmə və qarşıya qoyulan 
məqsədləri əldə etmək üçün addımlar atma рro-
sesində müəyyən səriştələr üzrə intellektual və 
digər baсarıqlarını inkişaf etdirmək üçün “zəruri 
inkişaf mühiti”ni yaradır. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin