Rahilə Mirzəli qızı Məmmədova 100
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 Bundan əlavə, replikalar həmsöhbəti söh-
bətə qatmaq üçün ona təsir edə bilər, onu reaksi-
ya bildirməyə və ya müzakirəni davam etməyə,
kommunikativ istiqamətə yönəltməyə təsir gös-
tərə bilər.
Replika-stimulların xüsusiyyətləri ondan
ibarətdir ki, onlarda əmr formasında feillər, mü-
raciətlər və nidalardan tez-tez istifadə olunur.
Onların kommunikativ istiqamətləndirilməsi –
söhbəti stimullaşdırmaq, söhbətə dəvət etməkdir.
Dialoji nitqin replikası birinci replikaya
reaksiya ola bilər. Bu cür kommunikativ istiqa-
mətləndirmə reaksiya məzmunlu replikalara
məxsusdur. Replika-reaksiya ilk ifadəni, təklif
olunan ifadənin mövzusunu aydınlaşdırır, təkzib
edir, ya da tamamlayır. Replika-reaksiya əvvəl-
ki kontekstdən asılıdır.
İkinci replikaların struktur və qrammatik
asılılığı müasir dilçilikdə təkrar replika adlanır.
Bu cür təkrarlarsız monoloji və dialoji nitq müm-
kün deyil. Təkrar – danışıq dilinin konstruktiv
elementidir. Hətta cümlənin hissələrə bölünməsi
də konstruktiv təkrarları ehtiva edir. İlk replikalar
müxtəlif emosional reaksiyaları ifadə edə bilər.
Biz müasir Azərbaycan dilinin dialoji nit-
qində təkrarın on bir leksik-struktur növünü
fərqləndirmişik. Bu əsasdan çıxış edərək, məsə-
lənin kommunikativ funksiyasını müəyyən et-
mək daha asanlaşır. Kommunikativ istiqamət-
ləndirməni və cavabların xarakterini nəzərə ala-
raq aşağıdakı müvafiq sual-cavab replikalarının
ayrılması mümkündür:
1) cavabı nəzərdə tutan neytral sual;
2) cavabın xarakterini ehtiva edən təxmini
sual;
3) sual verənin öz sualına cavab almadığı
zaman verdiyi təkrar sual.
Psixologiyada dialoqun uşaq və yaşlı adam-
ların nitqi əsasında öyrənilməsinə bəzi əsərlərdə
diqqət yetirilmişdir. Dialoji nitqin struktur-genetik
xarakteri yuxarıda adlarını çəkdiyimiz alimlərin
əsərlərinin də tədqiqat obyekti olmuşdur.
Dialoqlar insan həyatında çox mühüm mə-
sələləri həll edir. Cəmiyyət dialoqsuz keçinə bil-
mir. Ən mühüm problemlər dialoqlar vasitəsi ilə
çözülür, həll edilir.
Hər bir dialoqun xarakterik replikaları
olur. Dialoqun hər bir replikası öz fərdiliyi ilə
fərqlənir, sosial xarakter daşıyır. Partnyorlar,
müsahiblər bir-birini dialoqlar vasitəsi ilə dərk
edir, anlaşma bu yolla yaranır [1, 105].
Dialoq problemi dilçilikdə və psixologiya-
da müxtəlif istiqamətlərdə öyrənilmişdir. Birin-
ci, dialoq məsələlərinə dramaturgiya janrının tə-
ləblərindən yanaşılmış, dilin daxili, qapalı vasi-
təsi kimi baxılmışdır. Bu xüsusda yazıçının, dra-
maturqun bədii-üslubi xüsusiyyətlərinə diqqət
yetirilmişdir. Burada dramaturqun dialoq yarat-
ma ustalığı üzə çıxarılmışdır. Bu bacarığın mey-
dana çıxarılması dialoqun üslubi planda tədqiqi-
dir. Eyni zamanda, bu əsasda dialoqun dildə
kommunikativ funksiyası da aydınlaşa bilir [6].
Digər qrup tədqiqatçılar dialoqu linqvistik
hadisə kimi, yəni formal-sintaktik və semantik
aspektlərdə araşdırmışlar [4, s. 62]
Dialoqun funksional aspektdə və cümlə-
nin aktual üzvlənmə aspektində tədqiqi, az da
olsa, öyrənilmişdir. Burada aktual üzvlənmədə
replikanın, replika hissələrinin stimullaşması,
dialoqun “funksional” tərəfi, danışanların kom-
munikativ meyarları (ölçüləri) əsas yer tutur.
Dialoqun formal tərəfi təhlil olunarkən başlıca
olaraq forma və funksiyanın təsadüfən bir vaxta
düşməməsi, bir vaxta təsadüf etməməsi, yəni
uyğun gəlməməsi nəzərə alınmışdır [5, s. 4]
. Dialoq nitqi adətən monoloq nitqinə qarşı
qoyulur, öz təbiiliyinə görə monoloq nitqi dia-
loq nitqindən fərqlənir. Monoloq, əsas etibarilə,
əhəmiyyətli dərəcədə dilin təbii formasıdır. Dia-
loq isə dilin sonradan qazanılan formasıdır, ün-
siyyətin meydana gəlməsi ilə, iki və ya üç şəx-
sin söhbətləşməsi ilə bağlı yaranmışdır. Elə bu-
na görə də monoloq nitqi təbiəti etibarilə dialoq
nitqindən seçilir.
Dialoq nitqin situasiyaları ilə bağlı mey-
dana çıxır [5, s. 6].
Dialoq təfəkkürlə bağlı bir psixoloji-linq-
vistik anlayışdır. Dialoq təfəkkürdə formalaşır,
burada iki və ya bir neçə təfəkkür, düşüncə üz-
üzə, qarşı-qarıya gəlir. Gərgin və yaxud sakit si-
tuasiyada təfəkkür işə düşür [2, s. 25].
Dialoq sosial fenomendir, kompleks sistem-
dir. Dialoqa müxtəlif elmlər diqqət yetirir: fəlsəfə,
qneseologiya, kulturologiya, məntiq, psixologiya,
sosiologiya, pedaqogika, linqvistika və s.
Dialoqun paradiqmaları cəmiyyətin fəaliy-
yət sferaları ilə əlaqədar müəyyənləşir.
Dialoq haqqında konsepsiyalar, baxışlar
müxtəlifdir: 1) individual baxışlar; 2) kollektiv
baxışlar.