Research papers


Dialoqun struktur təbiəti



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə120/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   116   117   118   119   120   121   122   123   ...   246
elmi-eserler-2022-2-cap

Dialoqun struktur təbiəti
 
99 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
logiyada, həm də linqvistikada onların kəsişdiyi 
nöqtədə məskunlaşan müxtəlif hadisələrin ato-
mistik və funksional təhlili nəticəsində üzvi şə-
kildə bağlı olan anlayışlar bir-birindən ayırmış 
şəkildə öyrənilmiş və buna görə də bütöv struk-
turun, yaxud da bu strukturu təşkil edən kompo-
nentlərin birliyi, bütövlüyü, obyektdəki real ma-
hiyyəti diqqətdən kənarda qalmışdır. 
Elmin tarixində təfəkkür və nitqlə bağlı 
söylənmiş mülahizələr iki qütb arasında cəmlə-
şib: nitq və təfəkkür (söz və fikir) tamamilə ey-
niləşdirilib, yaxud bunlar bir-birindən mütləq 
şəkildə ayrılıb, müxtəlif hadisələr kimi təhlilə 
cəlb olunub. Psixolinqvistikada fikir=nitq+səs 
formulu müasir psixologiya elmində indi də bir 
çox alimlər tərəfindən (məs.: Amerika psixo-
linqvistləri) qəbul edilir. Buradaca qeyd edək ki, 
müəyyən bütövü tərkib hissələrinə parçalayıb, 
hadisələrin ayrı-ayrılıqda təhlili və hər bir hissə-
nin mahiyyətini, əlamətlərini, xassələrini müəy-
yənləşdirmək, sonra nəticələri bütövə şamil et-
mək həmişə özünü doğrultmur. Çünki bütövü 
təşkil edən hissələrin ayrı-ayrılıqda malik oldu-
ğu xassə, bütövün daxilində keyfiyyətcə dəyişir, 
yeniləşir, kəmiyyətcə birləşmə yeni keyfiyyət, 
yeni əlamət qazanır” [3, s. 112]. 
İndi psixoloji postulatlar dilə tətbiq olunur 
və yaxud əksinə. Qovuşan postulatlar psixolinq-
vistika deyilən elmin formalaşmasında mühüm 
rol oynayır. Psixolinqvistikanın müştərək möv-
zuları ortaya çıxır və öz təhlilini gözləyir. Hə-
min mövzulardan biri dialoji və monoloji nitq 
problemidir. 
“Dialoq” termini yunan dilindəki “
dialo-
gos
” sözündən olub replikaların bir-biri ilə əvəz-
lənməsi ardıcıllığı (geniş mənada replikalar – ca-
vabın hərəkətlərlə, jestlərlə və s. ifadəsi) anla-
mındadır. Bu termin haqqında xarici sözlərə dair 
lüğətlərdə iki fikirlə qarşılaşmaq olur: 1) dialoq − 
iki və ya bir neçə şəxs arasında olan söhbət, dram 
əsərlərində nitqin təşkilinin əsas forması; 2) ədə-
bi əsər, danışıq forması (4, s. 120). O.S. Axman-
ovanın lüğətində dialoqun təbiəti belə açılır: 
“Dialoq – nitqin bir formasıdır, orada hər bir söy-
ləm həmsöhbətə doğru istiqamətlənir. Dialoq nis-
bi qısalığı, lakonikliyi ilə səciyyələnir və sintak-
tik quruluşu təmin edir” [5, s. 132]. 
Dialoq: 1) iki və ya daha çox şəxsin ara-
sında olan söhbət və dramatik əsərlərin əsas nitq 
formasının təşkilidir; 2) söhbət şəklində yazıl-
mış ədəbi əsərdir. 
Dialoq – iki və ya daha çox həmsöhbət 
arasında elə bir interaksiya formasıdır ki, bu za-
man həmsöhbətlər öz replikaları ilə qarşı tərəfin 
replikalarına cavab verirlər və ya əksinə, qarşı 
tərəflər reaksiya (hətta bunu birbaşa istəmədiyi 
bir halda) bildirməyə cəhd edirlər. Bu nitqin nö-
vündə hər bir ifadə birbaşa müraciət edilənə yö-
nəldilir. Digər tərəfdən, dialoq öz sintaktik qu-
ruluşuna görə ayrı-ayrı ifadələrinin məhdud nis-
bi müxtəsərliyi və sadəliyi ilə fərqlənir. 
Dialoq formaları tarixən antik dövrün 
alimlərinin (Ksenofont, Platon, Qaliley, Didro 
və b.) maraq dairəsində olmuş, bu haqda müəy-
yən fikirlər söylənmişdir. Dialoq anlayışı və 
onun formaları psixoloji tədqiqatlarda psixi pro-
seslərin sosial mexanizmi kimi öyrənilmişdir. 
Belə tədqiqatların tarixi XX əsrdən başlanır. 
L.S. Vıqotskinin mədəni-tarixi nəzəriyyəsində 
interaksionizm, psixoanaliz J. Piajenin genetik 
psixologiya nəzəriyyəsində [1; 2, s. 7], M.M. 
Baxtinin işlərində və s. araşdırmalarda dialoji 
nitqin psixoloji aspektləri nəzərdən keçirilmiş-
dir. Amma bu tədqiqatlarda dialoqun yalnız psi-
xoloji tərəflərinə toxunulduğu üçün linqvistik 
aspektləri, demək olar ki, unudulmuşdur. 
Dialoqun formaları aşağıdakılardır: müba-
hisə, diskussiya, polemika, teledebat, intervü, 
disput. 
Əsərdə dialoji nitqə aid olan replikaların 
kommunikativ tipləri təhlil edilir və replika cüt-
lüklərinin (replika qruplarının) semantik və 
struktur xüsusiyyətləri araşdırılır. 
Replikaların öyrənilməsi zamanı biz onla-
rın məqsəddən asılı olaraq kommunikativ yö-
nəltməsinin dəyişməsinə nəzər yetirmişik. Rep-
likaları replika-stimul və replika-reaksiya kimi 
növlərə ayırmaq olar. Hər iki növ müəyyən se-
mantik yük daşıyır və informasiya ötürülməsi 
məqsədinə xidmət edir. 
Replika-stimul, əsasən, həmsöhbətləri fi-
kirlərini ifadə etməyə həvəsləndirir (dəvət edir). 
Replikaların ikinci qrupu əvvəlki replikalara 
reaksiyadır. Replikalar vasitəsi ilə ötürülən in-
formasiya müxtəlif kommunikativ məqsədlərə 
xidmət edir. Replikada obyektin, hadisənin 
olub-olmaması haqqında, hadisənin varlığı və 
mahiyyəti haqqında, vaxtı haqqında və ya nati-
qin vəziyyətə ümumi münasibəti haqqında mə-
lumat verilə bilər. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin