Research papers


Fonetika üzrə dil materiallarının öyrədilməsinə dair



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə135/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   131   132   133   134   135   136   137   138   ...   246
elmi-eserler-2022-2-cap

Fonetika üzrə dil materiallarının öyrədilməsinə dair 
111 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
lillər də şagirdlərə yeni qrammatik məlumatı, 
qayda və qanunları öyrətmək üçün istifadə olu-
nan ən təsirli vasitələrdən biridir. Qrammatik 
təhlil şagirdlərə qrammatikadan aldıqları biliklə-
ri təcrübədə tətbiq etməyə imkan verir. Belə ki, 
qrammatik təhlil şagirdin diqqət və vərdişlərini 
nizama salır. Belə təhlil təkrar üçün, biliyi möh-
kəmləndirmək və yoxlamaq üçün ən yaxşı vasi-
tədir. Bu cəhətdən fonetik təhlil həm düzgün tə-
ləffüz qaydalarının, həm də savadlı yazının öy-
rənilməsinə həsr olunduğundan praktik olaraq 
çox böyük əhəmiyyət kəsb edir. Şagirdlər ana 
dilində səlis danışmağı özlərinə vəzifə borcu 
bilməlidirlər və bu istiqamətdə onlara nümunə 
ola biləcək adamlardan örnək götürməlidirlər. 
Ümummilli lider Heydər Əliyevin nitqi hamı-
mız üçün örnəkdir. Belə ki, söz bəşərin nəfəsi-
dir, fikri və düşüncəsidir. Bu mənada dahilərin 
nitqindən nümunə götürməyi bacarmaq bir vəzi-
fə borcumuz olmalıdır. 
Cəmiyyətin inkişafı, elmi-texniki tərəqqi, 
dövlətin inkişaf strategiyası kimi mühüm amillər 
təhsilin məqsəd və vəzifələrini, təlimin məzmu-
nunu, xüsusilə metodları və texnologiyasını yeni-
ləşməyə məcbur etmiş, bu yeniləşmə cəmiyyət 
quruculuğunun fəal amilinə çevrilmişdir [3]. 
Ulu Öndər yazırdı ki, cəmiyyətin inkişafı, 
elmi-texniki tərəqqi, dövlətin inkişaf strategiya-
sı kimi mühüm amillər təhsilin məqsəd və vəzi-
fələrini, təlimin məzmununu, xüsusilə metodları 
və texnologiyasını yeniləşməyə məcbur etmiş, 
bu yeniləşmə cəmiyyət quruculuğunun fəal ami-
linə çevrilmişdir [3]. 
Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi 
sərkərdə və dövlət xadimləri Azərbaycanın döv-
lətçilik tarixinin bütöv bir salnaməsini yaradıblar. 
Bu şəxsiyyətlərin şanlı ömür və fəaliyyət yolu 
xalqımızın vətənpərvərlik hisslərini gücləndirib, 
müstəqillik və dövlətçilik təcrübəsini zənginləş-
dirib, həyatımızın ən vacib, ümdə məqsədinə çe-
virib. Onların yaratdığı dövlətçilik ənənələri yüz-
illiklər boyu, o cümlədən XX əsr ərzində uğurla 
davam və inkişaf etdirilib [3. s. 249]. 
Cəmiyyətdə gedən ictimai, iqtisadi dəyi-
şikliklər, dünyada gedən qloballaşma, eləcə də 
elmi-texniki tərəqqi təhsilin ehtiyaclarını müəy-
yənləşdirən əsas amillərdir. Təlimin məzmunu-
na dair vacib sənədlərin ən ümdəsi insanın hü-
ququnu əks etdirən Azərbaycan Respulikasının 
konstitusiyası və Azərbaycan Respublikasının 
Təhsil Qanunudur. Təhsil qanunu normativ sə-
nəddir və Təhsil sisteminin fəaliyyəti onunla 
tənzimlənir. Bunlardan sonra isə tədris planı, 
proqram və dərsliklər gəlir və hər bir fənnin 
mövcudluğu tədris planından başlanır [4]. 
Biz xalq olaraq çalışmalıyıq ki, dilçi alim-
lərimiz dilimizin təravətini, ətrini, əbədiliyini və 
ölməzliyini əks etdirən yüksək elmi-nəzəri sə-
viyyədə yazılmış əsərləri ilə dünya dilçiliyində 
özlərinə layiq yer tutsunlar. 
Bu gün Azərbaycan təhsili Ulu Öndərin si-
yasi kursunu davam etdirən prezident İlham 
Əliyevin rəhbərliyi ilə özünün yüksək inkişaf 
mərhələsini yaşayır və xalqımız bu müqəddəs 
yolda öz ölkə başçısını daim dəstəkləyir. Dilimiz 
yaşayır, inkişaf edərək daha da zənginləşir və 
dünyanın diqqətini özünə cəlb etməyi bacarır. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin