Abbasqulu ağa Bakıxanovun pedaqoji görüĢləri 117
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 maq pislənir. Oxuyuruq: “Düzlüyü özünə şüar elə,
hər kəs əyriliyə qurşansa, həyası və dini əlindən
gedər və xalq içində rüsvay olar (1, s 14)...Yalan
danışmaqdan çəkin, çünki hər kəs səni yalançı ta-
nısa, doğru sözünə də inanmaz” (2, s. 7).
Qeyd etdiyimiz kimi, Abbasqulu ağa in-
sanları tolerantlığa səsləyirdi. Bu xüsusda o de-
yirdi: “İnsan hirslənəndə əqli yerindən oynayır.
Belə hallarda heç bir iş görmə. Ancaq hirsin so-
yuyandan sonra işə başla” (2, s. 8).
Böyük mütəfəkkir, eyni zamanda, tənbəl-
liyi də tənqid edirdi. İşsizliyi dünyadakı ən pis
bir şey hesab edirdi. Paxıllığı qabiliyyətsizlik
əlaməti kimi nəzərdən keçirən Abbasqulu ağa
yazırdı: “Hər kəs öz qüvvəsinə inansa, o özü ha-
mıdan çox istədiyini əldə etməyə çalışar. Hünər-
siz adam arta bilmədiyini görüb başqalarının da
tənəzzül etməsini arzular ki, özü ilə bərabərləş-
sin. Paxıl adam heç vaxt rahat yaşaya bilməz.
onun öz kədəri və başqalarının fərəhi. Hər ikisi
ona dərd olar” (2, s. 10).
Bu mənada Abbasqulu ağanın aşağıdakı
fikirləri də diqqəti özünə çəkir: “Bu dünyada
hər şey bir iş üçün yaranmışdır. Bir şey başqa
şeyin köməyi olmadan yaşaya bilməz. Sən də
onlardan birisən, əgər bekar otursan, deməli, daş
və palçıq səndən daha yaxşıdır, çünki onlar bir
ev tikmək işində kara gələrlər” (2, s. 8).
“Nəsihətlər”də dostu çox olan adam xoş-
bəxt sayılır. Həm də göstərilir ki, “dünya malını
sevən və yüksək mövqe axtarmağa həris olan
adam dostluğa yaramaz, çünki o, həmişə öz
xeyrini güdüb başqalarına ziyan verməyə çalı-
şar” (2, s. 12).
Bakıxanovun son dərəcə qiymətləndirdiyi
keyfiyyətlərdən biri də yaxşılıqdır. Odur ki,
“Nəsihətlər”də belə bir fikir öz ifadəsini tapmış-
dır: “Yaxşılıq etməklə azad kişini özünə qul
edərsən. Əziyyət versən, tabeliyində olanlar
səndən üz döndərərlər” (2, s. 10).
Abbasqulu ağa “Yaxşılıq etməklə azad ki-
şini özünə qul edərsən” deyimindəki “qul et-
mək” ifadəsini sözün həqiqi mənasında işlətmir,
söhbət kimi isə özünə tabe, qul etməkdən get-
mir. Bunu belə başa düşmək olar: Atalar sözləri-
mizdə deyildiyi kimi, “Yaxşılıq qapı açar”, yax-
şılıq etsən, xeyirxah əməlinə görə sənə minnət-
dar, duaçı olarlar, kimə isə şadlıq, sevinc gəti-
rərsən, kimin isə ağrı-acısını yüngülləşdirərsən,
kimin isə, güzəranını yaxşılaşdırarsan.
“Nəsihətlər”də gözütoxluq təqdir olunur,
tamahkarlıq, artıqtamahlıq isə pislənir.
Bakıxanov bir iş görəndə hissə qapılmama-
ğı, ağılla hərəkət etməyi məqsədəuyğun hesab
edirdi. Diqqət yetirək: ”Nəfsin istəyəni etmə, əqlin
istəyəni icra et, çünki yaxşı və pisi ağıl seçir”.
Abbasqulu ağa onlar öz nöqsanlarını di-
gərlərindən çox görən, hünərini az bilən şəxsləri
ağıllı sayırdı. Çox düzgün qənaətdir.
Diqqətəlayiq nəsihətlərindən biri də bu idi
ki, Bakıxanov başqasına qarşı kin saxlamağı
məsləhət görmür və bunun səbəbini belə izah
edirdi: ”...kin saxlama ki, öz rahatlığın əlindən
alınar” (2, s. 15).
Yuxarıdakı fikirlərlə tanışlıq nəticəsində
belə qənaətə gəlmək olur ki, Abbasqulu ağa
Bakıxanovun yaradıcılığı, xüsusən də “Təhzi-
bül-əxlaq”, “Nəsihətlər”, “Rəftar qaydaları haq-
qında” və s. əsərləri, şeirləri, təmsilləri güclü
tərbiyə vasitəsi, həm də bilik mənbəyidir.