Lalə Akif qızı Məmmədli
116
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
əsərini yazmaqla, Azərbaycanın ilk tarixçi alimi
kimi şöhrət tapmışdır.
Abbasqulu ağa tarixçi olmaqla yanaşı, is-
tedadlı şair, tərcüməçi idi.
Qüdsi ləqəbi ilə ana
dilimizdə və eyni zamanda ərəb və farsca şeirlər
qələmə almışdır. “Gülüstan” (1814) və “Türk-
mənçay” (1828) sülh müqavilələrinin bağlanma-
sı zamanı tərcüməçi kimi fəaliyyət göstərmişdir.
Atası II Mirzə Məhəmməd xan Bakı xan-
ları nəslindən idi. Abbasqulu ağa Bakıxanov
maarifçi idi. “Təhzibül-əxlaq”, “Nəsihətnamə-
lər” və b. əsərlər yazmaqla pedaqoji fikir tari-
xində də önəmli yer tutmuşdur.
“Təhzibül-əxlaq” fəlsəfi əsərdir, pedaqo-
gika və psixologiya problemlərini özündə bir-
ləşdirir. Bu sənət abidəsi fars dilində qələmə
alınmışdır. 12 fəsli əhatə edir. Əsər böyüyən
nəslə müsbət mənəvi keyfiyyətləri aşılamaq,
gəncləri çirkin əməllərdən çəkindirmək baxı-
mından böyük rol oynayır. Əxlaqı saflaşdırma-
ğı, düzlük və doğruçuluğu, insanpərvərliyi, hu-
manizmi, mərdlik və ədaləti, nümunəvi davranış
və rəftarı, sadəlik və təvazökarlığı, əməksevərli-
yi vətənpərvərliyi,
biliklərə, dünyagörüşünə yi-
yələnməyi vacib sayır.
Abbasqulu ağa Bakıxanov “Rəftar qayda-
ları haqqında” da yazmışdır. Bu əsərdə insanlar
arasındakı dostluq yüksək qiymətləndirilir:
“Dost ürəyin darıxdığı vaxt sənə munis və mü-
nasibətində şərik olur, maddi cəhətdən çətinlik
çəkdiyin zaman sənin əlindən tutur, çətinliyə
düşdükdə xilas olmağın üçün çarə axtarır. Nöq-
sanlarından və eyiblərindən səni xəbərdar edər
və cürbəcür nəsihətlərlə səni piş işlərdən saqın-
dırar (1, s. 44), “Hər kəsin “dostam”
dediyinə
inanma” (1, s. 46).
Böyük ədib dostluğa önəm versə də, bunu
da deməyi özünə borc bilir ki, həqiqi “dostluğu
bacaranlar azdır”. Ona görə də bildirir ki, insan
özünü dostluğa layiq (qabil) hesab etmirsə, digər
şəxsdən də dostluq iddiasında olmasın gərək.
Abbasqulu ağa Bakıxanov insanlara dost-
luğun şərtlərini bilməyi və onları yerinə yetirmə-
yi məsləhət bilir və üç növ dostluqdan danışır:
“Rəsmi təarüflərdən ötrü olan dostluq. Belə dost-
la elə o cür də rəftar etməli, özündən razı salmaq
üçün təarüflər mərasimini unutmamalıdır.
İkincisi, zahiri mənfəətlər əldə etmək
üçün olan dostlardır. Belə adamla da elə o cür
rəftar etməli, özündən razı salmaq üçün istədiyi-
ni verməli.
Üçüncüsü, bilikli
və dünya vəziyyətindən
yaxşı xəbərdar olduğu üçün həqiqi dost axtaran-
ların dostluğudur. Bu cür dostlar az tapılar, la-
kin belə dost ələ düşərsə, onun yolunda mal nə-
dir, bəlkə candan da keçmək olar” (1, s. 45).
Abbasqulu ağa Bakıxanovun “Nəsihətlər”i
xüsusi diqqət mərkəzinə gəlir. Burada çoxsaylı
və son dərəcə faydalı, tərbiyəedici nəsihətlərlə
tanış olmaq mümkündür. Nəsihətlərdə insan hə-
yatının, demək olar ki, bütün sahələrinə aid fi-
kirlər öz əksini tapmışdır: böyüyə, ata-anaya
hörmət, onların nüfuzunu gözləmək; yaxşı in-
sanlarla oturub-durmaq; yalan danışmamaq,
düz,
doğrucul olmaq; təmkinlilik, tolerantlıq;
yersiz zarafatdan, pis xasiyyətdən, paxıllıqdan,
başqasına qara yaxmaqdan, tamahkarlıqdan,
kin-küdurətdən, günah işlətməkdən uzaq dur-
maq; yaxşılıq və xeyirxahlıq, sadəlik və təvazö-
karlıq, dostluqda sədaqətli olmaq, mərdlik, vic-
danlılıq və s.
Böyük
maarifçi ata-anaya sevgini, vali-
deynlərin qayğısına qalmağı aşağıdakı sözlərin-
də diqqətə çatdırırdı: “Öz atan-ananı hamıdan
artıq və əziz tut və hər nə buyursalar əməl elə,
onları heç vaxt incitmə” (2, s. 6).
Bu sözlər nə üçün diqqətəlayiq sayılır?
Bildiyimiz kimi, heç də bütün uşaqlar, oğlan və
qızlar öz valideynlərinə qarşı diqqətli və qayğı-
keş deyillər. Ata-analarının sözünə qulaq asma-
yan, onları incidən övladlar var. Hətta nəinki
onları eşitmir, sözlərini qulaq ardına vurur, hətta
elə hərəkətlərə yol verir, elə əməllərə qurşanır-
lar ki, valideynlərini rüsvay, günlərini qara edir-
lər. Həyatda belə xoşagəlməz hallarla az qarşı-
laşmamışıq.
Abbasqulu ağa öz xalqının xeyrində-şərin-
də iştirakı, Vətənin, millətinin uğurlarına, tərəq-
qisinə sevinməyi hər kəsin borcu, vəzifəsi hesab
edirdi (“Xalqın xeyrinə olmayan bir işi eləmə”).
İnsanın kiminlə dostluq etməsinin, kimin-
lə oturub-durmasının da əhəmiyyəti az deyil.
Bakıxanov bu məsələyə də öz münasibətini bil-
dirmişdir: “O adamlarla otur-dur ki, böyüklər
onları yaxşı adam hesab edirlər. Əclaf və hərzə
danışan
adamlardan kənar gəz ki, sən də onlar
kimi olmayasan” (2, s. 7).
“Nəsihətlər”də düzlük və doğruçuluq yük-
sək qiymətləndirilsə də, yalançılıq, yalan danış-