Miryusif Abbas oğlu Məmmədov 114
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 da düzgün şüurlu, ifadəli oxu vərdişləri formala-
şır və onlar yeni mətn tərtib etmək qabiliyyətinə
yiyələnirlər. Bu, qarşıya qoyulmuş məqsədə uy-
ğun şagird nailiyyətləri ilə tamamlanmalıdır.
Gözlənilən şagird nailiyyətləri əsas bilik və baca-
rıq formasında əsas və alt-standartlarda öz ifadə-
sini tapır ki, bu da təlimdə fənnin məzmun stan-
dartı adı ilə dövlət tələbidir.
Azərbaycan dili dərslərində bədii və el-
mi-kütləvi mətnlər vasitəsi ilə reallaşdırılan
məzmun standartlarından əldə ediləcək təlim
nəticələrinin hasil olması üçün istifadə edilən
interaktiv metodlar şagirdlərin mətni asan qav-
ramasına kömək edir. Məsələn, şifahi nitqin
qavranılması, beyində mənalandırılması şagird-
də fiziki şəkildə mövcud olur ki, buna dinləmə
mətnləri üzrə iş aparmaqla nail olmaq olar. Bu-
na
debat və
müzakirələr təşkil etməklə və mətn
üzrə iş aparmaqla nail olmaq olar.
Azərbaycan dili fənninin əsas məqsədlərin-
dən biri şagirdlərin ümumi intellektini, dünyagö-
rüşünü inkişaf etdirməkdir. Buna isə ilk növbədə,
yaş həddinə uyğun mətnlərin oxunması ilə nail ol-
maq olar. Bu, iki istiqamətdə inkişaf etdirilir:
1) oxu texnikasının inkişafı ilə; 2) şüurlu oxumaqla. Hər iki istiqamət ümumilikdə şagirdlərdə
səlis, düzgün, ifadəli oxu bacarığına yiyələnmə
və oxuyub anlama, əsas fikri müəyyənetmə qa-
biliyyəti formalaşdırır. Məsələn, ”
Təxminetmə” üsulunun oxu prosesində tətbiqi imkan verir ki,
şagirdlər mətnin başlığını oxumaqla onun möv-
zusunu müəyyən etsinlər. Mətnə aid illüstrasiya-
lar nəzərdən keçirilir, mətnin məzmunu təxmin
edilir. Bu da şagirdin yaradıcı təfəkkürünün in-
kişafına xidmət edir.
Yazı şagirdlərin özünüifadə bacarıqların-
dan biridir. Duyğu və düşüncələr dil normaları-
na tabe tutularaq yazılı şəkildə ifadə olunur.
Mətnin düzgün tərtib edilməsi və hissələrinin
əlaqələndirilməsi əsas tələblərdəndir.
Yazı standartları müxtəlif yazı formaları
üzrə bacarıqları müxtəlif üsullarla inkişaf etdir-
məyi tələb edir. Şagirdlər
inşa, ifadə, hekayə, esse yazmaqla,
təqdimat, məruzə hazırlamaqla
yazı bacarıqlarını inkişaf etdirirlər. Yazının
müxtəlif üsulları var ki, bunlardan
cəld yazı, sərbəst yazı və yazılı debatı göstərmək olar.
Çoxsaylı interaktiv təlim metodlarının
məzmun xətləri üzrə bölgüsü müxtəlif üsul və
metodların istifadə imkanlarını yalnız müəyyən
bir məzmun xəttinin reallaşdırılması üzrə məh-
dudlaşdırmır. Məsələn,
“ziqzaq” üsulu dinləmə,
danışma və oxu məzmun xətləri üzrə tətbiq olu-
maqla mətnin məzmununun şagirdlər tərəfindən
mənimsənilməsini təmin edir.
Azərbaycan dili dərslərində hər bir məz-
mun xətti üzrə seçilmiş fəal/interaktiv metod şa-
girdlərdə nitq bacarığını formalaşdırmağa və in-
kişafa istiqamətlənmiş və təlim nəticələri ilə
qarşılıqlı əlaqədə olub, dinləyib-anlama və da-
nışma qabiliyyəti, oxuyub-yazma bacarıqları
formalaşdırır.