Mövzunun aktuallığı. Elementar funksi-
yalar ümumtəhsil məktəblərində riyazi təhsilin
mühüm məzmun elementlərindən biridir. Ele-
mentar funksiyaların tədqiqinin mənimsənilməsi
ilə şagirdlərin analitik və evristik fəaliyyətləri-
nin inkişafı arasında əlaqə vardır. Pedaqoji pro-
seslərin müşahidəsi göstərir ki, bu əlaqə praktik
pedaqoqların fəaliyyətlərində diqqət mərkəzinə
çəkilmir və nəticədə şagirdlərin həm elementar
funksiyaların tədqiqinin mənimsənilmə səviyyə-
si gözlənilən nəticələrə adekvat olmur, həm də
onların analitik və evristik fəaliyyətlərinin har-
monik inkişafında çatışmazlıqlar mövcud olur.
Praktiklərin fəaliyyətində müşahidə olunan bu
çatışmazlıq elementar funksiyalar haqda biliklə-
rin mənimsənilməsi ilə şagirdlərin analitik və
evristik fəaliyyətlərinin inkişafının qarşılıqlı əla-
qəsinin elmi-nəzəri və texnoloji baxımdan öyrə-
nilməməsi ilə bağlıdır.
Tədqiqat iĢindən əldə olunan materiallar üzrə interpretasiya. Elementar funksiyalar ümum-
təhsil məktəblərində riyazi təhsilin mühüm məz-
mun elementlərindən biridir. Funksiya anlayışının
tarixi, onun konsepsiyasının formalaşması haqqın-
da məlumatlılıq praktik pedaqoqa riyaziyyat fən-
ninin tədrisində bu məzmun elementinin şagirdlər
tərəfindən mənimsənilməsini hədəfləyən metodik
sistemi formalaşdırmaqda yön verir, nəticədə şa-
girdlər potensial imkanlarına uyğun səviyyədə
elementar funksiyalar barədə zəruri bilikləri mə-
nimsəmə mühiti ilə əhatə edilmiş olurlar[1].Odur
ki, öncə sözügedən tarixi lakonik formada nəzər-
nöqtəsi seçməyi lazım bilirik.
Funksiya anlayışı real gerçəkliklə bilava-
sitə bağlı olan fundamental riyazi anlayışlardan
biridir. Burada real dünyanın dəyişkənliyi və di-
namikliyi, real obyektlərin və hadisələrin qarşı-
lıqlı əlaqəsi parlaq şəkildə təcəssüm olunmuş-
dur. F. Klein funksiya anlayışını bütün riyaziy-
yatın əsas anlayışı hesab edirdi. Funksiyanın
konsepsiyası riyaziyyatın inkişafı prosesində in-
kişaf etmişdir. Uzun müddət funksiya anlayışı
düstur anlayışı ilə eyniləşdirilmişdir. XVIII əs-
rin ortalarına kimi dəyişənin funksiyası anlayışı
kimi bu dəyişəndən və sabitlərdən ibarət hər bir
analitik ifadə başa düşülürdü. Elmin inkişafı ilə
bu tərif yalnız funksiyanın bəhsinin yalnız həc-
mini süni şəkildə məhdudlaşdırmadı, həm də
ziddiyyətlərə gətirib çıxardı. Bu tərifə görə, his-
sə-hissə verilmiş funksiyanın, cədvəlin, qrafikin
mövcudluğu mümkün deyildir [2; 260].
L. Dirixlenin zamanında funksiya anlayı-
şının yeni təsəvvürü kimi bir dəyişənin digərinə
asılılığı kimi başa düşülürdü. Bu zaman bu asılı-
lığın necə qurulmasının qətiyyən əhəmiyyəti
yox idi. Lakin bu zamanda çatışmazlıqlar möv-
cud idi, çünki bu zaman funksiya anlayışı izah
edilməyən kəmiyyət, dəyişən və asılılıq anlayış-
ları şəkildə müəyyənləşdirildi. Müasir riyaziy-
yatda funksiyanın konsepsiyasını müəyyənləş-
dirmək üçün bir neçə variant var: 1) funksiya-ri-
yazi analizin əsas anlayışı kimi; 2) funksiya –
bir X ədədi çoxluğunun başqa Y-yə inikas etdi-
rilməsi kimi; 3) funksiya -X və Y çoxluqlarının
elementləri arasında müəyyən edilmiş xüsusi
münasibət kimi; 4) funksiya X və Y çoxluqları-
nın elementləri arasında müəyyən uyğunluq ki-
mi. Lakin daha çox yayılmış işarələmə kimi
istifadə olunur
, burada
f ilə funksiya
işarə olunur, X çoxluğuna
D (
f ) təyin oblastı, Y
çoxluğuna
Е (
f ) qiymətlər çoxluğu deyilir. [3;87]
Bu zaman fikir vermək lazımdır ki, istəni-
lən təbiətli elementlər arasında uyğunluğun ol-
duğunu vurğulayan bu tərifdə yalnız “kəmiyyət”
termini deyil, həm də “dəyişən” termini də istis-
na olunur, funksional asılılıqda olan iki kəmiy-
yətin qarşılıqlı dəyişkənliyi haqqında məlumat
verilmirdi. Lakin bu məlumat bu konsepsiyanın
yaranmasından XX əsrin əvvəllərinədək olan
funksiyanın bütün təriflərində əks olunur. Bu
konsepsiyaya görə asılılıq hazır şəkildə verilmə-
li idi. Onun məqsədi mexanikadan gətirilmiş di-
namik təriflərdə gizli şəkildə mövcud olan vaxt
anlayışını çıxarılmasıdır. Eyni zamanda, funksi-