Riyaziyyat təlimində modelləĢdirmə
119
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022
forms of summarizing the content of an issue are considered to be the initial stage of problem modeling. An
equation constructed or constructed according to a problem is also called a problem-solving model. Their
models are used to teach students abstract mathematical concepts.
The article shows the specific forms of models by classes and modeling has been extensively studied.
Key words:
visibility, model, problem, method, practice, class, math training
Elmi-texniki tərəqqi respublikamızda təhsil
keyfiyyətinin artırılmasına böyük imkanlar aç-
mışdır. Bu, ilk növbədə, təlim metodlarının yeni-
ləşdirilməsi və pedaqoji texnologiyalardan istifa-
də olunması ilə əlaqədardır. Hazırda riyaziyyat
elmində və riyaziyyatın təlimində model anlayı-
şından geniş istifadə olunur. Real aləmin obyekt-
lərinin öyrənilməsi və onların
xassələrinin mü-
cərrədləşdirilərək riyazi dildə ifadə edilməsi elmi
biliklərin mənimsənilməsinə imkan verir. Riya-
ziyyatdan hər hansı tətbiq məsələsini həll etmək
üçün onun modeli hazırlanır və kəmiyyətlər ara-
sındakı miqdari münasibətlər aşkar edilir.
Model – öyrənilən real obyektin, proses və
hadisənin əsas xassələrini özündə əks etdirən hər
hansı yeni bir obyektidir. Belə modellərə mücər-
rəd modellər deyilir. Riyazi modellər də mücər-
rəd modellərdir. Çünki riyazi model – reallığın
riyazi təsviri və ya riyazi dildə ifadə formasıdır.
Model qurularkən qəbul edilən fərziyyə-
nin düzgünlüyü real sistemdə aparılan ölçmələr
ilə yoxlanıla bilər.
Əslində model anlayışı riyaziyyatın ma-
hiyyətindən və məzmunundan
irəli gəlir və bü-
tün riyazi işarələr, sxemlər, cədvəllər, şərti yazı-
lışlar, düsturlar, tənliklər, bərabərsizliklər riyazi
modellər olub, mücərrəd anlayışların, tənliklərin
mənimsənilməsini asanlaşdırmaq, yazılışları
konkretləşdirmək üçün tətbiq olunur.
Bəs modelləşdirmə nədir?
Hər hansı obyektin və ya obyektlər siste-
minin tədqiq edilməsi üçün onların modellərinin
qurulmasına modelləşdirmə deyilir.
Modellər tədqiq olunan obyekt və ya hadi-
səsinin zəruri olan ən mühüm xassə və ya əla-
mətlərini özündə əks etdirir. Model tədqiqat işi-
ni asanlaşdırmağa, səmərəli etməyə imkan verir.
İstənilən elmi-tədqiqat metodu modelləşdirmə
ideyasına əsaslanır və aşağıdakı
növləri tətbiq
olunur:
1) işarələr – model kimi;
2) mücərrəd modellər, məsələn, həndəsi
fiqurlar, rəqəmlər və onların vasitəsilə yazılan
ədədlər və s.;
3) əşya modelləri.
Həqiqətən, təlim prosesində tətbiq olunan
əyani vasitələrin təsnifi:
1) təbii əyanilik;
2) əldə və ya fabrik-zavodda hazırlanan
əyanilik –
əslində müvafiq modellər olub, mə-
nimsəməni sürətləndirən vasitələrdir.
Məlumdur ki, riyaziyyat təlimində çətinlik
əsasən məsələ həlli ilə bağlı olur. Ona görə də
məsələ məzmununu əyaniləşdirilməsindən (mo-
delləşdirilməsindən) istifadə olunur. Məsələn,
məsələ məzmununun qısa şəkildə yazılışı for-
maları – məsələnin modelləşdirilməsinin ilkin
mərhələsi hesab olunur. Məsələyə uyğun quru-
lan və ya tərtib edilən tənlik də məsələnin həlli
modeli adlanır.
Mücərrəd riyazi anlayışları şagirdlərə öyrət-
mək üçün onların modellərindən istifadə olunur.
Modellərin bir didaktik xüsusiyyəti ondan
ibarətdir ki, şagird həmin əyani təsvir əsasında
riyazi məzmunu şifahi və ya yazılı təsvir etməyə
çalışır və bu da riyazi
nitqin inkişaf etməsinə
kömək edir.
I-IV siniflər üzrə modellərdən istifadə üz-
rə konkret mövzuları qeyd edək.
I sinif üzrə:
– toplama və çıxma əməllərini bir münasi-
bət kimi modellərlə göstərmək;
– ədədi ifadələrin və dəyişəni olan ifadələ-
rin modellərlə göstərilməsi:
– əşyaların müstəvi üzərində və fəzada
qarşılıqlı vəziyyətlərinin göstərilməsi;
– həndəsi obrazların
modellərlə göstəril-
məsi;
– eynicinsli kəmiyyətlərin müqayisəsinin
modellərlə təsvir edilməsi;
– standart və standart olmayan ölçü vahid-
lərinin modellərlə göstərilməsi və müqayisə
edilməsi;
– əşyalar və hadisələr haqqında məlumat-
ların modellərlə təsvir edilməsi.
II sinif üzrə:
– ədəd anlayışı
ilə ədədin tərkib hissələri
arasındakı münasibətlərin modellərlə göstərilməsi;
– hesab əməlləri xassələrinin modellərlə
göstərilməsi;