Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə146/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   142   143   144   145   146   147   148   149   ...   246
elmi-eserler-2022-2-cap

Ключевые слова:
наглядность, модель, проблема, метод, действие, класс, математическое 
обучение 
 
Summary.
The object of mathematical science is quantities and their measurement. Various methods 
and tools are used to do this. The development of mathematical science is associated with the development 
and application of appropriate methods and tools. It is known that the difficulty in teaching mathematics is 
mainly related to problem solving. Therefore, the content of the issue is visualized (modeled). For example, 


Riyaziyyat təlimində modelləĢdirmə 
119 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
forms of summarizing the content of an issue are considered to be the initial stage of problem modeling. An 
equation constructed or constructed according to a problem is also called a problem-solving model. Their 
models are used to teach students abstract mathematical concepts. 
The article shows the specific forms of models by classes and modeling has been extensively studied. 
Key words:
 visibility, model, problem, method, practice, class, math training 
 
Elmi-texniki tərəqqi respublikamızda təhsil 
keyfiyyətinin artırılmasına böyük imkanlar aç-
mışdır. Bu, ilk növbədə, təlim metodlarının yeni-
ləşdirilməsi və pedaqoji texnologiyalardan istifa-
də olunması ilə əlaqədardır. Hazırda riyaziyyat 
elmində və riyaziyyatın təlimində model anlayı-
şından geniş istifadə olunur. Real aləmin obyekt-
lərinin öyrənilməsi və onların xassələrinin mü-
cərrədləşdirilərək riyazi dildə ifadə edilməsi elmi 
biliklərin mənimsənilməsinə imkan verir. Riya-
ziyyatdan hər hansı tətbiq məsələsini həll etmək 
üçün onun modeli hazırlanır və kəmiyyətlər ara-
sındakı miqdari münasibətlər aşkar edilir. 
Model – öyrənilən real obyektin, proses və 
hadisənin əsas xassələrini özündə əks etdirən hər 
hansı yeni bir obyektidir. Belə modellərə mücər-
rəd modellər deyilir. Riyazi modellər də mücər-
rəd modellərdir. Çünki riyazi model – reallığın 
riyazi təsviri və ya riyazi dildə ifadə formasıdır. 
Model qurularkən qəbul edilən fərziyyə-
nin düzgünlüyü real sistemdə aparılan ölçmələr 
ilə yoxlanıla bilər. 
Əslində model anlayışı riyaziyyatın ma-
hiyyətindən və məzmunundan irəli gəlir və bü-
tün riyazi işarələr, sxemlər, cədvəllər, şərti yazı-
lışlar, düsturlar, tənliklər, bərabərsizliklər riyazi 
modellər olub, mücərrəd anlayışların, tənliklərin 
mənimsənilməsini asanlaşdırmaq, yazılışları 
konkretləşdirmək üçün tətbiq olunur. 
Bəs modelləşdirmə nədir? 
Hər hansı obyektin və ya obyektlər siste-
minin tədqiq edilməsi üçün onların modellərinin 
qurulmasına modelləşdirmə deyilir. 
Modellər tədqiq olunan obyekt və ya hadi-
səsinin zəruri olan ən mühüm xassə və ya əla-
mətlərini özündə əks etdirir. Model tədqiqat işi-
ni asanlaşdırmağa, səmərəli etməyə imkan verir. 
İstənilən elmi-tədqiqat metodu modelləşdirmə 
ideyasına əsaslanır və aşağıdakı növləri tətbiq 
olunur: 
1) işarələr – model kimi; 
2) mücərrəd modellər, məsələn, həndəsi 
fiqurlar, rəqəmlər və onların vasitəsilə yazılan 
ədədlər və s.; 
3) əşya modelləri. 
Həqiqətən, təlim prosesində tətbiq olunan 
əyani vasitələrin təsnifi: 
1) təbii əyanilik; 
2) əldə və ya fabrik-zavodda hazırlanan 
əyanilik – əslində müvafiq modellər olub, mə-
nimsəməni sürətləndirən vasitələrdir. 
Məlumdur ki, riyaziyyat təlimində çətinlik 
əsasən məsələ həlli ilə bağlı olur. Ona görə də 
məsələ məzmununu əyaniləşdirilməsindən (mo-
delləşdirilməsindən) istifadə olunur. Məsələn, 
məsələ məzmununun qısa şəkildə yazılışı for-
maları – məsələnin modelləşdirilməsinin ilkin 
mərhələsi hesab olunur. Məsələyə uyğun quru-
lan və ya tərtib edilən tənlik də məsələnin həlli 
modeli adlanır. 
Mücərrəd riyazi anlayışları şagirdlərə öyrət-
mək üçün onların modellərindən istifadə olunur. 
Modellərin bir didaktik xüsusiyyəti ondan 
ibarətdir ki, şagird həmin əyani təsvir əsasında 
riyazi məzmunu şifahi və ya yazılı təsvir etməyə 
çalışır və bu da riyazi nitqin inkişaf etməsinə 
kömək edir. 
I-IV siniflər üzrə modellərdən istifadə üz-
rə konkret mövzuları qeyd edək. 
I sinif üzrə: 
– toplama və çıxma əməllərini bir münasi-
bət kimi modellərlə göstərmək; 
– ədədi ifadələrin və dəyişəni olan ifadələ-
rin modellərlə göstərilməsi: 
– əşyaların müstəvi üzərində və fəzada 
qarşılıqlı vəziyyətlərinin göstərilməsi; 
– həndəsi obrazların modellərlə göstəril-
məsi; 
– eynicinsli kəmiyyətlərin müqayisəsinin 
modellərlə təsvir edilməsi; 
– standart və standart olmayan ölçü vahid-
lərinin modellərlə göstərilməsi və müqayisə 
edilməsi; 
– əşyalar və hadisələr haqqında məlumat-
ların modellərlə təsvir edilməsi. 
II sinif üzrə: 
– ədəd anlayışı ilə ədədin tərkib hissələri 
arasındakı münasibətlərin modellərlə göstərilməsi; 
– hesab əməlləri xassələrinin modellərlə 
göstərilməsi; 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin