Firidə Firudin qızı Mustafayeva 120
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 – ədədi bərabərlik və tənliklərin riyazi
məzmununun modellərlə göstərilməsi;
– istiqamət və məsafə anlayışlarının mo-
dellərlə əyaniləşdirilməsi;
– müxtəlif məlumatların modellərlə göstə-
rilməsi.
III sinif üzrə: – 1000 dairəsində ədədlərin mərtəbələri
arasındakı miqdari münasibətlərin modellərlə
göstərilməsi;
– hesab əməlləri komponentləri ilə nəticə-
si arasındakı əlaqələrin və asılılığın modellərlə
təsvir edilməsi;
– həndəsi fiqurlar arasındakı cins-növ mü-
nasibətlərinin modellərlə göstərilməsi;
– toplama və vurma əməlləri arasındakı
əlaqənin modellərlə təsviri;
– bölmə və çıxma əməlləri arasındakı əla-
qənin modellərlə təsviri;
– kəmiyyətlərin ölçü vahidləri arasındakı
əlaqənin modellərlə təsviri;
– ədəd anlayışının genişləndirilməsi prin-
sipinin əyaniləşdirilməsi;
– hissə və kəsr anlayışlarının əyani şəkildə
müqayisə edilməsində modellərdən istifadə
olunması.
IV sinif üzrə: – ədədin sinif və mərtəbə anlayışları arasın-
dakı əlaqə və münasibətlərin modellərlə təsviri;
– məsələ məzmununun qısa yazılışında
modellərdən istifadə olunması;
– məsələnin alqoritmik üsulla həllində
modellərdən istifadə olunması;
– çoxrəqəmli ədədlərin nömrələnməsində
modellərdən istifadə olunması;
– dəyişəni olan ifadələrin ədədi qiymətləri-
nin müqayisəsində modellərdən istifadə olunması;
– hadisələrin müqayisəsi və təsnifində
modellərdən istifadə olunması;
– sadə kəsrlərin müqayisəsində modellər-
dən istifadə olunması.
Məsələ həllinin müxtəlif mərhələlərində
istifadə edilən qrafik əyani vəsaitlər şagirdlərin
müşahidə və müqayisə aparma qabiliyyətlərini,
nitqini, diqqətini, təfəkkürünü inkişaf etdirmək-
lə yanaşı məsələdə təsvir edilən situasiyanı əsas-
lı şəkildə təsəvvür etməyə, kəmiyyətlər arasın-
dakı riyazi asılılıqları daha asan müəyyən etmə-
yə imkan verir.
Riyaziyyat təlimində modelləşdirmə bir
metod kimi tətbiq edilə bilər. Məsələn, ibtidai
siniflərdə, xüsusən III-IV siniflərdə şagirdlərin
riyazi-məntiqi təfəkkürünü formalaşdırmaq və
inkişaf etdirmək üçün məsələ mühüm rol oyna-
yır. Məsələ həlli vasitəsilə təlim qarşısında qo-
yulan bütün məqsədlər həyata keçirilir. Bu cə-
hətdən məsələ həlli prosesi şagird üçün çətinlik
törətməsin deyə, onun həlli mərhələlərə ayrılır
və hər mərhələdə model və ya modelləşdirmə
elementlərindən istifadə olunur. Məsələn, məsə-
lənin analitik və ya sintetik təhlilini asanlaşdır-
maq üçün məsələ məzmununun qısa yazılışı və
formalarından istifadə olunur. Buraya sxemlər,
şərti işarələr və s. aid edilir. Məsələnin həllinin
modelləşdirilməsi – həll üsulundan asılıdır. Mə-
sələn, məsələnin ayrı-ayrı əməllər üzrə həlli (he-
sab üsulu), məsələnin tənlik qurmaqla həlli
(cədvəl üsulu), məsələnin ifadə tərtib etməklə
həlli və s.
İnformatikanın tədrisi prosesində şagirdlər
formalaşdırma, modelləşdirmə, alqoritmləşdir-
mə və proqramlaşdırma elementləri ilə tanış edi-
lir. Əslində bunlar məzmun xətləri olub, bunlara
hazırlıq ibtidai siniflərin riyaziyyat təlimində
görülür; ədədi ifadə, dəyişəni olan ifadə, bəra-
bərlik, tənlik tərtib edilməsi – formalaşdırma
mərhələsindən başlayır, modelləşdirmə prose-
sində mücərrədləşdirmə artırılır və nəhayət, mə-
sələnin həlli alqoritmi tərtib edilir. İstənilən mə-
sələnin həllində kompüterdən də istifadə oluna
bilər. Bu zaman məsələni kompüter dilinə çevir-
mək üçün formalaşdırma, modelləşdirmə və al-
qoritmləşdirmədən istifadə olunur. İnformasiya-
nı kompüterə daxil etmək üçün proqramlaşdır-
madan istifadə olunur. Şagird real hadisəni ana
dilindən riyazi dilə və ondan da maşın dilinə ke-
çirməyi öyrənir. Bu mərhələlərin hər biri model-
ləşdirmə ilə bağlıdır. Təcrübə göstərir ki, riya-
ziyyat və ya informatika təlimində şagirdlər ye-
ni forma və ya yanaşmalara maraq göstərirlər.
Çünki modelləşdirməni əyləncəli və maraqlı
edən onun real həqiqətləri müxtəlif obraz, alqo-
ritm və ya əyani-qrafik təsvirlərlə ifadə olunma-
sıdır. Bu formaların hər birində riyazi münasi-
bətlər, qanunauyğunluqlar öz əksini tapır. Məsə-
lədə verilənlərin, şərtlərin, kəmiyyətlərin məc-
hul qiymətlərinin birlikdə şagirdə təqdim edil-
məsi – məsələ həlli yolunu müəyyənetmə zəru-
rətini qarşıya qoyur. Aşkar görünməyən həll al-