Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisində elementar funksiyaların Ģagirdlərə mənimsədilmə texnologiyası 127
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 3) müəllimin mülahizəsinə əsasən test tap-
şırığı şagirdlərə tam deyil, hissə-hissə təklif olu-
na bilər.
4) tapşırıqlar məktəb riyaziyyat kursunda
funksiya anlayışının öyrənilməsinin son mərhə-
ləsində yekun məşğələlərin keçirilməsi imkanını
təmin edir.
Qeyd edək ki, elementar funksiyaların təd-
risi zamanı əsasən məktəb dərsliklərinə əsaslana-
raq, mövzu üzrə materialı təkmilləşdirmək, funk-
siya anlayışının formalaşmasında mühüm mə-
qamları vurğulamaq və funksiyanın müəyyən
edilməsi ilə bağlı anlayışların formal mənimsə-
nilməməsi üçün şagirdlər tərəfindən mənimsənil-
mənin səmərəliliyini artırmaq üçün prosesi sis-
temləşdirmək lazımdır. Bu məqsədə nail olmaq
üçün işlənib hazırlanmış tapşırıqları, şagirdlərin
tez-tez düzgün cavab vermədikləri çalışmaların
tipik nümunələrin təhlili böyük rol oynayır.
Problemin elmi yeniliyi. Elementar funksiya
haqda biliklərin mənimsənilməsi ilə şagirdlərin anali-
tik və evristik fəaliyyətlərinin inkişafı arasındakı əla-
qə diqqət mərkəzinə çəkilmiş, bu əlaqənin reallaşdı-
rılmasının metodik aspektlərinə aydınlıq gətirilmişdir.
Problemin praktik əhəmiyyəti. Praktiklərin
fəaliyyətində özünü göstərən elementar funksiyala-
rın tədqiqinin əyani əsaslarla arqumentləşdirilməmə-
si və xüsusi halların fərqləndirilməməsi, bu və ya di-
gər xassələrin tətbiqində məxsusiliyin diqqət mərkə-
zinə çəkilməməsi, şagirdlərin nəticənin dürüst müəy-
yən olunmasına və araşdırmanın həyata keçirilməsi-
nə diqqətlərinin lazımi səviyyədə yönəldilməməsi
kimi çatışmazlıqların aradan qaldırılması yollarına
elmi şərhlər verilmişdir.
Nəticə. Elementar funksiyaların tədqiqinin
mənimsənilməsi ilə şagirdlərin analitik və evristik
fəaliyyətlərinin inkişafı arasında əlaqə mövcuddur,
bu əlaqənin diqqət mərkəzinə çəkilməsi riyaziyyat
fənninin tədrisində gözlənilən nəticələrin reallaşma-
sına müsbət təsir göstərir.