Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə182/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   178   179   180   181   182   183   184   185   ...   246
elmi-eserler-2022-2-cap

Akif Hümbət oğlu Əliyev
150 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
molekullarının mil-kürəcik modellərini quraşdı-
rın. Müəllim quraşdırılan modelləri nəzərdən 
keçirdikdən sonra əlavə olaraq bildirir ki, kar-
bon və hidrogen atomları birləşdikdə onlar ara-
sında məsafə çox kiçik (millimetrin milyonda 
biri və ondan az), yəni atomlar biri-birilə birləş-
miş kimi olur. Buna görə də bu molekulların da-
ha real modellərini hazırlamaq üçün müxtəlif 
rəngli və müxtəlif həcmli plastilin kürəciklər 
götürüb həmin karbohidrogenlərin kürəcik mo-
dellərini (biri-birilə birləşmiş halda) də düzəl-
din. Bundan sonra, şagirdlər doymuş k/h-lərin 
bəzi fiziki və kimyəvi xassələri ilə tanış edilir. 
Kiçik molekullu doymuş k/h-lər (C

–C

) qaz 
halındadır. Metan qazının təbii qaz halında (tə-
bii qazın 93-97%-i metandan ibarətdir) evdə qaz 
plitəsində yanmasını hər gün görüb müşahidə 
etmisiniz. Metanın fiziki xassələri barədə (iyi, 
rəngi, suda həll olması və s.) nələri deyə bilərsi-
niz? Onun alovunun rəngi varmı? Metanın yan-
ma reaksiyasının tənliyin yazın. Tam yanma 
getməsə hansı zəhərli qaz əmələ gələ bilər? Hə-
min reaksiyanın tənliyini yazaq: 
CH

+ 1,5O

= CO + 2H


Karbon-monoksid hansı şəraitdə əmələ gə-
lə bilər? Onunla zəhərlənməmək üçün hansı ehti-
yat tədbirləri görmək lazımdır? Metan və onun 
yaxın homoloqlarının əhəmiyyətli yanacaq olma-
sından başqa daha hansı mühüm tətbiq sahələrini 
bilirsiniz? Metan, propan və butanın ən mühüm 
tətbiq sahələrini göstərin. Bəs maye (benzinin 
tərkibində olan) və bərk halda olan (parafin ha-
lında) daha irimolekullu karbohidrogenlərdən ha-
rada istifadə olunur? Verilən sualların cavablan-
dırılması şagirdlərlə birlikdə aparılır. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin