9-cu sinifdə “Üzvi kimyaya giriĢ” bölməsinin tədrisi haqqında 149
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 zırda on milyondan çoxdursa, qeyri-üzvi və ya
mineral maddələrin sayı yüz minə yaxındır.
Üzvi maddələrin tərkibi əsasən karbon,
hidrogen və oksigendən ibarətdir (məsələn: kar-
bohidrogen adlanan maddələr, spirtlər, üzvi tur-
şular, yağlar, karbohidratlar və s.). Bəzi üzvi
maddələrin tərkibinə həmçinin azot, fosfor və
kükürd də daxil olur (məsələn: aminlər, nitrobir-
ləşmələr, nuklein turşuları, zülallar və s.). Üzvi
maddələrin qızdırıldıqda qaralıb kömürləşməsi
və tez alışıb yanması da onların tərkibində kar-
bon və hidrogen elementlərinin miqdarca çox
olması ilə bağlıdır. Hər bir üzvi maddəyə yalnız
bir quruluş formulu uyğundur. Yəni, eyni tər-
kibli bir neçə müxtəlif xassəli üzvi maddə ola
bilər. Məsələn, C
4
H
10
tərkibli iki maddə: n-bu-
tan və izobutan; həmçinin C
2
H
6
O tərkibli iki
maddə: etil spirti və dimetil efiri adlanan mad-
dələr, C
5
H
12
tərkibli üç maddə: n-pentan, 2-me-
til butan və 2,2-dimetil propan mövcuddur. Bu
maddələrin hər birinin öz fərqli quruluşu və xas-
sələri var. Belə
1
maddələrə izomer maddələr de-
yilir. Deməli, tərkibi eyni, quruluş və xassələri
müxtəlif olan maddələr izomer maddələr adla-
nır. Xassələri və quruluşu oxşar olan, biri-birin-
dən bir və ya bir neçə CH
2
atomlar qrupu ilə
fərqlənən üzvi maddələr isə
2
homoloqlar adla-
nırlar. Məsələn, metan CH
4
, etan C
2
H
6
, propan
C
3
H
8
, butan C
4
H
10
homoloqlardır, onlara birinci
nümayəndənin adıyla metanın homoloji sırası
da deyilir.
Bu maddələrin hamısının xassələri və
quruluşu oxşardır.
Karbohidrogenlər. Mövzu 2. Doymuş karbohidrogenlər (al- kanlar). Üzvi birləşmələr tərkibinə uyğun olaraq
müəyyən siniflərə bölünürlər.
3
Bu siniflərin nü-
mayəndələri 10-cu və 11-ci siniflərdə ətraflı öy-
rənilir, 9-cu sinifdə isə biz bu siniflərin sadə, ti-
pik və praktik əhəmiyyəti daha çox olan nüma-
yəndələri ilə tanış olacağıq. Əvvəlcə tərkibi yal-
nız karbon (C) və hidrogendən (H) ibarət olan
üzvi maddələr sinfinin ilk nümayəndələri ilə ta-
nış olaq. Onların bəzilərinin adını siz eşitmisi-
niz. Yəqin ki, qazdoldurma məntəqələrində satı-
lan qazların adını eşitmiş və evlərdə yanacaq ki-
mi istifadə olunan qaz balonlarının üstündə ya-
1
zılan “metan”, “propan” sözlərinin görmüsünüz.
Metan “Doymuş karbohidrogenlər” adlanan üz-
vi birləşmələr sinfinin birinci nümayəndəsidir,
bu səbəbdən onlara həm də metan sırası karbo-
hidrogenləri deyirlər. Beynəlxalq nomenklatura-
ya (adlandırma qaydası) görə doymuş karbohid-
rogenlərə a l k a n l a r deyilir. Metanın ümumi
formulu CH
4
şəklində yazılır. Karbonun IV, hid-
rogenin I valentli olduğunu bilərək onun quruluş
formulunu tərtib edin. (Şagirdlər bunu bacarır-
lar). Müəllim evristik şərhini davam etdirir.
Karbon və hidrogen elementlərinin electromən-
filiklərinin qiymətlərinə əsaslanaraq metan mo-
lekulunda C–H rabitələrinin kimyəvi rabitənin
hansı növünə aid olduğunu müəyyənləşdirin və
qərarınızı sözlə izah edin. Rabitə əmələ gətirən
elektronları nöqtələrlə işarə edib metan moleku-
lunu elektron formulunu da yazın. Şagird cütləri
elektron formulunu yerlərində tərtib edir, bir
fəal şagird isə onu lövhədə yazır və hamı formu-
lun düzgünlüyünü yoxlayır. Şərh davam edir:
metan molekulunda C–H rabitələrinin hamısı
eyni uzunluqdadır və eyni rabitə enerjisinə ma-
likdir. Bu eynilik başqa doymuş karbohidrogen-
lərdə də ödənilir. Sonra, şagird cütlərinə etan,
propan və butanın açıq quruluş formullarını yaz-
maq təklif olunur. Müəllimin istiqamətverici kö-
məyi ilə şagirdlər onların quruluş formullarını
da yazırlar. Fəal şagirdin lövhədə yazdığı for-
mullarla müqayisə aparıldıqdan sonra müəllim
qeyd edir ki, butanın iki cür quruluş formulu
vardır, biri sizin yazdığınız düzxətli quruluş, o
biri isə şaxəli quruluş. Şaxəli quruluşda butanın
bir karbon atomu üç qonşu karbon atomu ilə bir-
ləşir. İndi onu yazmağa çalışın. 1-2 dəqiqədən
sonra müəllim həmin formulu yazır və şagirdlə-
rə yazdıqlarınızı dəqiqləşdirin deyir. Bildirir ki,
yazılan formullar karbohidrogenlərin tam açıq
quruluş formullarıdır, onların yığcam quruluş
formulları da vardır. Məsələn, butanın şaxəli quru-
luş formulunu yığcam formada belə yazmaq olar:
H
3
C – CH – CH
3
│
CH
3
Doymuş karbohidrogenlərin hamısında C –
C rabitəsinin uzunluğu 0,154 nm (1nm = 10
-9
m),
rabitə enerjisinin qiyməti isə 345,27 kC/mol-dur.
Karbohidrogenlərin molekulları barədə aşağıdakı
tapşırıq verilir: sizə verilmiş kiçik kürəciklər və
millərdən istifadə etməklə metan, etan və propan