Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə178/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   174   175   176   177   178   179   180   181   ...   246
elmi-eserler-2022-2-cap

Ключевые слова: 
органическая химия, ковалентная связь, алкан, алкен, алкин, классификация, 
номенклатура, гомология, радикал, функциональная группа, методическая рекомендация, демонстрации, 
лабораторные опыты 
 
Summary.
 
The article analyzes the content of the section "Fundamentals of Organic Chemistry" 
studied in the 9th grade of secondary schools in Azerbaijan, based on listening to the lessons of chemistry 
teachers, talking with them and with students. The author draws conclusions about the difficulty of mastering 
the teaching materials of the section and proposes a new program for the study of these materials, as well as 
methodological recommendations for the study of individual topics.
 
Key words: 
organic chemistry, covalent connection, alkane, alkene, alkine, classification, nomenklatura, 
homogeneous, radical, functional croup, systematic recommendation, demonstrate, laboratory experiment 
 
Məlumdur ki, 2016-2017-ci dərs ilindən 
başlayaraq ümumtəhsil məktəblərinin 9-cu sinif 
şagirdlərinə üzvi kimya haqqında da müəyyən bi-
lik və bacarıqlar öyrədilməyə başlanmışdır. Bu 


Akif Hümbət oğlu Əliyev
146 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
onunla əlaqədardır ki, ümumi orta təhsili (9-cu 
sinfi) bitirən və tam orta təhsil almayan şagird 
canlı aləmin əsasını təşkil edən üzvi birləşmələr 
haqqında da müəyyən təsəvvürlərə malik olsun, 
onun maddi aləm barədə bilikləri bütövləşsin. 
MDB ölkələrinin (RF, Ukrayna, Belarus, Gür-
cüstan, Azərbaycan) qüvvədə olan proqram və 
dərsliklərinin araşdırılması belə qənaətə gəlməyə 
əsas verir ki, indiki 9-сu sinfin üzvi kimya proq-
ramı aşağıdakı tələblərə cavab verməlidir: 
1. Üzvi maddələr haqqında məlumatlar sa-
də, anlaşıqlı və mümkün olduqca qeyri-üzvi mad-
dələrə dair biliklərlə əlaqəli şəkildə verilməlidir; 
2. Tanış edilən üzvi maddələr praktik və 
bioloji əhəmiyyətə malik olmalı, geniş tətbiq 
edilməli və sonra öyrəniləcək birləşmələrlə əla-
qə yaratmağa imkan verməlidir; 
3. Üzvi kimyaya aid yeni terminlər və an-
layışlar (homoloq, homoloji sıra, radikal, funk-
sional qrup, monomer, polimer və s.) tədricən, 
sadə maddələr misalında öyrədilməlidir; 
4. Giriş hissədə üzvi birləşmələrin qurulu-
şu və izomerliyi haqqında məlumatlar ayrıca nə-
zəriyyə şəklində deyil, sadə nümunələr göstəril-
məklə anlaşıqlı formada izah olunmalıdır; 
5. “Üzvi birləşmələrin təsnifatı” mövzusu-
nun 9-cu sinifdə, “Üzvi kimyaya giriş”də öyrə-
dilməsi düzgün deyildir, çünki bu dərs materia-
lında verilmiş terminlər və məlumatların əksə-
riyyəti şagirdlər üçün yenidir və onların birdən-
birə mənimsənilməsi qeyri-mümkündür; 
6. Üzvi birləşmələrin sadə və praktik əhə-
miyyətli nümayəndələri ilə tanışlıq onlara aid 
nümayiş təcrübələrlə və şagirdlərin müstəqil 
apara biləcəyi sadə laboratoriya təcrübələri ilə 
müşayiət olunmalıdır; 
7. Ən mühüm üzvi birləşmələrlə və bioloji 
əhəmiyyətli üzvi birləşmələrlə (karbohidratlar, 
yağlar, aminturşular, zülallar) tanışlıq üçün 11-
12 dərs saatı ilə kifayətlənmək olar. 
Yuxarıda göstərilən tələblər Azərbaycan 
Respublikası ümumtəhsil məktəblərinin 9-cu si-
nifləri üçün hazırda qüvvədə olan dərslikdə 
müəyyən qədər nəzərə alınmışdır. Lakin əldə 
dəqiq işlənmiş tədris proqramının olmaması sə-
bəbindən dərslik müəllifləri (İltifat Lətifov, Şü-
kür Mustafa) üzvi kimyaya aid materialları həd-
dən artıq mürəkkəbləşdirmiş və ehtiyac olma-
dan şagirdlərə xeyli əlavə materialların da öyrə-
nilməsini təklif etmişlər. Bununla da əksər şa-
girdlərdə üzvi kimyaya aid təlim materiallarının 
mənimsənilməsində çətinliklər yaradılmışdır. 
Ümid edirik ki, müəlliflər dərsliyin növbəti nəş-
rində deyilən qüsurları aradan qaldıracaqdır. Bu 
işə kömək etmək məqsədilə 9-cu sinifdə üzvi 
kimyanın əsasları ilə tanış olmaq üçün yeni 
Proqram 
təklif edirik: 
1. Üzvi kimyaya giriş. 
Üzvi maddələrin 
tərkibi, vahid struktura (atomların birləşmə ardı-
cıllığına) malik olması, hamısında kovalent ra-
bitələrin olması, xassələrinə görə qeyri-üzvi 
maddələrdən fərqlənməsi – qızdırıldıqda qaral-
ması və asan yanması. Üzvi maddələrin sayca 
çox olmasının səbəbləri, onların qeyri-üzvi 
maddələrdən alınmasının mümkünlüyü. Üzvi 
birləşmələrdə homologiya və izomerlik haqqın-
da sadələşmiş izahatlar. 
2. Karbohidrogenlər. Doymuş karbohid-
rogenlər (alkanlar). 
Metanın homoloji sırasının 
ilk beş nümayəndəsinin molekul formulları və 
adlandırılması. Alkanların ümumi formulunun 
çıxarılması və ifadə olunması. Alkil radikalları 
və onların adlandırılması, ilk beş nümayəndənin 
açıq və yığcam quruluş formulları, onların bey-
nəlxalq nomenklatura ilə adlandırılması. Buta-
nın və pentanın izomerlərinin tərtibi, nomenkla-
turası. Alkanlarda C-C rabitəsinin davamlılığı 
və uzunluğu. Metanın və etanın fiziki xassələri, 
yanma reaksiyaları, etanın dehidrogenləşdiril-
məsi. İlk beş nümayəndə misalında alkanların 
tətbiqi və əhəmiyyəti haqqında məlumat. 
3

Doymamış karbohidrogenlər (alkenlər).
Etilenin homoloji sırasının ilk dörd nümayəndə-
sinin molekul formulları və adlandırılması. Bu 
formullara əsasən alkenlərin ümumi formulunun 
çıxarılması və ifadə olunması. Eten, propen, bu-
ten və pentenin açıq və yığcam quruluş formul-
larının tərtibi, onların beynəlxalq nomenklatura 
ilə adlandırılması. Buten və pentenin quruluş 
izomerlərinin tərtibi, karbohidrogen radikalının 
və ikiqat rabitənin yerinin nömrələnməsi, bey-
nəlxalq nomenklatura ilə adlandırılması. Etilen 
molekulunda ikiqat rabitənin xarakteristikası, 
C=C rabitəsinin davamlılığı və uzunluğu, möh-
kəmliyinə görə siqma (σ ) və pi (π) rabitələrinin 
fərqlənməsi, bunun səbəbinin rabitə yaradan 
elektron orbitallarının sıxlaşma (qovuşma) for-
ması ilə izah edilməsi. Etilenin fiziki xassələri, 
yanması bromla və su ilə reaksiyaları. Etilen 
molekullarının biri-biri ilə birləşərək irimolekul-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin