9-cu sinifdə “Üzvi kimyaya giriĢ” bölməsinin tədrisi haqqında 147
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 lu birləşmə – polimer əmələ gətirməsi. Mono-
mer, polimer və polimerləşmə dərəcəsi anlayışla-
rının izahı. Etilenin və polietilen polimerinin tət-
biq sahələri.
Asetilen, alkinlərin birinci nümayən- dəsi kimi. Molekulunda üçqat rabitəsi olan doy-
mamış karbohidrogenlərin (alkinlərin) ilk üç nü-
mayəndəsinin molekul formulları, onların ümumi
formulunun çıxarılması və beynəlxalq nomenkla-
tura ilə adlandırılması. Asetilen molekulunun qu-
ruluşu, üçqat rabitənin xarakteristikası, C ≡ C üç-
qat rabitənin uzunluğu və davamlılığı. Asetilenin
fiziki xassələri, yanması bromlu su və HCl-la
reaksiyaları və onların tənliklərinin tərtibi. Aseti-
lenin mühüm tətbiq sahələri.
Karbohidrogenlərə aid nümayiş təcrübə- lər: Metan qazının yandırılması; etilenin qatı
sulfat turşusu ilə etil spirti qarışığını qızdırmaq-
la alınması və bromlu sudan yaxud kalium-per-
manqanat məhlulundan keçirilməsi; polietilen
nümunələrinin göstərilməsi.
Laboratoriya təcrübələri: Metan, etan,
etilen və asetilen molekullarının mil-kürəcik
(verilmiş hazır materialdan) və kürəcik (plastilin
materialdan) modellərinin hazırlanması.
4. Karbohidrogenlərin təbii mənbələri. Neft, neftlə birgə çıxan qazlar və təbii qaz haq-
qında ən mühüm məlumatlarla tanışlıq. Neftin
tərkibi və fiziki xassələri. Neftdən alınan başlıca
məhsullar, onların xassələrindəki fərqlər və tət-
biq sahələri. Neftlə birgə çıxan qazların və təbii
qazın tərkibi, qaz fraksiyaları şəklində ayrılma-
sı, onların tətbiq sahələri. 4-cü
mövzuya aid nü- mayişlər: Az miqdar xam neft, benzin, kerosin
və dizel yanacağının yandırılması göstərilir, on-
ların hansıları yananda daha çox his alındığı
qeyd olunur; Azərbaycanda neft və ya neft məh-
sullarının emalına aid kinofilm göstərilir; neft-
dən alınan başlıca məhsulların və metan-etan,
propan-butan qaz fraksiyalarının tətbiqinə aid
şəkillər və sxemlər nümayiş etdirilir.
6. Oksigenli üzvi birləşmələr. Doymuş bir- atomlu spirtlər. Doymuş biratomlu spirtlərin
empirik molekul formulları və adlandırılması.
Onların əsasında spirtlərin ümumi molekul for-
mulunun çıxarılması. Bu spirtlərin açıq və yığ-
cam quruluş formullarının tərtibi, adlandırılma-
sı. Propanol, butanol və pentanolun quruluş izo-
merlərinin tərtibi və beynəlxalq nomenklatura
ilə adlandırılması. Metanol və etanolun fiziki
xassələri. Etil spirtinin kimyəvi xassələri (yan-
ması, oksidləşməsi, dehidratlaşması və sadə efir
əmələ gətirməsi). Spirtlərdə C-H və O-H rabitə-
lərinin müqayisəsi, aktiv metalların – OH qru-
pundakı hidrogen atomunu əvəz edə bilməsi.
İkiatomlu və üçatomlu spirtlərin nüma-
yəndələri ilə tanışlıq. Etilenqlikol və qliserinin
yığcam quruluş formulları, əsas fiziki xassələri,
mis (II)-hidroksidlə qarşılıqlı kimyəvi təsirdə
olmaları. Etanolun, etilenqlikol və qliserinin tət-
biq sahələri.
6. Doymuş aldehidlər haqqında anlayış. Aldehidlərin ümumi formulu, aldehid qrupunun
quruluşu. Formaldehid və asetaldehidin quruluş
formulları, trivial adları. Asetaldehidin ən mü-
hüm fiziki xassələri. Asetaldehidin oksidləşmə
və hidrogenləşmə reaksiyaları. Formaldehid və
asetaldehidin tətbiq sahələri.
7.
Doymuş birəsaslı karbon turşuları haq- qında qısa məlumat. Karbon turşularının ümumi
formulu, karboksil qrupunun xarakteristikası.
İlk dörd nümayəndənin və onların izomerlərinin
quruluş formulları, beynəlxalq nomenklatura ilə
adlandırılması. Sirkə (asetat) turşusunun fiziki
və kimyəvi xassələri. Sirkə turşusunun tətbiq sa-
hələri. İrimolekullu, doymuş ali karbon turşuları
– palmitin və stearin turşularının yığcam quru-
luş formulları. Onların natrium və kalium duzla-
rı – sabun.
8.
Mürəkkəb efirlər və yağlar haqqında
anlayış. Etil-sirkə efirinin alınması və hidroliz
reaksiyalarının şəraiti. Mürəkkəb efirlərin alın-
ması və hidrolizi reaksiyasının ümumi tənliyi.
Yağlar ali karbon turşularının qliserinlə əmələ
gətirdiyi mürəkkəb efirlər kimi. Yağların ümu-
mi alınma və hidroliz reaksiyalarının tənlikləri-
nin tərtibi. Maye və bərk yağlar, onların tətbiqi
və bioloji rolu.
9.
Karbohidratlar. Karbohidratların təsni-
fatı və molekul formulları. Qlükozanın mühüm
fiziki və kimyəvi xassələri. Qlükozanın funksio-
nal qruplarının mis(II)-hiroksidlə və gümüş(I)-
oksidin ammonyakda məhlulu ilə təyini reaksi-
yaları. Qlükozanın açıq quruluşu, çoxatomlu
spirt-aldehid formulu. Qlükozanın yaşıl bitkilər-
də əmələ gəlməsi. Onun spirtə qıcqırma şəraiti
və reaksiyaların ümumu tənliyi. Saxaroza, ni-
şasta və sellülozanın hidrolizi reaksiyalarının
ümumi tənlikləri. Karbohidratların canlı orqa-
nizmlərdə bioloji rolu və tətbiq sahələri.