Qəzənfər Musa oğlu Əliyev 154
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 isə sarkodinlərin inkişafında əcdadlarına əsas
olan əlamətləri təkrar etməsi kimi qəbul olunur.
Sarkodinlər qədim heterotrof qamçılılardan törə-
mişdir, ona görə onları heyvanlar aləminin nəsil
ağacının kökündə qoymaq lazımdır. Lakin onu
da şagirdlərə çatdırmaq lazımdır ki, qamçılıların
qamçısının elektron mikroskopik quruluşu göstə-
rir ki, onlar bakteriyalara yaxın deyillər, daha
doğrusu mürəkkəb quruluşu var.
İstər birhüceyrəlilər, istərsə də çoxhücey-
rəlilərin öz başlanğıcını məhz qamçılılardan al-
ması məsələsi elmi cəhətdən çox maraqlıdır və
tədqiq olunması vacibdir. Onurğasızların birinin
digərindən başlanğıc götürməsi dərslikdə fakt-
larla verilib, əlavə şərhə ehtiyac yoxdur.
“Xordalı heyvanların mənşəyi və təkamü- lü”. Qeyd edək ki, xordalı heyvanların mənşəyi
və təkamülü mövzusu geniş və mürəkkəb möv-
zulardandır. Ona görə müəllim əvvəlki dərslərin
elementlərindən istifadə etməli, siniflər arasın-
dakı keçid forma təşkil edən heyvanlardan bir
qədər ətraflı danışmalıdır.
Paleontoloji məlumatlara görə 500 milyon il
bundan qabaq meydana çıxmış, həlqəvi qurdlara
çox oxşar olan heyvanlar neştərçənin əcdadı olub-
lar. Tarixi inkişaf nəticəsində onlardan dəyirmi-
ağızlılar formalaşıblar. Güman edilir ki, digər –
nisbətən fəal həyat tərzinə malik olan heyvanlar
isə qədim qığırdaqlı, onlardan müasir qığırdaqlı və
sümüklü balıqlar öz başlanğıcını alıblar.
Onurğalı, heyvanların su mühitindən qu-
ruya çıxmasını göstərən heyvan formasına əyani
misal olaraq pəncəüzgəcli balığı göstərmək olar.
Bu zaman müəllim həmin balığın şəklini, sudan
çıxardıqda necə hərəkət etməsini və tənəffüs
məsələlərinə toxunmalı, onlardan paleozoy era-
sının devon dövründə ilk suda-quruda yaşayan-
ların – başızirehlilərin əmələ gəlməsini şagirdlə-
rə izah etməlidir.
İlk sürünənlər – katilozavrlar isə başızi-
rehlərdən (steqozavrlardan) başlanğıc götürüb-
lər. Bunlar Permdə geniş yayılmışdır, Riasda qı-
rılıblar, yerlərini qədim sürünənlər – dinozavr-
lar, brontozavrlar və s. tutublar. Onlar da öz
növbəsində mezozoy erasının axırlarında məhv
olublar və müasir sürünənlərin əmələ gəlməsinə
zəmin yaradıblar.
Quşlar və məməlilər öz başlanğıclarını qə-
dim sürünənlərdən alıblar. Müəllim hər bir ke-
çid forma haqqında danışarkən o heyvanın or-
qan və sistemlərində gedən mürəkkəbləşməni,
mühitə uyğunlaşmasını, təbii mübarizədə əhə-
miyyətini və s. əlamətlərini ətraflı danışmalıdır.
Məsələn, qan-damar sistemindən danışarkən
neştərçədə ürəyin olmamasını vurğulamalı, ba-
lıqlarda iki kameralı, suda-quruda yaşayanlar və
sürünənlərdə (timsahlar müstəsnalıq təşkil edir)
üç kameralı, quşlarda və məməlilərdə isə dörd
kameralı ürəyin əmələ gəlməsini qeyd etməklə
onurğalılarda ürəyin sadədən mürəkkəbə doğru
inkişaf etməsini, arterial qanla venoz qanın han-
sı heyvanlarda qarışmasını, hansılarda isə qarış-
mamasını göstərməlidir.
Yuxarıda qeyd edildiyi və göstərildiyi di-
gər məlumatları şagirdlərə çatdırdıqdan sonra
müəllim dərsi yekunlaşdırmalıdır.