Research papers


Turanə Fazil qızı Ġsmayılova



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə174/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   170   171   172   173   174   175   176   177   ...   246
elmi-eserler-2022-2-cap

Turanə Fazil qızı Ġsmayılova 
142 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
zamanı istifadə olunan metodlardan asılıdır. Tə-
limin metodları – öyrədən və öyrənənlərin ümu-
mi məqsədlərə yönəldilən birgə fəaliyyət üsulla-
rına deyilir. Təlim metodları çoxdur. Onların 
təsnifatında vahidlik yoxdur. Metod anlayışına 
müxtəlif ədəbiyyatlarda müxtəlif təriflər verilib. 
Çoxsaylı ədəbiyyatlarda çoxsaylı təriflərin veril-
məsinə baxmayaraq, mahiyyət etibarı ilə, demək 
olar ki, eynidir. Məsələn, nümunə üçün profes-
sor A. N.Abbasovun verdiyi tərifə diqqət yeti-
rək: “Metod (yun: 
methodo
s-gerçəkliyə, gözlə-
nilən nəticəyə doğru yol, tərz) məqsədə çatmaq, 
pedaqoji gerçəkliyi dərk etmək, bu və ya digər 
pedaqoji vəzifəni həyata keçirmək üçün istifadə 
olunan priyomların, nəzəri və fəaliyyəti nizam-
layan prinsip və qaydaların məcmusu. Dərk olu-
nan qanunauyğunluqlar – metodun obyektiv 
amilləri; həmin qanunauyğunluqlara əsaslanaraq 
pedaqoji gerçəkliyin öyrənilməsi və qarşıda da-
yanan pedaqoji vəzifələrin həyata keçirilməsi, 
priyom və vasitələri isə onun subyektiv amilləri-
dir” [1, s.11] 
Məqalə Ali məktəblərdə tarixin tədrisi me-
todikası və metodologiyası sahəsi üzrə olduğu 
üçün metodologiyanın məqsədinə, məzmununa 
və funksiyasına nəzər salmaq məqsədəmüvafiq-
dir. Pedaqoji ədəbiyyatda bu barədə deyilir: 
“Elmin metodologiyası tədqiqatın komponentlə-
rinin xarakteristikasını verir. Həmin komponent-
lər aşağıdakılardır: tədqiqatın predmeti, vəzifə-
ləri, metodları, vasitələri və fəaliyyətin ardıcıllı-
ğı mexanizmi. Pedaqogikada metodologiyaya 
pedaqoji gerçəkliyin, yeni pedaqoji fakt, hadisə 
və proseslərin dərk edilməsi və dəyişdirilməsi 
haqqında nəzəri müddəaların məcmusu kimi ba-
xılır. Hər hansı metodologiya tənzimləyici və 
normativ funksiyalar yerinə yetirir” [3 , s. 29]. 
Araşdırmalarımızdan müəyyən olur ki, me-
todoloji biliklərin strukturu üç səviyyədə mövqe 
tutur. Birincisi, fəlsəfi səviyyə (ümumi elmi səviy-
yə), ikincisi konkret elmi səviyyə, sonuncu isə 
texnoloji səviyyə kimi xarakterizə olunur. 
Birinci səviyyədə metodoloji funksiyasını 
bütün fəlsəfi biliklər sistemi yerinə yetirir. Onlar 
idrakın ümumi prinsiplərini və bütünlükdə el-
min kateqorial quruluşunu – anlayış terminolo-
giyası aparatını təşkil edir. 
İkinci səviyyəni (konkret elmi səviyyə) bu 
və ya digər xüsusi fənlər üzrə tədqiqat və prose-
durlarda tətbiq olunan prinsiplərin, metodların 
məcmusu təşkil edir. 
Üçüncü səviyyəni – texnoloji səviyyə təd-
qiqatın metodikası və texnikası təşkil edir. Bura-
ya düzgün empirik materialın alınmasına və onun 
ilkin təhlilinə imkan verən prosedurlar daxildir. 
Mürəkkəb sistem metodologiyanın səviy-
yələri arasında müəyyən asılılıq mövcuddur. Bu 
zaman fəlsəfi səviyyə metodoloji əsas kimi çıxış 
edir, varlığın dərk olunması və dəyişdirilməsi 
prosesində dünyagörüşü rolunu oynayır. Belə ki, 
dialektik materializm təbiətin, cəmiyyətin və tə-
fəkkürün hərəkəti və inkişafı ilə bağlı ən ümumi 
qanunlar haqqında təlimdir. Onun əsas müddəa-
ları aşağıdakılardır: materiya birinci, şüur isə 
ikincidir; şüur materiyanın (insan beyninin) in-
kişafı nəticəsində meydana gəlmişdir və onun 
məhsuludur (materialist monizm prinsipi); 
obeyktiv aləmin hadisələri və şüur qarşılıqlı əla-
qədə və qarşılıqlı asılılıqdadırlar (determinizm 
prinsipi); bütün predmet və hadisələr hərəkətdir, 
inkişaf edir və dəyişir (inkişaf prinsipləri). Mə-
lum olduğu kimi, dialektika təbiət, cəmiyyət və 
təfəkkürün ən ümumi inkişafı haqqında elmdir. 
Pedaqogika və tarixin tədrisi metodikasına 
dair ədəbiyyatlarda ümumi şəkildə qeyd olunur 
ki, mürəkkəb sosial proses olan mütəşəkkil təh-
sil-tərbiyə şəxsiyyətin inkişafında aparıcı rol oy-
nayır. Təhsil-tərbiyə, eləcə də tarixin tədrisi me-
todikasının nəzəriyyəsinin işlənib hazırlanması-
na müasir yanaşmanı aşağıda sadalanan müddə-
alar müəyyən edir: 
1. Təhsil-tərbiyənin digər ictimai hadisələr 
kimi sosial xarakter daşıması, cəmiyyətin inki-
şaf ənənələrini, eləcə də millətlərin və xalqların 
milli xüsusiyyətlərini əks etdirməsi; 
2. İnsanın şəxsiyyət kimi inkişafının mən-
bələrinin vəhdətdə olması; 
3. Şəxsiyyətin inkişafında və formalaşma-
sında insanın özünün fəal rol oynaması; 
4. Cəmiyyətdə sosial və mənəvi münasi-
bətlərin insanın təkmilləşməsində və inkişafında 
mühüm rol oynaması; 
5. Tarixin tədrisi metodikası və metodolo-
giyasına pedaqoji varlığın dərk olunması, yəni 
tarixin tədrisi metodlarının, üsullarının və vasi-
tələlərinin dərk edilməsi və dəyişdirilməsi haq-
qında yuxarıda sadalanan nəzəri müddəaların 
məcmusu kimi baxmaq lazımdır. 
Beləliklə, bu gün əsas vəzifə tələbələrin 
müstəqil düşüncə tərzini inkişaf etdirmək-
dir. Təhsil müəssisəsi müasir innovativ texnoloji 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin