Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə173/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   169   170   171   172   173   174   175   176   ...   246
elmi-eserler-2022-2-cap

Key words:
 National lider Heydar Aliyev, teaching the history of Azerbaijan, high school, interactiv 
teaching methods, cognitive activity 
 
Ali məktəblərdə Azərbaycan tarixi dərslə-
rininin tədrisində təhsilalanların idrak fəallığının 
yüksəldilməsində interaktiv təlim metodlarından 
istifadə mühüm əhəmiyyət kəsb edir. Tələbələ-
rin biliyə tələbatının formalaşmasında, peşəkar 
fəaliyyət bacarıqlarının mənimsənilməsində, tə-
fəkkür müstəqilliyinin əldə olunmasında, əldə 
olunan biliyin dərinliyində və onun möhkəmlən-
dirilməsində tələbələrin idrak fəallığının rolu 
böyükdür. Tələbənin idrak fəaliyyəti mexaniz-
minin işə düşməsində təlim prosesi vacib rola 
malikdir. Bu isə ilk növbədə, tələbələrin tədqi-
qatçılıq və müəllimin pedaqoji ustalıq qabiliy-
yətindən asılıdır. Bunun üçün tələbələrin qarşı-
sında problem canlandırmaq, fərziyyələr irəli 
sürmək, onları bu işin müdafiəsinə sövq etmək, 
gerçəkliyin meyarları kimi praktikada canlandır-
maq, bilikləri yeni və qeyri-adi vəziyyətlərdə 
tətbiq etmək lazımıdır. Bu isə müəllimdən dərin 
bilik, bacarıq, yaradıcılıq tələb edir. Tələbələrdə 
idrak fəallığını inkişaf etdirmək üçün, ilk növ-
bədə, yaradıcı təfəkkürün elementlərinin inkişa-
fına təkan vermək lazımdır. 
Psixologiyada fəaliyyət “bir insanın mad-
di və mənəvi mədəniyyət sərvətlərinin mənim-
sənilməsinə əsaslanaraq, yaradıcılıqda, iradi hə-
rəkətlərdə, ünsiyyətdə təzahür edən dünyada so-
sial əhəmiyyətli dəyişikliklər yaratmaq qabiliy-
yəti ...” kimi başa düşülür [ 4, s.15 ]. 
Tələbələrin idrak fəaliyyəti onların idrak 
fəaliyyətinə münasibətində özünü göstərir. Bun-
dan əlavə, fəaliyyət təlim prosesinin ən vacib 
nəticələrindən biri kimi çıxış edir, həm də bir 
növ “işəsalma mövqeyini” ifadə edir. 
Müstəqil Azərbaycanın Konstitusiyası əsa-
sında formalaşan milli ideologiyamızın əsasında 
müasir tarix təhsilinin qarşısında dayanan əsas 
məsələ milli ideologiyalı, milli təfəkkürlü, milli 
özünüdərk xüsusiyyətlərinə cavabdehliyi bacaran 
vətəndaşlar formalaşdırmaqdır. Bu sahədəki uğur-
larımızın bünövrəsində ümummilli liderimiz
H. Əliyevin qayğısı, diqqəti və məhəbbəti dayanır. 
Ümummilli liderimiz Heydər Əliyev tariximizin 
öyrənilməsinə xüsusi diqqət verərək göstərirdi ki, 
gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər 
bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq. 
Dövlətimizin ali təhsilə qayğısı nəticəsində 
müasir ali təhsil müəssisələri yeni elmi-metodik 
təfəkkürə əsaslanır. Müəllimin bələdçi roluna xü-
susi əhəmiyyət verildiyi bir dövrdə ali məktəblər-
də Azərbaycan tarixinin interaktiv metodlarla təd-
risində tələbələrin idrak fəallığının inkişaf etdiril-
məsi xüsusilə önəmlidir. Ali təhsil müəssisələrində 
ən vacib məsələlərdən biri tələbə şəxsiyyətinin 
formalaşdırılmasıdır [ 2, s.101]. 
Məqsədimiz ali məktəblərdə Azərbaycan 
tarixinin tədrisində tələbələrin idrak fəallığının 
inkişaf etdirilməsinin yollarını müəyyənləşdir-
mək, interaktiv metodların idrak və tədris 
fəaliyyəti arasında olan vəhdətinin müsbət xüsu-
siyyətlərini tədqiq etmək və onlardan səmərəli 
sürətdə istifadə etməkdir. 
Ali təhsilin məqsədi yalnız tələbəni savad-
lı etmək deyil. Müstəqil düşüncə və müdriklik 
kimi yüksək hədəflər, hər zaman olduğu kimi, 
keyfiyyətli təhsilin həlledici vəzifələridir. Tələ-
bələrdə idrak fəallığının formalaşdırılması hansı 
metodlarla həyata keçirilə bilər? Metod anlayışı 
ədəbiyyatda necə şərh olunur? 
Metodologiya 2500 ildən artıq bir müd-
dətdə fəlsəfi elm kimi tanınır və bu sahədə heç 
bir mübahisə yoxdur. Məşhur ingilis filosofu
F. Bekonun (XVII əsr) demişdir: “Metod yolçu-
nun yolunu işıqlandıran bir mayakdır. Düzgün 
metodla silahlanmayan alim, qaranlıqda dolaşıb 
fəhmlə özünə yol axtaran yolçuya bənzər”. 
Müəllimin tələbələri bilik, bacarıq və vərdişlərlə 
silahlandırması və tələbələrin bunlara yiyələn-
məsi yolları və vasitələrinə təlimin metodları 
deyilir. Dərk olunan qanunauyğunluqlar meto-
dun obyektiv amilləri sayılır. Bu qanunauyğun-
luqlar əsasında pedaqoji gerçəkliyin mənimsə-
nilməsi və qarşıya qoyulmuş məqsəd və vəzifə-
lərin həyata keçirilməsi isə onun subyektiv 
amilləridir. Fəlsəfi ədəbiyyatda metodikaya belə 
tərif verilir: metodika faktiki materialların kon-
kret alınması, tədqiq və təhlil edilməsi yolları 
metodları haqqında təlimdir. Başqa sözlə desək, 
metod təlim prosesində müəllim və tələbələrin 
məqsədə yönəlmiş qarşılıqlı fəaliyyət üsulları-
dır. Ali məktəblərdə Azərbaycan tarixinin tədri-
sində təlimin müvəffəqiyyəti, ilk növbədə, təlim 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin