Sinifdənxaric tədbirlərin gənclərin mənəvi tərbiyəsinə təsiri 183
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 H. Həsrətovun “Disputlara hazırlıq və
onun keçirilməsi metodikası” məqaləsində
gənclər arasında təşkil edilmiş disputlardan da-
nışılır. Müəllif disputa hazırlıq metodikasını,
disputun keçirilməsi metodikasını qısa şəkildə
göstərir [2].
Yuxarı sinif şagirdləri ilə disput təşkil
edərkən, onları fəal iştirak etmək üçün qabaqca-
dan ciddi hazırlamaq lazımdır. Şagird disputun
keçirilməsi qaydasını bilməlidir. Disput konkret
plan əsasında və əvvəlcədən müəyyən olunmuş
vaxtda keçirilməlidir.
Şagirdlər disputların müxtəlif mövzularda
təşkilinə daha çox maraq göstərirlər. Disputda
müzakirə olunan məsələnin inandırıcı olması şa-
girdlərə verilən sualların məqsəd və məzmunun-
dan çox asılıdır. Sualların düzgün qoyuluşu şa-
girdləri fəallaşdırır, onları həyati fakt və müşahi-
dələrə, atalar sözlərinə müraciət etməyə sövq edir.
Disputun mövzusu kinofilmlə və ya kitab-
la bağlıdırsa, onun əhəmiyyəti olduqca böyük-
dür. Müşahidələr göstərir ki, bədii və elmi-küt-
ləvi ədəbiyyatlardan istifadə edildikdə disput
daha canlı və emosional olur. Bədii ədəbiyyat
şagirdlərin əxlaqi tərbiyə, vərdiş və davranış
normaları qazanmalarına kömək edir. Onlarda
əxlaqi anlayışlar, hiss və normalar ayrı-ayrı
adamların təsirindən daha çox bədii əsərlərin,
bədii obrazların təsiri nəticəsində inkişaf edir.
Disputda kinofilmlərin, sənədli filmlərin
nümayişi də şagirdlərin mənəvi tərbiyəsinə
müsbət təsir göstərir. Məsələn, erməni işğalına
məruz qalmış torpaqlarımız, əsrlər boyu qoru-
nub saxlanılmış memarlıq abidələrinin məhv
edilməsi, xalqımıza qarşı törədilən amansız vəh-
şiliklər haqqında çəkilmiş sənədli filmlərin nü-
mayişi gənclərdə Vətən torpağını düşmən tapda-
ğından xilas etmək arzusu yaradır, gəncləri hər-
bi xidmətə hazırlamaq, onlara həyatda dözümlü,
intizamlı, mətanətli və mərd olmaq kimi keyfiy-
yətləri aşılayır.
Disputda şagirdlərin görkəmli şəxsiyyət-
lərlə görüşlərinin təşkil olunması da təlim-tərbi-
yə işinə əhəmiyyətli təsir göstərir. Buraya, həm-
çinin milli qəhrəmanlar, əmək adamları da dəvət
olunur. Onların söhbətlərini, həyatda baş vermiş
maraqlı əhvalatlarını dinlədikcə şagird bir anlıq
özünü onun yerinə qoyur, iftixar hissi keçirir,
xəyallarında məşhurlaşır, hamıya nümunə olur.
Bütün bunları o, həyatda görmək istəyir, qarşısı-
na məqsəd qoyur, kim olmaq, hansı sənəti seç-
mək, kimin yolunu davam etdirmək və s. kimi
suallar qarşıya çıxır. Bu suallara cavab axtaran
şagird öz düşündüklərini bölüşdürür, müstəqil
olaraq fikrini ətrafdakılara çatdırmağa nail olur.
Disputda yuxarı sinif şagirdləri əxlaqi tə-
səvvürlər, anlayışlar, mühakimələr və əqli nəti-
cələrlə qarşılaşır, onları öz hərəkət və davranış-
larında göstərməyə çalışırlar. Məktəbli, adətən,
öz hərəkət və davranışından daha çox başqası-
nın hərəkətini, davranışını və s. münasibətləri
qiymətləndirir.
Disputlarda gənclərin mənəvi tərbiyəsi ge-
niş yer tutmalıdır. Burada başlıca vəzifə gənc-
lərdə mənəvi əqidəni formalaşdırmaqdır. Bunun
üçün disputda həyatdan müsbət nümunələr, nə-
sihətlər gətirmək və yaxud onu incəsənət, əxlaq
mövzusunda keçirmək vacibdir.