Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə217/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   213   214   215   216   217   218   219   220   ...   246
elmi-eserler-2022-2-cap

Açar sözlər:
Azərbaycan gəncləri, disput, təlim-tərbiyə, mühakimə, şagird, mübahisə, mühakimə, 
əhəmiyyət 
 
Резюме.
В статье говорится о том, что национальные ценности и нравственные качества имеют 
важное значение в жизни современной азербайджанской молодежи. С этой целью изучаются пути 
формирования мировоззрения современной молодежи посредством внеклассных мероприятий, орга-
низуемых со старшеклассниками в средних общеобразовательных школах, способствующих овладе-
нию нравственно-этическими взглядами. Подчеркивается важность организации диспутов и других 
внеклассных мероприятий в школах. 
Ключевые слова:
Азербайджанская молодежь, диспут, обучение-воспитание, суждение, ученик, 
спор, суждение, значение 
 
Summary. 
The article says that national values and moral qualities are important in the life of modern 
Azerbaijani youth. For this purpose, the ways of forming the worldview of modern youth are studied through 
extracurricular activities organized with high school students in secondary schools, contributing to the 
mastery of moral and ethical views. The importance of organizing debates and other extracurricular activities 
in schools is emphasized. 
Key words:
 
azerbaijani youth, dispute, education, judgment, student, dispute, judgment, meaning
 
 


ġəfəq Müzəffər qızı Məmmədova
180 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
Müasir Azərbaycan gənclərinin həyatında 
milli dəyərlər və mənəvi keyfiyyətlər mühüm 
əhəmiyyət kəsb edir. Ölkəmizin orta ümumtəh-
sil məktəblərində yuxarı sinif şagirdləri ilə təşkil 
edilən Azərbaycan gənclərinin vasitəsilə xalqı-
mızın tarixi keçmişini, milli kökünü, ədəbiyyatı-
nı, mədəniyyətini dərindən öyrətmək üçün on-
larda böyük maraq yaradılmalıdır. Hazırkı şə-
raitdə gənclərin həyatı maraqlı, çoxcəhətlidir, 
çünki onu müxtəlif məsələlər – dövrümüzün 
problemləri, bilik və mədəniyyətə yiyələnmək 
səyi, yaşamaq və işləmək idealı, habelə digər ar-
zular düşündürür. Məktəb kollektivinin vəzifəsi 
şagirdlərə mühakimə yürütmək, mübahisə etmə-
yi öyrətmək, onların dünyagörüşünü formalaş-
dırmaq, əxslaqi-etik baxışlara yiyələnməsinə 
kömək etməkdən ibarətdir. 
Məlumdur ki, şagirdlər təhsil müddətində 
elmlərin əsaslarına yiyələnməklə yanaşı, musi-
qiyə, mütaliəyə, kinoya, ictimai-faydalı əməyə, 
elmi və kütləvi işlərə də maraq göstərirlər. 
Uşaqların tərbiyə olunmasında məktəbin müs-
təsna dərəcədə böyük rolu var. Məktəb gəncləri 
cəmiyyət üçün faydalı olmaq, xalqa lazım olan 
sərvətlərin istehsalında fəal iştirak etmək ruhun-
da tərbiyə etməlidir. Gənclərin dünyagörüşünün 
əsasları, əməksevərlik, Vətənin müdafiəsinə ha-
zır olmaq, milli ləyaqət, düzlük, doğruçuluq və 
yoldaşlıq, ictimai borca şüurlu münasibət, fəal-
lıq, müstəqillik və digər keyfiyyətlər məktəbdə 
formalaşır. Lakin təlimin əsas təşkilat forması 
olan dərsin təlim-tərbiyə işində nə qədər böyük 
rolu olsa da, bu forma ilə kifayətlənmək olmaz. 
Onları maraqlandıran bütün məsələlərlə müəl-
limlər yalnız dərs zamanı məşğul ola bilməz. 
Bunun üçün sinifdənxarıc tədbirlərdən geniş və 
düzgün istifadə edilməlidir 
Sinifdənxaric iş – məktəbin apardığı tə-
lim-tərbiyə prosesinin zəruri tərkib hissəsidir. 
Bu iş dərsdənkənar vaxtda ya pedaqoji kollekti-
vin üzvləri, ya da müxtəlif növ şagird özünüida-
rə təşkilatları, uşaq və gənclər təşkilatının rəh-
bərləri təşkil edib həyata keçirirlər. 
Sinifdənxaric tədbirlər geniş və çoxmənalı 
bir anlayış olub, tərkibinə, məqsədinə, forması-
na, keçirilmə üslubuna və rəhbərlik qabiliyyəti-
nə görə müxtəlif işləri özündə birləşdirir. Bu 
tədbirlər müxtəlif formalarda: fərdi, qrup-kol-
lektiv, kütləvi, klub və cəmiyyət formasında təş-
kil olunur. Son vaxtlar tərbiyə metodları sırasına 
debat, interaktiv və s. metodlar daxil olmuşdur. 
Bu metodlar içərisində disput xüsusi yer tutur. 
Disput latın sözü olub, mühakimə yürüt-
mək, mübahisə etmək deməkdir [4, s.5]. Müba-
hisə sözündə nə qədər müxtəlif mənalar var – 
kiçik həyati toqquşmalar, özünüdərketmə, dün-
yanın yaranması sirri... “Həqiqət mübahisədən 
doğur” fikri tarixdə özünü çətinliklə təsdiq edib, 
müxtəlif dövrlərdə və müxtəlif mədəniyyətlərdə 
müxtəlif cür başa düşülürdü. 
Mübahisə – problemin ümumi müzakirəsi, 
öz fikirlərini isbat etmək və başqasının fikrini 
təkzib etmək prosesində nəzər-nöqtələrinin toq-
quşması deməkdir. Mübahisə bu və ya digər bir 
məsələnin şifahi müsabiqəsidir. Burada hər bir 
kəs öz fikrini müdafiə edir. İkinci mənada mü-
bahisə dialoqun elə bir formasıdır ki, bu müba-
hisə gələcəkdə hətta iştirakçıların münasibətləri-
nin pozulmasına gətirib çıxarır. Bu, iştirakçılar-
da müzakirə olunan məsələyə daha dərindən 
müdaxilə etmək, müzakirəni daha ətraflı apar-
maq arzusu yaradır. Mübahisə aparmaq məharə-
ti bizim hər birimiz üçün böyük məna kəsb edir, 
buna görə də mübahisəni ona yaxın olan 
“disput”, “diskussiya”, “polemika” kimi anla-
yışlarla müqayisə etmək məqsədəuyğundur. 
Disputdan söhbət edərkən, burada əxlaqi, siyasi, 
ədəbi, elmi, professional və başqa problemlərin 
kollektiv müzakirəsi nəzərdə tutulur. 
Disput – hər hansı bir problemin geniş audi-
toriya qarşısında müzakirəsi, sualların cavabının 
düzgün həlli və ya bu həllin yollarının aydınlaşdı-
rılmasıdır. Disput məktəbdə yuxarı sinif şagirdləri 
ilə sinifdənkənar aparılan əsas iş formalarından bi-
ri, canlı və fəal fikir mübadiləsi, tərbiyə və mədəni 
inkişaf məsələlərinin kollektiv müzakirəsi meto-
dudur. Bu, tədris proqramları çərçivəsindən kənar, 
məktəbdən və dərsdənkənar vaxtda keçirilən, 
müxtəlif təlim-tərbiyəvi tədbirlərdir. 
Disputda iştirakçıların çoxu müstəqil olaraq 
tribunadan və yaxud öz yerlərindən çıxış edirlər, 
başqalarının çıxışlarına öz fikirlərini əl çalmaq, 
replika və etiraz nidaları ilə bildirirlər. Qoyulan 
məsələnin müzakirəsi kollektiv şəkildə aparılır, 
mübahisələr isə yoldaşlıq xarakteri daşıyır. 
Disputlar ən çox tədris kollektivi ilə aparı-
lır. Bu üsul gənc nəsildə təşəbbüskarlıq, müstə-
qillik, təşkilatçılıq vərdişlərinin, ictimai fəallı-
ğın, milli ləyaqətin, Vətənə məhəbbətin, düzlü-
yün, doğruçuluğun və s. keyfiyyətlərin tərbiyə-
sinə təkan verir. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin