Səbinə Akif qızı Qurbanova
176
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
Given the range of approaches to tolerance education available for preschoolers, young schoolchildren
and adolescents, the importance of sustainability in the formation of tolerance in preschool and primary
school children is the foundation for all future aesthetic, cultural and spiritual development of the child.
Key words:
preschool children, tolerant consciousness, emotional imagination, psychophysical
characteristics, type of child activity, bilingual and bicultural development of the child
Məlum pedaqoji konsepsiyaya (A.V.Zapo-
rojesin) görə, məktəbəqədər
yaşda formalaşma-
ğa başlayan uşaq fəaliyyətinin mürəkkəb forma-
larında emosionallıq, öncə duyma (qabaqcadan
hiss etmə, düşünmə) mühüm rol oynayır. Nəzə-
riyyə sahibi iddia edir ki, “emosiyalar həyat və
tərbiyənin sosial şəraitinin təsiri altında getdikcə
daha zəngin məzmun və daha mürəkkəb təzahür
formaları əldə edərək mütərəqqi inkişaf yolu ke-
çir” [1, s.10]. Uşaqların duyğuları uşağın prakti-
ki fəaliyyəti prosesində, onun ətrafdakı insanlar
və obyektlər aləmi ilə qarşılıqlı əlaqəsi zamanı
formalaşır. Həmyaşıdları ilə birgə fəaliyyət uşaq
üçün xüsusilə vacibdir. O zaman o, “etik davra-
nış standartlarından (davranış qaydaları və nor-
maları, ədalətli – ədalətsiz hərəkətlər)” istifadə
etməyə başlayır [1, s. 66].
Gələcəkdə emosional təcrübə əsasında
uşaqda emosional təxəyyül formalaşacaq. Sosial
həyat şəraitinin təsiri ilə onda mənəvi, estetik və
intellektual hisslər yaranır və inkişaf edir. Hiss-
lərin tərbiyəsini A.V. Zaporojes hətta uşağa
müxtəlif bilik və bacarıqları
öyrətməkdən daha
vacib məsələlərdən biri hesab edir. O, hisslərin
tərbiyəsinin üstünlüyünü bilik və bacarıqlarla
müqayisədə gələcəkdə istifadə olunacaq məq-
sədlər üçün daha vacib olması ilə izah edir. Bu
məqsədlər “subyektin ətrafdakı insanlara və onu
əhatə edən maddi reallığa emosional münasibə-
tindən” asılıdır [1, s. 7].
Şəxsiyyət tərbiyəsi məktəbəqədər dövrün
əsas vəzifəsidir. Uşaq şəxsiyyətinin strukturun-
da yeni səviyyələrin – zehni obrazların və dav-
ranışın sosial və mənəvi tənzimlənməsinin əsas-
larını inkişaf etdirir. Onlar, A.V. Zaporojesə gö-
rə, üç əsas fəaliyyət növündə həyata keçirilir:
oyun, məhsuldar fəaliyyət və bədii qavrayış.
Bundan əlavə, müəllif
uşaq şəxsiyyətinin bədii
vasitələrlə tərbiyəsinə böyük əhəmiyyət verirdi.
O, incəsənətin insana təsirinin həyata keçirildiyi
konkret “kanallar” müəyyən etmiş, bu təsiri
gücləndirən pedaqoji texnikalar işləyib hazırla-
mışdır. Bədii fəaliyyətin üç əsas formasını
müəyyən edərək: qavrayış, icra və yaradıcılıq,
A.V. Zaporojes bədii qavrayışın öyrənilməsinə
diqqət yetirdi.
A.V. Zaporojesin ideyaları təkcə Rusiya
Təhsil Akademiyasının
Məktəbəqədər Tərbiyə
İnstitutunda və məktəbəqədər tərbiyə fakültələ-
rinin kafedralarında deyil, həm də Rusiya Təhsil
Akademiyasının İncəsənət Təhsili İnstitutunda
daha da inkişaf etdirildi. Bu elmi müəssisələrdə
müasir şəraitdə məktəbəqədər təhsilin inkişafı
problemlərinin işlənməsində maraqlı dəyişiklik-
lər qeydə alınıb. Rusiya Təhsil Akademiyasının
İncəsənət Təhsili İnstitutunda yaradılmış bir sıra
proqramlarda və tədris vəsaitlərində müxtəlif
sənət növlərinin inteqrasiyasına və sintezinə
əsaslanaraq, tələbələrin əxlaqi, o cümlədən tole-
rantlıq tərbiyəsinin müxtəlif üsulları təqdim olu-
nur, məktəbəqədəryaşlı uşaqların xüsusiyyətləri
nəzərə alınır. Belə ki, İ.A. Lıkovanın
proqra-
mında məktəbəqədəryaşlı uşaqların tərbiyəsinə
poliestetik yanaşma nəzərə alınmaqla, bütün
məktəbəqədəryaşlı uşaqların yaş qrupları üçün
modelləşdirmə, tətbiqetmə və rəsm kursu təq-
dim olunur [2].
İ.V. Malseva uşağın bilinqvist və bikultu-
ral inkişafına öz yanaşmasında tolerant şüurun
formalaşmasına təkan verən incə motorika baca-
rıqlarının inkişafına əsaslanır [3].
Bir anda iki
(və ya bir neçə) mədəniyyətin qavranılması kon-
tekstində ümumi faydalı (əhəmiyyətinə heç ki-
min şübhə etmədiyi) bacarıq və qabiliyyətləri
inkişaf etdirərək, uşaq dünyanın mədəni müxtə-
lifliyinə hörmət etməyi öyrənir.
Uşaqların ilkin biliyə marağının formalaş-
ması kiçikyaşlı uşaqların psixofiziki xüsusiyyət-
lərini nəzərə alınmadan mümkün deyil. Uşaqlar
əla təqlidçilərdir, bu isə o deməkdir ki, onların
təqlid etmək qabiliyyəti xüsusilə erkən yaşlarda
son dərəcə yüksəkdir. Əvvəlcə uşaq yeni bir hə-
rəkətin icrasının müşahidə prosesinə daxil edil-
məli, sonra bu hərəkətin təkrarlama mərhələsin-
də onun səylərini dəstəkləməlidir. Bütün uşaqlar
yaxşı olmaq istəyirlər. Buna görə də uşağı ən ki-
çik uğuru, səyi, sadəcə
ona nail olmaq istəyi
üçün mümkün qədər tez-tez tərifləmək lazımdır,
onun diqqətini bir tədris fəaliyyət növündən di-