Research papers


Məktəbəqədər yaĢlı uĢaqlarda tolerant Ģüurun formalaĢmasına təkan verən psixofiziki xüsusiyyətlər



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə214/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   210   211   212   213   214   215   216   217   ...   246
elmi-eserler-2022-2-cap

Məktəbəqədər yaĢlı uĢaqlarda tolerant Ģüurun formalaĢmasına təkan verən psixofiziki xüsusiyyətlər 
177 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
gərinə keçirərək uşağın marağını stimullaşdır-
maq lazımdır. 
Ümumilikdə, bir sıra işlərdə böyük məktə-
bəqədər yaşlı uşaqlar və kiçik məktəblilər üçün 
incəsənət sahəsində proqramların həm davamlı-
lıq, həm də onların uşaqlara tərbiyəvi təsirinin 
səmərəliliyini artırmaq baxımından uyğunlaşdı-
rılmasının zəruriliyinə diqqət yetirilir. 
Y.İ. Koroteyeva kiçikyaşlı məktəblilərin 
qabiliyyətlərinin inkişafında sistemliliyə ehtiyac 
olduğunu qeyd edir. Əks halda ya motorika, ya 
da təxəyyül inkişaf edir, yəni birtərəfli inkişaf 
yaranır, lakin sistem və bütövlük lazımdır. Uşaq 
sənət dünyasına daxil olmalıdır, bədii ifadə dili-
nə yiyələnməli və bununla da öz yaş dövrünün 
imkanlarını genişləndirməli və bədii təfəkkürü-
nü zənginləşdirməlidir [4]. 
Beləliklə, məktəbəqədər yaşlı uşaqlarda 
mənəvi-estetik hisslərin formalaşmasının xüsu-
siyyətlərini, onların qabiliyyət və imkanlarını 
nəzərə almaq müəllimlər üçün vacibdir. Məktə-
bəqədər yaşlı uşaqlar təlimə hələ uyğunlaşma-
yıb, təşkil olunmuş dərslərə və materialın şüurlu 
mənimsənilməsinə hazır deyillər, onlarla oyun 
şəklində dərslər keçirmək daha yaxşıdır. Buna 
görə də böyük məktəbəqədər yaşlı uşaqlar üçün 
proqramların həyata keçirilməsinin müvəffəqiy-
yətinin vaxtında dəyişkənliyini (müxtəlifliyini) 
və gecikməsini nəzərə almaq vacibdir. Uşaqda 
idrak münasibəti ilə formalaşan “doğru – yan-
lış” meyarları əvəzinə qavrayış və davranışın es-
tetik yönümü “uşağın digər qiymətləndirmə və 
özünəhörmət meyarlarının stimullaşdırılmasına 
əsaslanır: maraqlı – maraqsız, xoşagələn – xoşa-
gəlməz, gözəl – çirkin, azad – qeyri-azad”. 
Məktəbəqədər yaşlı uşağın mənəvi-estetik 
hisslərinin formalaşdırılması yollarının təhlili 
göstərir ki, bu yaşda olan uşaqlarla işləyərkən 
incəsənət pedaqogikasına daha çox diqqət yeti-
rilməlidir, çünki bu, uşağı dünya mədəniyyətinə, 
sənət əsərlərinin gözəlliyinə, xalq adət-ənənələ-
rinə bələd olmaqla yanaşı, həm də bədii əsərlə-
rin yaradılmasında iştirak etməyə, rəssamlıq, 
musiqi, ədəbiyyat dilini başa düşməyi öyrənmə-
yə imkan verir. 
İncəsənət pedaqogikasının elmi məktəblə-
rinin (O.M. Rəcəbov, F.B. Sadıqov, V.C. Xə-
lilov, A.V. Bakuşinski, D.B. Kabalevski,
B.M. Nemenski, B.P. Yusov) məktəbəqədər təh-
sil sahəsində səmərəliliyi onların ideyalarının 
universal xarakterini təsdiq edir. 
Beləliklə, məktəbəqədər yaşlı uşaqlar, ki-
çikyaşlı məktəblilər və yeniyetmələr üçün ayrı-
ca tolerantlıq tərbiyəsinə mövcud yanaşmalar 
spektrini nəzərə alaraq, məktəbəqədər və ibtidai 
məktəb yaşlı uşaqlarda tolerantlığın formalaş-
masında davamlılığın nəzərə alınmasının vacib-
liyindən, uşağın bütün gələcək estetik, mədəni 
və mənəvi inkişafı üçün məktəbəqədər yaşda 
qoyulan təməldən danışmaq olar. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin