Ġltifat Həmid oğlu Bağırov
172
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
Uşağı məktəbə hazırlamaq üçün birinci
növbədə onun fiziki cəhətdən sağlam olmasına
fikir verilməlidir. Sağlam bədəndə sağlam ruh
olar. Uşaq nə qədər sağlam olarsa, bir o qədər
hər bir məlumatı yaxşı mənimsəyər.
Uşağa sağlam olmaq üçün nə etmək lazım
olduğunu başa salmaq lazımdır. “Yeməkdən əv-
vəl əlləri yumaq. Təmiz havada gəzmək. Yemək
zamanı danışmamaq. Özünə aid bütün əşyaları
təmiz saxlamaq. Özünü soyuq və istidən qoru-
maq. Əlləri və paltarlarını təmiz saxlamaq və s.”.
İkinci, uşaqda məktəbə qarşı hörmət və
məhəbbət hissi yaratmaq.
Bunun üçün kiçik
həcmli nağıl və şeirlərdən istifadə etmək lazım-
dır. Bu nağıl və şeirlərdə məktəbə qarşı uşaqlar-
da məhəbbətdən, istəklərdən danışılmalıdır. Elə
etmək lazımdır ki, uşaq məktəbi özünə ən yaxın
bir yer kimi başa düşsün.
Üçüncü, uşağa müəllimi sevdirmək, müəl-
limin onun yaxın adamı olduğunu başa salmaq
lazımdır. Uşaq hiss etməlidir ki, müəllim onun
ən yaxın adamıdır. Bunlar söhbət, oyun və na-
ğıllar vasitəsi ilə uşaqlara çatdırılmalıdır. Uşağı
məktəbə aparıb müəllimlə də görüşdürmək olar.
Elə etmək lazımdır ki,
uşaq müəllimlə söhbət et-
sin və müəllim onun xoşuna gəlsin və s.
Dördüncü, dərs ləvazimatları haqqında,
onların qorunması, saxlanılması və istifadəsi ba-
rədə məlumatları uşağa mənimsətmək lazımdır.
Ona görə ki, uşaqlar onlardan istifadəni başa
düşməli, onların xeyrini yaxşı bilməli və onları
qorumalıdır. Onlarsız yaxşı oxuya bilməz.
Müşahidələr və araşdırmalar göstərir ki,
hazırda istər şəhər, istərsə də kənd məktəbləri-
nin əksəriyyətində müəllimlər uşaqların məktə-
bə hansı hazırlıqla gəlmələrindən asılı olmaya-
raq, onlarla fəaliyyətə sıfırdan başlamağı faydalı
hesab edirlər. Onlar uşaqları tam hazırlıqsız, heç
şey bilməyənlər kimi qəbul edirlər. Uşağın mək-
təbə gələnədək uşaq bağçasında,
ailədə öyrən-
dikləri, ətraf aləm üzərində müşahidə əsasında
sərbəst əldə etdikləri nəzərə alınmır. Hamıya
eyni səviyyəli fərd kimi baxan müəllim onlarla
“bir dildə” danışmaqla öz işini asanlaşdırmağa
çalışır. Nəticədə təlim az-çox hazırlıqlı uşaqlar
üçün gözləmədikləri, asan, mənasız, cansıxıcı
bir prosesə çevrilir. Onlar müəllimin dediklərini
dinləmir, “onsuz da bilirəm” deyə laqeydlik
göstərir, təlim əməyinə alışmır, geridəqalanlar
sırasına keçirlər.
Məktəbəqədər yaşlı uşağın məktəbə get-
mək üçün psixoloji hazırlığına
nail olmaq uşaq
bağçasının ən mühüm praktik vəzifəsidir. Təhsi-
lin bu mərhələləri arasında fərqi dərk etmək və
uşaqların təlimə psixoloji-pedaqoji hazırlığı
üzərində düşünmək lazımdır.
Uşağın psixoloji cəhətdən inkişafı onun
məktəbə hazırlığını xəbər verən xüsusi amildir.
Uşaq nə qədər balaca olarsa, onun psixoloji ha-
zırlığının öyrənilməsi və korrektə edilməsi o qə-
dər xüsusi əhəmiyyət kəsb edir. Tədqiq etdiyi-
miz problem baxımından buna daha ciddi ehti-
yac hiss olunur.
Uşağın psixi inkişafı yaşlılar tərəfindən təsi-
ri və yaxın adamların fasiləsiz verdikləri bilik, ba-
carıq və vərdişlərə yiyələnmə nəticəsində müm-
kün olur. Vaxt keçdikcə kiçikyaşlı uşağın hazırlığı
artır. Yaşlılar onlara şəkil çəkməyi, nə isə düzəlt-
məyi də öyrədirlər. Uşaqların müstəqilliyinə tələb-
lər artır. Uşaqda yalnız hərəki deyil, həm də sen-
sor, nitq, intellektual vərdişlərin, nəhayət, fəaliy-
yətin növü və məzmunu çətinləşdirilir.
Məktəbə psixoloji hazırlıq uşaqların
fərdi
xüsusiyyətlərindən asılıdır. Anadangəlmə iki
uşağın bioloji inkişafı, sağlamlıq səviyyəsi, psi-
xikası eyni olmadığından onların hər birinə fərdi
yanaşmaq tələb olunur. Uşaqların sakit və ya
həyəcanlı, qapalı və ya çevik, oynaq, hərəkətə
meylli, şən və ya qaradinməz, ünsiyyətə meyilli
və ya ünsiyyətdən qaçan və s. keyfiyyətlərə ma-
lik olmasından asılı olaraq onların məktəbə ha-
zırlıqlarında fərqlər özünü göstərir.
Məktəbəqədər və kiçik məktəb yaşı,
D.B. Elkoninin dediyinə görə insanın inkişafının
“uşaqlıq” adlanan qərinəsidir. Məktəbəqədər dövr
uşağı kiçik məktəb yaşına keçməyə hazırlayır.
“Məktəbəqədər və kiçik məktəb yaşlı uşaqların
psixologiyası bir çox ümumi cəhətlərə malikdir.
– yaşlıların nüfuzuna etibarlı tabelilik;
– hər hansı yeniliyi qavramağın yüksəkliyi;
– nə ilə qarşılaşırsa, sadəlövh oyun müna-
sibəti;
– ətraf aləmin obrazlı (obrazlı yaddaş, ob-
razlı təfəkkür) şəkildə dərk olunması” [4, s.142].
Məktəb təliminə intellektual hazırlığın
göstəricilərinin komponentləri aşağıdakılardır:
– Obrazlı komponent
. Bu, əşyanın əlamət-
lərinin çoxsaylı
xassələrini; obrazlılıq əsasında
görmə yaddaşı; qavramaq, əşya və ya hadisə
haqqında malik olduğu təsəvvürləri ümumiləş-