Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə209/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   205   206   207   208   209   210   211   212   ...   246
elmi-eserler-2022-2-cap

Ключевые слова: 
ребенок, дошкольное учреждение, начальный класс, подготовка к школе, 
психологическое развитие, познание, развитие, физическое развитие 
 
Summary.
Good academic performance of young children in school depends on their readiness for 
school. The better a child is prepared for school before entering school, the better he can study at school. There 
are many teachers and tutors who mistakenly see this training in teaching letters. They think that when a child 
goes to school, he should be able to read and write. But they forget that this operation is a school matter. 
Key word:
child, preschool, primary school, preparation for school, psychological development, 
cognition, development, physical devolopment 
Kiçikyaşlı uşaqların məktəbdə yaxşı oxu-
maları onların məktəb təliminə hazırlığından 
asılıdır. Uşaq məktəbə getməzdən qabaq məktəb 
təliminə nə qədər yaxşı hazır olarsa, bir o qədər 
də məktəbdə yaxşı oxuya bilər. 
“Təcrübə göstərir ki, çох vахt vаlidеynlə-
rin əksəriyyəti məktəbə hаzırlıq işini uşаğın sа-
vаd təliminə hаzırlığı ilə məhdudlаşdırırlаr. Оn-
lаr bеşyаşlılаrа охumаq, yаzmаq, hеsаblаmаğı 
öyrətməyə çаlışırlаr. Əgər uşаq hеcаlаrlа охu-
mаğı, çаp hərflərilə bir nеçə sözü yаzmаğı 
(hərfburахmа və yа yеrdəyişmə ilə оlsа dа) bа-
cаrırsа, tаpmаcа, yаnıltmаc bilir, yüzədək sаyır-
sа, hеsаb еdirlər ki, məktəbdə təhsil аlmаğа hа-
zırdır” [2, s. 116]. 


Ġltifat Həmid oğlu Bağırov
172 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
Uşağı məktəbə hazırlamaq üçün birinci 
növbədə onun fiziki cəhətdən sağlam olmasına 
fikir verilməlidir. Sağlam bədəndə sağlam ruh 
olar. Uşaq nə qədər sağlam olarsa, bir o qədər 
hər bir məlumatı yaxşı mənimsəyər. 
Uşağa sağlam olmaq üçün nə etmək lazım 
olduğunu başa salmaq lazımdır. “Yeməkdən əv-
vəl əlləri yumaq. Təmiz havada gəzmək. Yemək 
zamanı danışmamaq. Özünə aid bütün əşyaları 
təmiz saxlamaq. Özünü soyuq və istidən qoru-
maq. Əlləri və paltarlarını təmiz saxlamaq və s.”. 
İkinci, uşaqda məktəbə qarşı hörmət və 
məhəbbət hissi yaratmaq. Bunun üçün kiçik 
həcmli nağıl və şeirlərdən istifadə etmək lazım-
dır. Bu nağıl və şeirlərdə məktəbə qarşı uşaqlar-
da məhəbbətdən, istəklərdən danışılmalıdır. Elə 
etmək lazımdır ki, uşaq məktəbi özünə ən yaxın 
bir yer kimi başa düşsün. 
Üçüncü, uşağa müəllimi sevdirmək, müəl-
limin onun yaxın adamı olduğunu başa salmaq 
lazımdır. Uşaq hiss etməlidir ki, müəllim onun 
ən yaxın adamıdır. Bunlar söhbət, oyun və na-
ğıllar vasitəsi ilə uşaqlara çatdırılmalıdır. Uşağı 
məktəbə aparıb müəllimlə də görüşdürmək olar. 
Elə etmək lazımdır ki, uşaq müəllimlə söhbət et-
sin və müəllim onun xoşuna gəlsin və s. 
Dördüncü, dərs ləvazimatları haqqında, 
onların qorunması, saxlanılması və istifadəsi ba-
rədə məlumatları uşağa mənimsətmək lazımdır. 
Ona görə ki, uşaqlar onlardan istifadəni başa 
düşməli, onların xeyrini yaxşı bilməli və onları 
qorumalıdır. Onlarsız yaxşı oxuya bilməz. 
Müşahidələr və araşdırmalar göstərir ki, 
hazırda istər şəhər, istərsə də kənd məktəbləri-
nin əksəriyyətində müəllimlər uşaqların məktə-
bə hansı hazırlıqla gəlmələrindən asılı olmaya-
raq, onlarla fəaliyyətə sıfırdan başlamağı faydalı 
hesab edirlər. Onlar uşaqları tam hazırlıqsız, heç 
şey bilməyənlər kimi qəbul edirlər. Uşağın mək-
təbə gələnədək uşaq bağçasında, ailədə öyrən-
dikləri, ətraf aləm üzərində müşahidə əsasında 
sərbəst əldə etdikləri nəzərə alınmır. Hamıya 
eyni səviyyəli fərd kimi baxan müəllim onlarla 
“bir dildə” danışmaqla öz işini asanlaşdırmağa 
çalışır. Nəticədə təlim az-çox hazırlıqlı uşaqlar 
üçün gözləmədikləri, asan, mənasız, cansıxıcı 
bir prosesə çevrilir. Onlar müəllimin dediklərini 
dinləmir, “onsuz da bilirəm” deyə laqeydlik 
göstərir, təlim əməyinə alışmır, geridəqalanlar 
sırasına keçirlər. 
Məktəbəqədər yaşlı uşağın məktəbə get-
mək üçün psixoloji hazırlığına nail olmaq uşaq 
bağçasının ən mühüm praktik vəzifəsidir. Təhsi-
lin bu mərhələləri arasında fərqi dərk etmək və 
uşaqların təlimə psixoloji-pedaqoji hazırlığı 
üzərində düşünmək lazımdır. 
Uşağın psixoloji cəhətdən inkişafı onun 
məktəbə hazırlığını xəbər verən xüsusi amildir. 
Uşaq nə qədər balaca olarsa, onun psixoloji ha-
zırlığının öyrənilməsi və korrektə edilməsi o qə-
dər xüsusi əhəmiyyət kəsb edir. Tədqiq etdiyi-
miz problem baxımından buna daha ciddi ehti-
yac hiss olunur. 
Uşağın psixi inkişafı yaşlılar tərəfindən təsi-
ri və yaxın adamların fasiləsiz verdikləri bilik, ba-
carıq və vərdişlərə yiyələnmə nəticəsində müm-
kün olur. Vaxt keçdikcə kiçikyaşlı uşağın hazırlığı 
artır. Yaşlılar onlara şəkil çəkməyi, nə isə düzəlt-
məyi də öyrədirlər. Uşaqların müstəqilliyinə tələb-
lər artır. Uşaqda yalnız hərəki deyil, həm də sen-
sor, nitq, intellektual vərdişlərin, nəhayət, fəaliy-
yətin növü və məzmunu çətinləşdirilir. 
Məktəbə psixoloji hazırlıq uşaqların fərdi 
xüsusiyyətlərindən asılıdır. Anadangəlmə iki 
uşağın bioloji inkişafı, sağlamlıq səviyyəsi, psi-
xikası eyni olmadığından onların hər birinə fərdi 
yanaşmaq tələb olunur. Uşaqların sakit və ya 
həyəcanlı, qapalı və ya çevik, oynaq, hərəkətə 
meylli, şən və ya qaradinməz, ünsiyyətə meyilli 
və ya ünsiyyətdən qaçan və s. keyfiyyətlərə ma-
lik olmasından asılı olaraq onların məktəbə ha-
zırlıqlarında fərqlər özünü göstərir. 
Məktəbəqədər və kiçik məktəb yaşı,
D.B. Elkoninin dediyinə görə insanın inkişafının 
“uşaqlıq” adlanan qərinəsidir. Məktəbəqədər dövr 
uşağı kiçik məktəb yaşına keçməyə hazırlayır. 
“Məktəbəqədər və kiçik məktəb yaşlı uşaqların 
psixologiyası bir çox ümumi cəhətlərə malikdir. 
– yaşlıların nüfuzuna etibarlı tabelilik; 
– hər hansı yeniliyi qavramağın yüksəkliyi; 
– nə ilə qarşılaşırsa, sadəlövh oyun müna-
sibəti; 
– ətraf aləmin obrazlı (obrazlı yaddaş, ob-
razlı təfəkkür) şəkildə dərk olunması” [4, s.142]. 
Məktəb təliminə intellektual hazırlığın 
göstəricilərinin komponentləri aşağıdakılardır: 
– Obrazlı komponent
. Bu, əşyanın əlamət-
lərinin çoxsaylı xassələrini; obrazlılıq əsasında 
görmə yaddaşı; qavramaq, əşya və ya hadisə 
haqqında malik olduğu təsəvvürləri ümumiləş-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin