Məktəbəqədər təhsil müəssisəsi ilə məktəb arasında varisliyin gözlənilməsi 169
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 məktəb təlimində varislik” bölməsində varisliyi
zəruri edən amillər sırasında aşağıdakıları məs-
ləhət görür:
“1) məktəbəqədər və məktəb proqramları-
nın uyğunlaşdırılması; 2) təfəkkürlə əlaqədar
mülahizələri mikroskopik və makroskopik as-
pektlərin öyrənilməsi (sözün və anlayışın ma-
hiyyəti; müvafiq əməliyyatların funksiyalaşma-
sı); 3) uşağın həyatının istiqamətlənməsi; 4) 5
yaşın sonunda uşaq şəxsiyyətinin bir sıra sahələ-
rində tamamlanma başa çatmamış olur”.
Müəllif bundan çıxış yolunu aşağıdakıları
diqqət mərkəzində saxlamaqla varisliyi təmin
etməkdə görür:
“– uşağın təlim situasiyasına alışdırılması;
– təlim tapşırıqlarını anlamaya, dərketmə-
yə və planlaşdırmaya hazırlıq;
– onun həll qaydaları üzərində mərkəzləş-
mə, vərdiş və bacarıqlardan səmərəli istifadə;
– fəaliyyət məhsulunun obyektiv qiymət-
ləndirilməsi, müqayisəsi və təhlili;
– təlim vərdişlərindən müxtəlif situasiya-
larda məqsədyönlü şəkildə istifadə etməklə ya-
radıcı təxəyyülün inkişafına maraq göstərmək;
– məktəb həyatı ilə bağlı olan məsələlər
arasında əlaqə qurmaq;
– koqnitiv fəaliyyətin formalaşması, təlim
motivlərinin yaranması” [2, s. 226-227].
Məktəbəqədər və ibtidai təhsil arasında
varisliyə təhsilin hər bir komponenti (məqsəd,
vəzifə, məzmun, metodlar, vasitələr, təşkilat
forması) kimi baxılmalıdır. Bu, uşağın səmərəli
inkişafını, onun müvəffəqiyyətlə tərbiyəsini və
təhsilini təmin edir.
Məktəbəqədər müəssisələrlə məktəb ara-
sında varisliyin təmin olunması üçün müxtəlif
əlaqə formalarından (müəllim və tərbiyəçilərin
bir-birinin məşğələlərində iştirakı; uşaq bağçası
uşaqlarının məktəbə, birincilərin bağçaya eks-
kursiyaları; bağçada və məktəbdə birgə tədbirlə-
rin keçirilməsi; pedaqoqların birgə sərgisi; şa-
girdlərin bağçada uşaqların buraxılışında, bağça
uşaqlarının I sinifdə son zəngdə iştirakı və s.) is-
tifadə olunmalıdır.
Bu əlaqə formalarını ümumiləşdirərək üç
aspektdə birləşdirmək mümkündür:
1. Məlumati – maarifləndirici aspekt: bu-
rada tərbiyəçi və müəllimlərin təlim-tərbiyə işi-
nin vəzifələri ilə qarşılıqlı tanış olmaları nəzərdə
tutulur. Onlar birgə pedaqoji şuralarda, seminar-
larda, proqramlar arasındakı yaxınlığın müzaki-
rəsi üzrə praktikumlarda iştirak edirlər.
2. Metodik aspekt: tədris-tərbiyə işinin hə-
yata keçirilməsinin forma və metodları ilə birgə
tanışlıq (bağçada məşğələlərdə, məktəbdə dərs-
lərdə birlikdə müşahidə aparıb, müzakirə etmək).
3. Praktik aspekt: bir tərəfdən müəllimlə-
rin uşaq bağçalarında özünün gələcək şagirdləri
ilə əvvəlcədən tanış olmaları, digər tərəfdən tər-
biyəçilərin özlərinin yetirmələrinin fəaliyyətini
məktəbdə təlim prosesində izləmələri.
“Adətən, I sinif müəllimlərinin əksəriyyəti
məktəbə yenicə qələm qoymuş uşaqlarla işə sı-
fırdan başlayır. Uşaqları heç bilməyən subyekt
kimi qəbul etmək onların fəaliyyətində mühüm
yer tutur. Belə müəllimlər uşaqlara fərdi yana-
şır, onların məktəbəqədər müəssisələrdə, ailədə
nələri öyrəndikləri, nə kimi bilik, bacarıq və
vərdişlərə yiyələndikləri ilə tanış olmurlar. Nəti-
cədə bir çox uşaqlar üçün təlim maraqsız, cansı-
xıcı, ağır bir yük hesab olunur” [3, s. 27].
Müəllimlərin bir çoxu unudur ki, məktə-
bəqədər təhsil mərhələsini keçmiş uşaqların bö-
yük əksəriyyəti məktəbə tam hazırlıqlı gəlir.
Məktəbəqədər təhsil proqramı əsasında onlar
nitq səslərini düzgün tələffüz etməyi, fikrini ra-
bitəli ifadə etməyi, eşitdiyi hekayənin, nağılın
məzmununu düzgün nəql etməyi, dialoqda işti-
rak etməyi, soruşmağı, suallara cavab verməyi,
böyük hərflərin çap şəklini yazmağı, 10 dairə-
sində hesablamağı və s. bacarırlar. Bəzən ailə-
lərdən də belə hazırlıqlı uşaqlar gəlirlər. Bütün
bunlar ailələrdə belə bir qənaətə gəlməyə imkan
verir ki, I sinif müəllimi uşaqları öyrənmədən,
nəyə qabil olduqlarını bilmədən, onların fərdi
xüsusiyyətlərini nəzərə almadan təlimdə müvəf-
fəqiyyət qazanmazlar.
Məşğələlərdə təlim altıyaşlıların məktəbə
hazırlanmaları üçün mühüm əhəmiyyəti olan
təhsil işinin başlıca formasıdır. Təlim prosesin-
də tərbiyəçinin qarşısında yalnız uşaqlarda ətraf
varlığın ayrı-ayrı hadisələri haqqında konkret
təsəvvürlər yaratmaq deyil, həm də onları həmin
hadisələr arasındakı sadə əlaqələr və asılılıqlarla
tanış etmək, onların idrak qabiliyyətini mənim-
sənilmiş biliklərdən sadə əqli məsələlərdən
müstəqil istifadə etmək bacarığını inkişaf etdir-
mək vəzifəsi durur.
Hazırlıq siniflərində məşğələlərdə uşaqlar
tədris fəaliyyətinin ən sadə vərdişlərə: diqqətlə