Məktəbəqədər yaĢlı uĢaqlarda tolerant Ģüurun formalaĢmasına təkan verən psixofiziki xüsusiyyətlər 177
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 gərinə keçirərək uşağın marağını stimullaşdır-
maq lazımdır.
Ümumilikdə, bir sıra işlərdə böyük məktə-
bəqədər yaşlı uşaqlar və kiçik məktəblilər üçün
incəsənət sahəsində proqramların həm davamlı-
lıq, həm də onların uşaqlara tərbiyəvi təsirinin
səmərəliliyini artırmaq baxımından uyğunlaşdı-
rılmasının zəruriliyinə diqqət yetirilir.
Y.İ. Koroteyeva kiçikyaşlı məktəblilərin
qabiliyyətlərinin inkişafında sistemliliyə ehtiyac
olduğunu qeyd edir. Əks halda ya motorika, ya
da təxəyyül inkişaf edir, yəni birtərəfli inkişaf
yaranır, lakin sistem və bütövlük lazımdır. Uşaq
sənət dünyasına daxil olmalıdır, bədii ifadə dili-
nə yiyələnməli və bununla da öz yaş dövrünün
imkanlarını genişləndirməli və bədii təfəkkürü-
nü zənginləşdirməlidir [4].
Beləliklə, məktəbəqədər yaşlı uşaqlarda
mənəvi-estetik hisslərin formalaşmasının xüsu-
siyyətlərini, onların qabiliyyət və imkanlarını
nəzərə almaq müəllimlər üçün vacibdir. Məktə-
bəqədər yaşlı uşaqlar təlimə hələ uyğunlaşma-
yıb, təşkil olunmuş dərslərə və materialın şüurlu
mənimsənilməsinə hazır deyillər, onlarla oyun
şəklində dərslər keçirmək daha yaxşıdır. Buna
görə də böyük məktəbəqədər yaşlı uşaqlar üçün
proqramların həyata keçirilməsinin müvəffəqiy-
yətinin vaxtında dəyişkənliyini (müxtəlifliyini)
və gecikməsini nəzərə almaq vacibdir. Uşaqda
idrak münasibəti ilə formalaşan “doğru – yan-
lış” meyarları əvəzinə qavrayış və davranışın es-
tetik yönümü “uşağın digər qiymətləndirmə və
özünəhörmət meyarlarının stimullaşdırılmasına
əsaslanır: maraqlı – maraqsız, xoşagələn – xoşa-
gəlməz, gözəl – çirkin, azad – qeyri-azad”.
Məktəbəqədər yaşlı uşağın mənəvi-estetik
hisslərinin formalaşdırılması yollarının təhlili
göstərir ki, bu yaşda olan uşaqlarla işləyərkən
incəsənət pedaqogikasına daha çox diqqət yeti-
rilməlidir, çünki bu, uşağı dünya mədəniyyətinə,
sənət əsərlərinin gözəlliyinə, xalq adət-ənənələ-
rinə bələd olmaqla yanaşı, həm də bədii əsərlə-
rin yaradılmasında iştirak etməyə, rəssamlıq,
musiqi, ədəbiyyat dilini başa düşməyi öyrənmə-
yə imkan verir.
İncəsənət pedaqogikasının elmi məktəblə-
rinin (O.M. Rəcəbov, F.B. Sadıqov, V.C. Xə-
lilov, A.V. Bakuşinski, D.B. Kabalevski,
B.M. Nemenski, B.P. Yusov) məktəbəqədər təh-
sil sahəsində səmərəliliyi onların ideyalarının
universal xarakterini təsdiq edir.
Beləliklə, məktəbəqədər yaşlı uşaqlar, ki-
çikyaşlı məktəblilər və yeniyetmələr üçün ayrı-
ca tolerantlıq tərbiyəsinə mövcud yanaşmalar
spektrini nəzərə alaraq, məktəbəqədər və ibtidai
məktəb yaşlı uşaqlarda tolerantlığın formalaş-
masında davamlılığın nəzərə alınmasının vacib-
liyindən, uşağın bütün gələcək estetik, mədəni
və mənəvi inkişafı üçün məktəbəqədər yaşda
qoyulan təməldən danışmaq olar.